Bloqosfer 2011?

Yəqin ki, keçən il, mən əsgər olduğum zaman :), Bloqosfer 2010 haqda məlumatlanmışdınız. Hətta mən bir çox bloqçuların, öz bloqlarında bu İT hadisə haqda yazıları ilə də qarşılaşmışam. Bəs siz, Azərbaycan blogerləri, bu İT hadisəni yenidən yaşamaq istəyirsinizmi?



Bu gün twitter`də oturduğum zaman belə bir xəbəri gördüm:
@bloqosfer:
Bilirsiniz bu il bloqosfer harada olacaq? Amma biz artıq bilirik! :) #bloqosfer11
mənbə: http://twitter.com/#!/bloqosfer/status/91433924965842944

Hətta belə bir twiti @Bahram_Hasanov daha gözəl formada qəbul edib:
@xeberler_az Bloqosfer 2011 http://t.co/wkG5cNC
mənbə: http://twitter.com/#!/Bahram_Hasanov/status/91445948517060608

Tez, hər hansısa bir informasiyanın əldə edilməsi üçün bu keçid üzrə keçdim… Bu da alınan nəticə:
Xəbər redaktə üçün yayımdan çıxarılmışdır. Mövzu barədə yaxın günlərdə daha ətraflı məlumat verəcəyik.

Görünür hər hansısa bir informasiya sızımı olub və bu sızımı tez aradan qaldırıblar :)

Hələ ki, rəsmi saytda bu haqda heç bir məlumat yoxdur, bircə o haqda məlumat əldə edə bilmişəm ki, şimal zonasında keçiriləcək.

Saytdan bir qism sitat:

Bloqosfer 2011-də ilk öncə ötən 1 ilə nəzər yetirəcəyik və sonra yaxın gələcək üçün fəaliyyət planı üzərində işləyəcəyik. Bu dəfə də bloqçularla yanaşı müxtəlif dövlət və biznes qurumu nümayəndələri qoşulacaqlar. Tədbir üçün təklif və ideyalarınız varsa, bizimlə əlaqə saxlayın ki, bütün fikirlərinizi nəzərə alaq.

Təbdirin yeri və vaxtı çox qısa bir zamanda elan olunacaq və tədbirdə iştirak üçün qeydiyyat açılacaq.

Keçiriləcək İT hadisənin proqramı:
2 Sentyabr, cümə günü.
14.00 – Gəliş və yerləşmə, sərbəst vaxt.
20.00 – Qeyri rəsmi açılış.
* * *
3 Sentyabr, şənbə günü.
10.00 – Açılış.
10.15 – 1 ildə nə dəyişdi? (mövcud vəziyyətlə bağlı hesabatların dinlənməsi).
12.30 – Müzakirə mövzularının təyin olunması.
13.30 – Nahar fasiləsi.
15.30 – Panellər üzrə müzakirələr. Problemlerin izahı və həll yolları təklifi.
19.30 – Şam yeməyi. Sərbəst vaxt.
* * *
4 Sentyabr, bazar günü.
11.00 – Panel nəticələrinin təqdimatları. Müzakirələr.
14.00 – Nahar.
16.00 – Təqdimatlar.
18.00 – Bütün təkliflərin səsə qoyulması. Bağlanış.
20.00 – Bakıya dönüş.

Daha dəqiq məlumatı yəqin ki bu günlərdə təşkilatçılar yayacaqlar. Onu da deyim ki, təşkilatçılardan çoxunun qwe-də öz hesabı mövcuddur. Yəqin ki şərhlərdə özlərini göstərəcəklər :)

Update 1: Keçiriləcək yer: Nabran
  • 0
  • 15 июля 2011, 00:34
  • Farik

Комментарии (2)

RSS свернуть / развернуть
+
+1
Artıq Bloqosfer 2011-in keçiriləcəyi yer haqda da məlumat var. >> NABRAN
Bircə sponsorlar aydın deyil, o da İlqar deyir bu günlərdə tam dəqiq bilinəcək
avatar

Farik

  • 21 июля 2011, 23:51
+
0
Bloqosfer 2011:
Tezliklə yeni videomuz işıq üzü görəcək! :)
(твиттер)
avatar

Farik

  • 29 июля 2011, 23:59

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.