Azerfon 3G sürətini lazım gəlsə gücləndirəcək

Elə indicə oxuduğum xəbəri sizinlə bölüşmək istəyirəm… Xəbərdə bildirilir ki, Azərfon şirkəti 3G xidmətinin sürəti hal-hazırda 3.6 mb/s-dir… Gəlin xəbəri izləyək:

Azerfon şirkətinin nümayəndələrinin sözlərinə görə, hazırda şirkətin 3G şəbəkəsi ölkədə sürətli mobil internetə olan tələbatı ödəyir. 3G texnologiyası Bakıdan əlavə həmçinin Sumqayıt, Gəncə, Şəmkir, Tovuz və digər böyük şəhərləri əhatə edir.
“Biz bu gün qarşımıza bütün Azərbaycanı əhatə etmək məqsədini qoymuruq. 3G texnologiyası əsasında mobil internetdən əsasən gün ərzində mobil telefon vasitəsilə internetə çıxışa ehtiyacı olan abunəçilər istifadə edir. Tələbat artdıqca, əlbəttə ki şəbəkə də genişləndiriləcək”, — deyə Fineco/abc.az-a şirkətin korporativ əlaqələr üzrə rəhbəri Elşad Fərzəliyev bildirib.
Onun sözlərinə görə, həmçinin yaxın gələcəkdə şəbəkənin keçirtmə qabiliyyəti artırılacaq və abunəçilər internetə saniyədə 7,2 Mbit sürəti ilə çıxış əldə edəcəklər.
Bu gün Azerfon şəbəkəsinin sürəti Azerfon-Vodafone abunəçiləri üçün 3,6 Mbit/s, Nar Mobile istifadəçiləri üçün isə 2 Mbit/s-dək təşkil edir.

İndi isə aflatunus nikli istifadəçi tərəfindən YouTube servisinə yerləşdirilmiş test video-ya baxın:



Bu yaxınlarda hətta Kataloq nikli istifadəçimizdə twitterdə Azerfon 3G modemi əldə edilməsi barədə məlumat yaymışdı. Azərfonun bu xidmətinin necə işləməsi barədə istifadəçi fikirlərini eşitmək çox maraqlı olardı… Birdə, şirkətin sürəti 7,2 mb/s qaldırmazdan əvvəl, şəbəkənin stabilliyinə nəzər salınsaydı əla olardı. Çünki, hal-hazırda Azərfon şirkəti bu xidməti göstərən yeganə mobil opearordur.
  • +1
  • 19 июня 2010, 02:07
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.