Google+ nədir?

Əskərlikdən dönüb yeni texnologiyalar ilə tanış olduğum zaman yeni bir layihə ilə rastlaşdım. Google+ eyni adlı şirkətin sosial şəbəkə layihəsidir. Yəqin çoxunuz facebook-dan aktiv istifadə edirsiniz… Bəlkədə siz fikirləşdiniz ki yenə də bir sosial şəbəkə… Facebook varda… Amma facebook-a qədərdə başqa sosial şəbəkələr mövcud idi, bəs niyə çoxları facebook-a keçdi? Çünki hər bir sosial şəbəkə, yeni imkanlar təklif edir… İndi Google+ layihəsində hansı imkanların olması barədə sizi agah edək:


+Əhatə: ən maraqlı hadisələri yaxınlarınızla bölüşün

Biz əhatəmizdə olan hər bir insanla müxtəlif mövzülarla paylaşırıq. Sinif yoldaşı ilə bir mövzuda, qohumlar ilə digər mövzuda, bir qismdən isə sirrlərimizi gizlədirik. Hal-hazırki onlayn-servislər dostluq siyahısını çox qarışdırıb… Qohumlar, qonşular, dostlar, tanışlar və tanış olmaq istəyən hər bir şəxs, hamısı dostluq səhifəsində, bir yerdə yerləşmişdir. Bu da hər hansı bir söhbətin müzakirə olunmasına maneəçilik törədir.

* Diskomfort yaranır. Bu mövzunun hər hansı bir qrup ilə söhbətləşmək əvəzinə, hamı ilə paylaşırıq.
* Qorxuludur. Hər hansı şəxsi mövzunu internetdə bölüşə bilmirsiniz… Çünki siz yazdığınız hər bir informasiyanı yüzlərcə insan oxuyur. Bu da hər bir mövzunun internetdə paylaşılmasına maneəçilik törədir.
* Bizi emosial hisslərin paylaşılmasında problem yaradır. Hər bir insan «dost», «tanış» və «qohum» sözlərini öz bildiyi kimi başa düşür. Onlar çox müxtəlif mənalar daşıyır. Yalnız onlayn-servislərdə bu nüanslar itir.

Belə bir qərara gəldikdən sonra, biz özümüzə bir sual verdik: «biz əhatəmizdə olan insanlarla necə paylaşırıq?»
Cavab tapmaq çətin olmadı… Biz hər hansı bir informasiyanı bölüşəndə, onları əhatələrə bölürük…

Hər bir insan öz tanışlarını söhbət edəcəyi informasiya ilə bağlı müxtəlif danışıq əhatələrinə bölür. Bunun üçün biz daha loqik yolla getdik: sosial əhatə konsepsiyasını virtual həyat ilə əvəz etdik. İndi siz ürəyiniz istədiyiniz qədər əhatə yaradıb, ora istədiyiniz insanları daxil edə bilərsiniz… Hər bir əhatədə də, çəkinmədən hər bir mövzuda danışa bilərsiniz.



+Mövzular: Yaxınlarınızla istədiyiniz mövzuda söhbət edin

Biz hər hansı bir maraqlı işlə məşğul oluruqsa, yəqin ki onu yaxınlarınlarımızla bölüşmək istəyirik. Söhbət yarış maşınları, kino və s. gedə bilər. Əsas odur ki, oxşar məşğuliyyətlər ümumi dilin tapılmasında kömək olur: biri mövzunu açır, ikinci o mövzunu qaldırır, üçüncü isə mövzunu müzakirə edir. Bununla da yeni oxşar məşğuliyyət üzrə müzakirənin təməli qoyulur.

İnternet şəbəkəsində hər şey tapmaq olar — müxtəlif cür məqalələrdən başlayaraq, maraqlı şəkil, gülməli video və s. Məzmun nə qədər maraqlı olsa, onun müzakirəsi də bir o qədər geniş olur. Yalnız bir şey bizə məlum oldu ki, maraqlı məlumatların əldə edilməsi üçün güc və vaxt tələb olunur. Rahatlıq olması üçün biz internetdə məlumların bölüşülməsi üçün servis yaratdıq və onu "Sparks" adlandırdıq.



+VideoGörüşlər: dost və yaxınlarla görüşmək daha da asanlaşdı

İnsanlara vaxtlarını gözəl kompaniyada keçirtmək xoş gəlir — restoranda, parkda, evdə və s. Yaxın insanlarla söhbət əhvalı qaldırır. Yalnız həmin hissləri internetdə keçirtmək bir az qəlizdir.

Bir fikirləşin: siz restorana, parka və yaxud hər hansı bir yerə gəzməyə getdikdə, vaxtıvızın olduğunu və söhbət üçün açıq olduğunuzu bildirirsiniz. Bu da insanlara ortaq söhbətin yaranmasına kömək olur. Hal-hazırki yazı, səsli və videoçatlar bu incəlikləri dərk etmir.

* Ondan başlayaq ki, göndərdiyiniz informasiya kimisə hirsləndirə bilər. Siz onlaynda olan hər bir istifadəçiyə ismarıc göndərə bilərsiniz, yalnız bu zaman siz həmin insanı hər hansı bir işdən və yaxud fikirdən ayırmış olarsınız
* Bir də, əgər həmin adam cavab vermirsə, sizə maraqlı olaraq qalır: həmin istifadəçi cavab vermək istəmir — ya onun başı qarışıqdır?

