Baku GTUG – Tədbir uğurla keçirildi

Neçə günlərdi Facebook-da, Twitter-də özlərini yorub GTUG, GTUG deyə AzNetdə səs salan 3 gəncin yaratdığı Baku GTUG qrupunun tədbiri həyata keçdi. Elə bu gün, bir neçə saat bundan əvvəl biz «möhtəşəm» bir tədbirdə idik. Baku GTUG-da. Birdən elə bilərsiz mənə bu blog posta görə pul zad veriblər, yox =) Sadəcə möhtəşəm olmasının sizdə oxuduqca şahidi olacaqsınız.

Düzdür, iştirak etmək istəyənlərdən çoxu hələ gələ bilməmişdi, ancaq 60-dan çox adam iştirak edirdi. Mən şəxsən bütün zaldakı adamları saymağa çalışdım. Məsələn, @mecid dedi ki, şənbə günü məndə qısa iş günüdür.

@Elvin Hacı: @RaminOrujov Təəssüf Bakıda deyiləm, yoxsa mütləq gələcəkdim. Hə et et reklam, çox sağol, sədasını sabahdan hiss edərəm yəqin =)

@R.R. Babayev: GTUGa getmeli olmadim. Ish chixdi.

Birdə mənə çox maraqlı qaldı ki, Weboxu bu haqda heç bir məlumat yaymayıb. Bilmirəm bu şəxsi problemlərdir yaxud istəkdən belə gəlib. Çünki İT sahəsində aktiv iştirak edən layihə belə bir tədbiri buraxmalı deyil.

Ancaq bütün bunlara baxmayaraq, bir bütün işlərimizdən keçib, Baku GTUG-da iştirak elədik.  Səhər tezdən Elmlər metrosu çıxışında Valeh Hacıyev ilə görüşüb, Bakı Dövlət Universitetinə getdik. Sözün düzü elə Hacıyev demişkən, Samir Hacıyevdə demişdi bəlkə gəldim, amma deyəsən yatıb qalmışdı. (Şəkilləri böyütmək üçün klikləyin)

    

Hə… Tədbiri Baku GTUG yaradıcılarından olan Kamran Səmədli və Elvin Əfəndiyev açıq elan etdilər və çıxışlarında GTUG nə olduğunu iştirakçılara başa saldılar. Azərbaycana bu Google Texnologiyalar Qrupunun nəyə lazım olduğu haqda məlumat verildi. Baku GTUG-a əsasən proqramlaşdırma ilə məşğul olan kompüter mütəxəssisləri qoşula bilər. Bu hətta İKT sahəsində məşğul olan insanlara da aid ola bilər.

Siz hansısa Google məhsulundan istifadə edirsiniz? sualına Turan Rüstəmli belə cavab verdi:

— «Bəli, App Engine, GWT, Chrome APIs və s.»

E. Əfəndiyev qeyd etdi ki, GTUG Google məhsulu olduğundan, Google şirkəti ilə sıx əlaqəlidir. Hətta aşağıdakı təqdimatlara nəzər yetirsəniz, Google və GTUG arasında əlaqə qrafikini görərsiniz. Qeyd edildi ki, GTUG üzvləri Google məhsullarını test etmək imkanına malikdirlər.

  
Baku gtug prezentasiyam — Kamran Səmədli
Baku gtug — Elvin Əfəndiyev
Çıxışı digər yaradıcı Əli İsmayılov davam etdi. Başlanğıc üçün bildirdi ki, GTUG, ACM-dən əlavə Baku GRİD yaradıcısıdır. Çıxış edəcəyi mövzu isə «Google APİ» idi. İlk olaraq APİ nədir? olaraq başladı:

«Application programming interface  - proqramların bir-biri ilə əlaqə yaratması, məktublaşması üçün qaydalar toplusudur».

Daha sonra, Google APİ və onun müsbət cəhətləri barədə danışdı. Çıxışında, Google API cədvəli,  Google Code Playground ,Google API explorer, Google API console kimi texnologiyalar barədə məlumar verdi.

