Google Maps servisi daha 13 ölkədə tıxacları təyin edir

Bu günlər çox GPS naviqasiya barədə danışırıq. Budur, daha bir xəbər:

Google şirkəti məlumat yayıb ki, Google Maps servisi, eləcədə Android, iOS və Google Maps Navigation məhsulunun beta versiyası Avropanın daha 13 ölkəsinin yollarında real zamanda olan tıxaclar barədə məlumat verir. Tıxaclar barədə məlumatı nəqliyyat xətti üzərində görmək olur. Yeni servis artıq Avstriya, Belgiya, Çexiya, Daniya, Almaniya, İrlandiya, İsrail, Lüksenburq, Hollandiya, Polşa, Slovakiya, İspaniya və İsveçrədə fəaliyyat göstərir. Böyük magistrallar və əsas şəhərlər barədə trafik də göstərilir.


Tıxaclar barədə alınan informasiya nəticəsində, hal-hazırda beta versiya şəklində işləyən Google Maps Navigation proqram təminatı, marşrutu tıxac olmayan yol ilə dəyişib, istifadəçinin asudə vaxtının itirməməsinə kömək olur. Məlumat, bildirildiyi kimi, hər 5-10 dəqiqədən bir yenilənir. Bundan başqa, istifadəçi Google Maps tıxacları menüsündə «change» düyməsini seçərək, həftənin müxtəlif günlərində, yollarda tıxacların hansı saatlarda daha çox olduğunu öyrənə bilər.



Yəqin ki, bu yaxınlarda bu servisin dəstəklədiyi ölkələr arasında Azərbaycan da qatılar. Çünki bu gün Trend şirkətinin yaydığı xəbərə görə, Google öz serverlərini Delta-Telekom şirkətinin DATA-mərkəzində yerləşdiriləcək. Bu da bir stimul ola bilər.
  • 0
  • 16 июля 2011, 02:05
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.