Google news

Bü günkü mövzumuz, Google şirkəti ətrafında gəzən xəbərlər barədə olacaqdır. Son günlərdə çin höküməti ilə mübarizə, nexus one mobil telefonunun buraxılışı, internet explorer 6.0 versiyasından imtina kimi xəbərləri ilə insanların diqqətini özünə cəlb edib. Hətta fikir vermisinizsə, xəbərlərin heç biri axtarış sistemi ilə bağlı deyil. Hər nə isə, mövzumuzdan kənara çıxmayıb, xəbərlərə qayıdaq. Bu günkü xəbər başlıqları ilə sizi tanış edirəm:

Google, Nexus One smartfonunda multitaç sistemini aktiv etdi.
Google, çində yeni veb-servis işə saldı.
Google, yeni tətbiqetmə onlayn-mağazası açacaq.

İndi isə ətraflı:
Google şirkəti, HTC Nexus One smartfonunun proqram təminatının yenilənməsi barədə məlumat yayıb. Yenilənmiş proqram təminatı, artıq multitaç texnolgiyasını dəstəkləyir. Nexus One istifadəçiləri müxtəlif jestlərlə veb-səhifələrdə və qalereyada şəkillərin yaxınlaşdırılması, silinməsi və s. hərəkətlər etmək imkanı əldə ediblər. Yenilənmə, multitaçdan əlavə, T-mobile şəbəkəsində 3G ilə olan problemləri də həll edir. Bundan əlavə, yenlənmə paketində Google Goggles adlı bir tətbiqetmə var. Bu tətbiqetmə köməyilə hər-hansı bir obyektin şəklini çəkib, avtomatik olaraq məlumat əldə etmək olar.

Qeyd etmək istəyərdim ki, artıq bu texnologiya Android MƏS platformasında istifadə edilib, yalnız bunların heç biri ABŞ bazarı üçün tətbiq edilməmişdi. Çünki multitaç tipli texnologiya yalnız Apple şirkətinə məxsusdur. Hətta bir neçə gün bundan əvvəl, Stiv Cobs öz işçilərinə Google şirkətinin onları bazardan sıxışdırıb çıxarmaq istəyi haqda xəbərdar edib, buna nail olmağa imkan verməmək barədə yığıncaqda qeyd etmişdi.


Növbəti xəbərimiz, Google-un çində yeni veb-servisi ilə əlaqədar olacaq. Keçən ay şirkətin Çin bazarından çıxacağı barədə məlumat yayılsada, bu ayın əvvəlindən şirkət, yeni servisi istifadəyə verib.

Google Spring Festival Map adlı servis çində yeni il şənliyi zamanı istifadəçilərə, şənlik gəzintisi üçün müxtəlif cür xəritələr axtarmaq imkanı təklif edir.
Google Spring Festival Map servisi Google Maps sistemi üzərində qurulub. Sadə Google Maps xəritələrindən fərqli olaraq, bu servis, çinlilərin səyahəti üçün daha zəngin və funksionaldır.


Google axtarış sistemi ilə ərsəyə gəldikdən sonra, İT sahəsinin digər seqmentlərinə də baş vurub. Nexus One ilə Apple iPhone, Chrome bələdçisi ilə İnternet Explorer, Mozilla, Opera və Safari, Chrome ƏS ilə Windows 7, MAC və Linux, Android MƏS ilə Symbian, Mambo, Windows Mobile, iPhone MƏS və s. texnika və tətbiqetmələrinə qarşı mübarizə aparır.

Google şirkəti servislərinə inteqrasiya edilmiş digər korporativ proqram təminatlarını satışa cıxaracaq tətbiqetələr onlayn-mağazasının işə salınmasına hazırlaşır.

Bu haqda məlumatı Wall Street Journal, aidiyyati mənbələrə əsasən yayıb. Xəbərdə bildirilir ki, yeni Solutions Marketplace onlayn-mağazası artıq mart ayından fəaliyyətə başlayacaq. Mağazada Google Apps tətbiqetmələrinə yeni imkanlar daxil edən digər korporativ proqram təminatı satışa çıxarılacaq.

Analitiklərin məlumatına görə, bu şəkildə Google şirkəti, Microsoft şirkəti ilə korporativ proqram təminatı bazarında rəqiblik mövqeyini yüksəlymək niyyətindədir.



ƏS — Əməliyyat sistemi, MƏS — Mobil əməliyyat sistemi
  • 0
  • 03 февраля 2010, 17:54
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.