GPS naviqasiya Azərbaycanda

Yeni texnologiyalar bu günkü həyatımızı daha da rəngarəng edir. Mobil telefonlar, kompüterlər, fotoaparatlar və s. günü gündən yenilənir və inkişaf edir. Bu inkişaf nəticəsində də, yeni texnologiyalar yaranır. Bu yeni texnologiyalardan biri də, GPS-dir. Bəs siz bilirsiz GPS nədir?

Qlobal Mövqetəyinetmə Sistemi (ing. GPS — Global Positioning System) — dünyanın hər bir yerində, hər bir hava şəraitində, obyektin yerləşdiyi məkanı və hərəkət sürətini müəyyən etməyə imkan yaradır. Bu sistem 1980-ci ildə ABŞ müdafiə nazirliyi tərəfindən hazırlanıb. Sistemin işləmə prinsipi daimi olaraq mövqeyini dəyişən və dəqiq vaxt verən peyklərə əsaslanır. Bu peyklərin siqnalları əsasında GPS qəbuledici öz mövqeyini və sürətini təyin edə bilər. Daha ətraflı:
AZ: az.wikipedia.org/wiki/GPS RU: ru.wikipedia.org/wiki/GPS

GPS navigasiya sistemi, bir neçə nəqliyyat vasitələri üçün təyin edilib:
Piyada, velosiped, maşın, avtobus, mototsikl, gəmi, təyyarə və s.

İlk ölcə piyadaların istifadə edə biləcəyi GPS naviqatorlar barədə sizə məlumat verim. Bu ən çox hallarda son zamanlar A-GPS texnologiyası ilə təhciz edilmiş mobil telefonlar olur. Çox az hallarda isə piyadalar özləri ilə əl GPS naviqatorları gəzdirirlər. Mobil telefon demişkən, çoxlarımız bu texnikaya malikik. Yalnız hamımızın telefonunda A-GPS texnologiyası mövcuddurmu? Bu texnologiya əsasən son zamanlar istehsal edilən telefonlarda var. Yalnız bu texnologiyanın işlədilməsi, xəritədə öz yerləşdiyin mövqeyin təyin edilməsi üçün, MƏS-də (mobil əməliyyat sistemi) GPS naviqasiya proqramı olmalıdır. GPS naviqasiya proqramları, bir çox MƏS-də mövcuddur:

iPhone | Symbian | Windows Mobile | Android | Bada

Gəlin digər ölkələrdə istifadə olunan proqram təminatlarından yox, hal-hazırda Azərbaycanda istifadə olunan GPS proqramları barədə məlumatlanaq.

İlk olaraq, daha çox inkişaf etmiş proqram təminatından başlayaq. Bu — «City Guide»dir.

1. City Guide (Şəhər bələdçisi) — GPS/GLONASS naviqasiyalı proqram təminatıdır. Rusiya Federasiyası «MİT» ASC şirkətinin məhsuludur. City Guide proqramının işlədiyi MƏS-ləri: iPhone, Android, Windows Mobile, Windows CE, Windows XP/Vista, Java, Brew, Symbian S60 ed.3 və S60 ed.5.
Proqram təminatının Azərbaycanda distribütoru Caspian Navtel şirkətidir. Şirkətin veb-səhifəsindən, bu məhsul barədə bir qism məlumat:

City Guide xəritələr kataloqu:

City Guide sistemində rəsmi olaraq istifadə olunan elektron xəritələr xüsusi dövlət lisenziyasına malik olan kartoqrafiya şirkətləri tərəfindən təqdim olunur.

Bütün xəritələr avtomatik yol marşrutlanması və ünvanlı axtarış funksiyalarına malikdirlər. Onlar eyni zamanda çoxlu sayda informasiya qatlarına malikdirlər.

City Guide elektron xəritələri dəqiq mövqeləndirməni təmin edir və müxtəlif GPS sistemlərində istifadə oluna bilər.

City Guide sisteminin aşağıdakı üstünlükləri var.

Dinamik naviqasiya sisteminin dəstəklənməsi — bu yol haqqında aktual məlumatların daxil olduğu zaman əvvəl seçilən marşrutun daha dəqiq tənzimlənməsinə imkan verir.
Xəritələrin avtomatik korreksiya imkanı — proqram gündəlik olaraq kiçik yenilənmiş xəritələr alır ki, onlar avtomatik naviqasiya zamanı istifadə edilə bilir.
Təmirə bağlı olan yolların vəziyyətinin izlənilməsi- əgər yol təmirə bağlıdırsa o xəritədə qeyd olunur və marşrutdan çıxarılır.
Müvəqqəti bağlanmış hərəkətin dəstəklənməsi- əgər küçə müəyyən bir tədbirlə və ya bayramla əlaqəli müvəqqəti bağlanırsa bu haqqda məlumat xəritədə göstərilir və belə küçələr qurulan marşrutdan xaric edilir.
İstifadəçi redəktəsinin dəstəklənməsi-naviqasiya sisteminin istifadəçisi xəritədəki yol işarələrini dəyişə və müəyyən küçələri marşrutdan çıxara bilər. Beləliklə də öz naviqatorunu özü idarə etmiş olur.
İstifadəçinin özünün yeni POİ-lər və kateqoriyalar əlavə etmək imkanı
Eyni bir xəritə bəndi City Guide proqramının müxtəlif versiyalar üçün uyğun gəlməsi