Google+ yaradarkən, biz onlayn-danışıqları elə yaratmaq istədik ki, onlar maraqlı və təbii keçsin. Bunun üçün biz +VideoGörüşlər yaratdıq. Onun köməyilə biz nəinki dostlarla görüşə, hətta sizin əhatənizdə yerləşən istifadəçilər tərəfindən yaradılmış videogörüşlərə qoşula da bilərsiniz. Gözəl kompaniyadakı söhbətdən yaxşı nə ola bilər? :)



+Mobil versiya: Öz fikirlərinizlə bölüşün

Mobil telefon — sizə maraqlı olan hər bir şeylə bağlı olan mövzular haqda bölüşməyə kömək edir: hər zaman əlinizin altında, qoşulu və onun köməyilə biz ən yaxın insanlarla əlaqə saxlayırıq. Yalnız biz sizi standart mobil sayt dəstləri ilə məhdudlaşdırmaq istəmədik və bunun üçün sizlərə GPS-navigasiya, foto və videoçəkiliş və ismarıc paylaşmasını təqdim etdik.

+Yerlər
Gündəlik gəzdiyimiz yerlər bizi müxtəlif söhbətlərin paylaşılmasına gətirib çıxarır. Məsələn, siz əgər dostunuza aeroportdan zəng eləsəniz, o çox güman ki, uçuşun necə keçdiyi barədə sual verəcək. Ancaq sizin rəfiqəniz yaxınlıqda olan kafedən ismarıc yazsa, siz ora gedib, onunla bir stəkan kofe içə bilərsiniz. Google+ sosial şəbəkəsində hər yazdığınız ismarıcda yerləşdiyiniz yeri göstərə bilərsiniz.

+Yüksəksürətli yükləmələr
Şəkillərin telefondan kompüterə köçürülməsinin necə də çətin olduğunu bilirsiniz. Bunun üçün çoxları bu işlı heç başını da qatmır. Yalnız şəkillər, onları paylaşmaq üçün çəkilirlər, yaddaş kartında saxlanmaq üçün yox. Bunun üçün biz buludlarda sizin çəkdiyiniz şəkillərin yükləndiyi bağlı albom yaratmışıq. Siz istədiyiniz vaxt onlarla bölüşə bilərsiniz.



+Çat

Tez-tez eyni insanlarla yığılıb görüşmək elə də asan olmur, hərənin öz planları, öz işləri olur. Hərdən zənglər və SMS-lər kömək olur, yalnız onları universal vasitə adlandırmaq olmur. Onlar sizi bir neçə adam ilə əlaqə saxlayıb, planları müzakirə etməyə şans yaratmır. Bunun üçün biz Google+ Çat yaratdıq. Bu servis real zamanda əhatənizdəki bir neçə nəfərin əlaqə qurub, söhbət etməsinə imkan yaradır.



Bu gündən etibarən Google+ Android Marketdə mövcuddur. (Bu yaxınlarda AppStore -dada Google+ proqramı yaranacaq).
+Siz: Google+ bütün servisləri haqqında əsas nüanslar

Hal-hazırda Google+ layihəsi özündə Əhatə, Mövzular, Videogörüşlər və mobil versiya servislərini dəstəkləyir. Hal-hazırda servis test rejimində işlədiyinnən, siz hər hansı bir narahatsızlıqlarla rastlaşa bilərsiniz. Hal-hazırda qeydiyyat dəvətlərlə olunur. Biz fikirləşirik ki, internetdə məlumat paylanışı faktoruna yenidən baxılmalıdır. Bizə görə əsas faktor — istifadəçidir.

Müəllif: Vic Gundotra, texniki inkişaf üzrə vitse-prezident

Vik Gundotranın dilindən sizi Google+ barədə ilkin anlayışların əldə edilməsi üçün çalışdım… Hətta bu günlərdə twitterdə-də uşaqlar bu servis barədə fikirlərini yazırlar:

RT: @myasnikov: Не хотите терять контакты собранные в Facebook с переходом в G+? me.lt/7Zux6

RT: @GS_pro: за гугл+ смотрит кто из Аз-на… круга гирмяк сёвбяти вар))

RT: @msadig: Google plusdan sonra hiss elədim ki, FB çox «populist» biryerdi. G+ kimi səmimi təsir bağışlamır mənə.
Hələ bu günlərdə, səhv etmirəmsə dünən, bizim dostumuz Anar Əliyev-də Google+ haqqında öz fikirlərini bloqda bölüşüb: Keçid

Hələlik bu qədər :) Müzakirə edin…
  • +4
  • 03 июля 2011, 17:13
  • Farik

Комментарии (3)

RSS свернуть / развернуть
+
+1
С возвращением Фарик)
avatar

Mecid

  • 03 июля 2011, 17:40
+
0
пасиб =) видишь, вернулся 1го вечером, а уже привык ИТшному миру))
avatar

Farik

  • 03 июля 2011, 17:41
+
0
melumata gore cox sagol, maraqlanmaga tenbellik edirdim )
avatar

qorodok

  • 03 июля 2011, 20:18

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.