Tülkünü milliləşdirək

Salam əziz qwerty əhli :)

Bu gün internetdə qurtdalanarkən artıq məşhur saytların çoxunun Azərbaycan dilində istifadəsinin mümkün olduğunu gördüm. Elə bununla da ağlıma əvəllər gerçəkləşdirə bilmədiyim bir fikir gəldi. Firefox 3.5 versiyasını milliləşdirmək. Çünki Azərbaycanda rus və ingilis dilini bilməyən çox insan var. Məncə onlara ilk Azərbaycan dilində brauzer kimi Firefox-u göstərsək 1 gülləyə 2 quş vurarıq. Həm millət Firefox ilə daha təhlükəsiz internetə qovuşar. Həm də İnternet Explorer aradan çıxardıb Firefox-u irəliyə apararıq.
Təəssüflər olsun ki, bu məsələnin bir «amma»-sı var. Mən tək etsəm bu iş çox uzanar. O vaxta kimi də Firefox 4.0 çıxar. Ona görə də sizlərdən ibarət olan kiçik 1 komanda yığmaq istərdim. Ama elə insanlar lazımdı ki, artıq hər hansı 1 saytı və s. bunun tipli nə isə tərcümə etmiş olsun. Qısaca desək iş bacarığı olmalıdır ki, tərcümə peşəkarcasına alınsın.

Buyurun əgər komandaya qoşulmaq istəyirsinizsə aşağıda göstərilənlərdən birini burada yazın ki, sizinlə əlaqə saxlayım:
1.E-mail
2.MSN
3.Skype
  • +1
  • 17 декабря 2009, 19:40
  • Acid

Комментарии (7)

RSS свернуть / развернуть
+
0
Xahiş edirəm bu haqda fikirlərinizi bildirərdiniz. Siz necə fikirləşirsiniz. Firefox-u Azərbaycan dilinə tərcüməyə dəyərmi?
avatar

Acid

  • 17 декабря 2009, 19:47
+
0
Овчинка не стоит выделки
avatar

NARKOZ

  • 17 декабря 2009, 20:04
+
0
Lokalizasiya barədə hələ tələsməyək! en2az hazır olsun, expert və aktiv internet istifadəçilərinin səsverməsi köməyilə, onda rahat və düzgün tərcümə edərik.

Kontent artıq 1-2 həftəyə hazır olacaq. + 1 ay səsvermələr. Ola bilər daha dəqiqlik üçün 2 ay olsun.
avatar

Farik

  • 17 декабря 2009, 20:47
+
0
Помогу чем смогу, правда сначала меня самого на азерб. перевести надо будет) Помню как мучительно было WordPress переводить. Но проблема в основном из-за терминов, так что ждем en2az.
avatar

Nehfy

  • 17 декабря 2009, 20:52
+
0
mence brouzerleri tercume etmeye ehtiyac yoxdu, onsuz da orda url setir istifade olunur ve enter basilir
avatar

qorodok

  • 19 декабря 2009, 16:36
+
0
Plz dont do this… FB-da gördük 1 qəpiklik tərcümə etməmişdilər. poke = dürtmələmək ))))
avatar

raufray

  • 19 декабря 2009, 22:40
+
0
Rauf FB-da allah bilir kim tərcümə edib. Maks 2 baş var. Ancaq www.en2az.net saytı üzərində ən azı 30+ expert və 40+ aktiv internet iştirakçısının səsverməsi gözlənilir.
avatar

Farik

  • 20 декабря 2009, 08:02

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.