City Guide xəritlər dəstində pulsuz xəritələrlə yanaşı, haqqı ödənilərək alınacaq xəritələr də var. Pulsuz xəritələri proqramın istənilən versiyalarına məhdudiyyətsiz yükləmək olar. Haqqı ödənilərək alınmalı olan xəritələr isə ancaq konkret qurğudakı konkret proqrama görə alınır və yüklənilə bilir.

mənbə: http://www.caspiannavtel.com/?/az/content/380/

Qiyməti:? (bilinmir) — http://www.caspiannavtel.com/?/az/content/383/

2. Garmin Nuvi — Garmin lisenziyası üzrə Garmin GPS-naviqatorları üzərində Bakı və Azərbaycanın yeni marşrutlaşdırılmış xəritəsidir. Gözəl istifadəçi interfeysinə, gecə və gündüz rejimləri, bir çox məntəqələr: məktəb, universitet, poçt filialları, dövlət idarələri, benzin doldurma məntəqələri, maqazinlər, restoranlar, mehmanxanalar, yaşayış massivləri və s. malikdir. Garmin xəritələri sizə, şəhərin hər bir nöqtəsinə daha qısa yolla və DYP qaydalarını pozmadan çatmağa kömək edəcək. Proqram təminatı hər bir yenilənmədə daha da genişlənir.

Proqram təminatının Azərbaycandakı distribütoru Garmin Ltd-dir və xəritə məhsulları şirkətin adı ilə eynidir. Məhsul Windows Mobile, Symbian, Symbian Touch, Android, Nokia Maemo 5 OS, iPhone tipli platformaları dəstəkləyir.

Qiyməti:? (bilinmir) — http://www.garmin.az/buy.html

3. Sygic GPS Navigation — özündə avtomobil gps naviqasiyası, piyada üçün alətlər toplusu, sosial şəbəkələr ilə dərin bağlılıq cəmləşdirir və əsl 3D bələdçidir. Sygic GPS Navigation yeni məhsulu aşağıdakı platformaları dəstəkləyir: Windows Mobile, Symbian, Symbian Touch, Google Android OS, Nokia Maemo 5 OS, Apple iPhone. Məhsul yenilənmiş interfeys, yeni dəbə uyğun dizan və istifadəçilər üçün yeni imkanlara malikdir.

Proqram təminatının Azərbaycandakı distribütoru elNavi LLC şirkətidir. Proqram üzərinə gedən azərbaycan xəritəsi — elNavi Mobile Map — Azerbaijan.

Qiyməti: 39.00 AZN — http://www.elnavi.az/buynow.php



4. NDrive — Portuqal şirkəti 9 ildən çoxdur ki naviqasiya proqram təminatı və GPS texnologiyası üzrə ixtisaslaşır. NDrive naviqatorları Böyük Britaniyada və İrlandiya, Germaniya və ABŞ, Braziliya və Portuqaliya və digər ölkələrdə mobil naviqasiya proqramları siyahılarında ilk yerləri tutur. NDrive naviqasiya proqramını üçün xəritələri artıq bizim ölkədə də mövcuddur.
NDrive məhsulu aşağıdakı platformalar üzərində işləyir: iPhone, Windows Mobile, Symbian, Android, webOS, bada.

Proqram təminatının Azərbaycandakı distribütoru MATRIX LLC şirkətidir.Proqram üzərinə gedən azərbaycan xəritəsi — Yollar Map.

Qiyməti: 30.00 AZN — http://www.yollar.az/?id=26

Hələlik bu qədər. Gələn dəfə, GPS izləmə sistemləri barədə məlumatlanarıq :)
  • +2
  • 15 июля 2011, 20:12
  • Farik

Комментарии (4)

RSS свернуть / развернуть
+
0
CityGuide обойдется в 50 баксов.
avatar

Skif

  • 16 июля 2011, 14:20
+
0
Это вместе с картой? Я знаю что у тя официально купленная, как выгодней приобрести комплект Прогу+карту?
avatar

Cluster

  • 17 июля 2011, 03:06
+
0
СитиГИД — «Две столицы» — 800 руб. + 1000 рублей карта Азербайджана
avatar

Skif

  • 18 июля 2011, 12:15
+
0
Azərcell-ində Caspian Navtel ilə birgə layihəsi var imiş:

www.azercell.com/services/infotainment/info_services/navigation/
avatar

Farik

  • 19 июля 2011, 23:49

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.