    
Google api — Əli İsmayılov
Daha sonra səhnəyə bizim sevlimiz Ramin Orucov çıxdı və bütün auditoriyanı öz çıxışı ilə heyran etdi. Necə? Danışım da =)
R. Orucov Andorid mobil əməliyyat sistemi barədə məlumat verdi. İlk öncə Android nədir? deyə iştirakçılara müraciət etdi. Əlbəttə, cavab müsbət oldu.  Bu gün ən aktiv və pulsuz əməliyyat sistemi barədə söz açan R. Orucov, əməliyyat sistemində istifadə olunan texnologiyalar barədə söz açdı. O bildirdi ki, Android əməliyyat sistemi, Linux Kernel üzərində yaradılmışdır. Çıxışında Android versiyalarının hal-hazırda mobil telefonlarda hansı faizdə istifadə edilməsi qrafiki, android market və misal olaraq Angry Birds oyunu haqda yazılı, şifahi və video məlumat verdi.  Sonda, R. Orucov Azərbaycanda da Android əməliyyat sisteminin aktiv yayıldığını, hətta yerli proqrammistlər tərəfindən proqramlarımn yazıldığınıda vurğuladı. Amid Quliyev, Məcid Cəbrayılov, Elvin Hacı və Rəcəb Davudovun proqramları təqdim edildi. Məcid və Elvin tədbirdə olmadığından iştirakçılar onları tanıya bilmədilər, yalnız Amid və Rəcəb gur alqışlarla qarşılandılar. Daha ətraflı təqdimatda:

 
  
Android platform — Ramin Orucov
Sonda isə Google+ üzərindən Hangout köməyilə MIT (Massachusetts Institute of Technology) universitetinin məzunu, AdMob şirkətinin (Google) hal-hazırki işçisi Tural Bədirxanlı ilə əlaqə yaradıldı.
İlk əvvəl T.Bədirxanlı özü haqda bir qədər məlumat verdi. Təhsilinin bakalavr və magistr səviyyələrini MIT (Massachusetts Institute of Technology) universitetində başa vuraraq, Oracle şirkətini yox, AdMob şirkətini seçib. Həılə start-up olan bu layihə, 9 ay sonra Google tərəfindən alınır.  Buda T.Bədirxanlının Google işçisi olmasına gətirib çıxarır. T. Bədirxanlı Google texnologiyalarından aktiv istifadənin lazımlığındanda söz açdı.  Qrupun Azərbaycan programmistlərinin və məhsullarının dünyada tanınması üçün gözəl imkan olduğunu vurğuladı.

Bir qədər məlumat verdikdən sonra, suallara keçildi. İlk sualı Fərhad Bədəlov verdi:
F.B.: Salam Tural. Mən Fərhad Bədəlovam. 1-ci sualım, Admob sistemində fişing səhifələrə keçid verən reklamlar mövcuddurmu və belə hallara rast gəlirsinizmi?
T.B.: Xeyr, verilən reklamlar ilk olaraq saytlarda yayımlanmadan qabaq, yoxlanış keçir və artıq sonra reklam yayımlanmasına buraxılır
F.B.:  2-ci sual, Google şirkəti Azərbaycanda ofis açmaq fikrinə gəlmirmi?
T.B.: Google şirkəti əsasən reklam üzərində pul qazanır. Ofisin açılması üçün isə həmin ərazidə potensial imkanlar lazımdır. Hal-hazırda Google şirkəti Azərbaycanda ofisinin açılması barədə düşünmür.
F.B.: 3-cü sual Google şirkətinin Motorollanı alması ilə bağlı olacaq. İndiyənə kimi Google şirkəti özünü patent müharibəsində aqressor kimi göstərməyib. Sizcə, Motorolla aldıqdan sonra bu müharibə başlayacaqmı? Əgər çətinlik çəkirsinizsə, suala cavab verməyə də bilərsiniz.
T.B.: Çox təəssüf ki bu sualı cavablandırmaq istəmirəm.
F.Bədəlovdan sonra mikrofon arxasına wap.xana.az layihəsinin rəhbəri Rəşad Əliyev gəldi:
R.Ə.: Salam Tural. Mən Rəşad Əliyevəm, wap.xana.az yaradıcısı. AdMob xidmətindən elə birinci günlərdən istifadə etdiyim üçün bu şirkət ilə çox təcrübəm böyükdür. Yalnız son vaxtlar layihənin favorite aşağı düşür. Bu nə ilə bağlıdır?
T.B.: Biz özümüzdə bunu görmüşük. Sadəcə texniki inteqrasiyalar ilə bağlı olan problemdir ki, bunun aradan qaldırılması ilə bağlı işlər görürük.
R.Ə.: 2-ci sualımda elə bu servislə bağlı olacaq. Mənim dostumun AdMob-da accountu var. 10 min dollara yaxın pul yığılıb, yalnız accountu bağlayıblar. Yazdığımız məktublara da cavab verilmir. Səninlə bu barədə əlaqə saxlaya bilərik? Hörmətivi də edərik =)
T.B.: Bəli, müraciət edin çalışarıq həll edək =) Azərbaycanlı olduğunuza görə =)
  
Ramin Orucov suallara davam edir =)
R.O.: Google şirkətinə işə düzəlmək üçün nə lazımdı? =)
T.B: =))))) Yaxşı sualdı. Məncə elə bir güclü bir şey lazım deyil. Burada müxtəlif təbiətli insanlara rast gəlirəm. Sadəcə texnologiyalardan yaxşı başı çıxmağı bəs edər.

Son sualı isə Əli İsmayılov verdi:
Ə.İ.: Baku GTUG haqqında nə deyə bilərsiniz?
T.B.: Baku GTUG qrupunun yaradılmasını  Qazaxstandan olan iş yoldaşından öyrəndim və çox sad oldum. Belə bir tədbirlərin aktiv keçirilməsi çox yaxşıdır. Bu insanlara yeni tanışlıq və texnologiyaların öyrənilməsində çox kömək olar. Bu qrupa yalnız Bakı şəhərində deyil, bütün Azərbaycandan qoşulmaları çox yaxşı olardı. Bu bizim ölkə üçün çox yaxşı olardı və məndə Tural Bədirxanlı olaraq sizə əlimdən gələn köməyi edərəm. Belə tədbirlərdən sonra, iştirakçılar Google texnologiyaları ilə çox yaxından tanış olarlar. Azərbaycanda şirkətlərin mail texnologiyasına nə qədər pul ayırdığı hamımız xəbərdarıq. Google isə Mail servisini tamamilə pulsuz təqdim edir. 7-8 Gb mail üçün əla imkandır. Bu bir misaldır və bu kimi digər məhsullarıda misal gətirmək olar.
Sonra təşkilatçılar ilk olaraq Tural Bədəlov ilə, sonra isə bizimlə sağollaşdılar =)
Yəqin bu saat Tural yatır, çünki San Franciskoda artıq gecədir. Elə video share vaxtı görünürdü ki bir az yorğundu =)
Şəkillər (böyütmək üçün klikləyin — çəkdi R. Əliyev):
    
    


Original: elekberov.com/?p=332
  • +1
  • 20 августа 2011, 18:50
  • Farik

Комментарии (4)

RSS свернуть / развернуть
+
0
Haabelə, təəssüf mən də gələ bilmədim...Saqol olsun Farika, hər şey buraya qoydu. Daha foto var?
avatar

F2R

  • 20 августа 2011, 19:00
+
0
Elə ən uğurluları bular idi… Rəşad Əliyev çəkib. Qalanları keyfiyyətli deyil.
avatar

Farik

  • 20 августа 2011, 19:14
+
+2
Вот это я понимаю отчёт!
Фарик — ты терминатор :)
avatar

baxi

  • 20 августа 2011, 22:59
+
0
Təşəkkür Ruslan. Həmişəki tək çalışıram ətraflı yazım tədbirlər barədə.
avatar

Farik

  • 22 августа 2011, 03:17

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.