NAR ilə pulsuz danış

Söhbət yeməli nardan yox, mobil operatordan gedir :) İlk öncə, bütün müsəlmanların Ramazan bayramını təbrik edirəm! Elə bu bayram günüdə Nar Mobile yeni xidmətini sizlərə təqdim edir:

Nar-da ünsiyyət limitsiz oldu!


1 Avqust 2011-ci il tarixindən etibarən Nar Mobile abunəçiləri “Limitsiz Şəbəkədaxili” tarifinə qoşulmaqla limitsiz danışıq kefini yaşaya bilərlər.

Limitsiz danışmaq üçün sadəcə limitsiz sözünü yazaraq, 777-yə SMS göndəmək və ya telefonun ekranında *777#111#YES yığmaq kifayətdir.

Tarifə aşağıdakı xidmətlər daxildir:



Limitsiz Şəbəkədaxili tarifinə qoşulmaq üçün aşağıdakı üsullardan birini seçə bilərsiniz:
Limitsiz yazaraq nömrəsinə mesaj göndərmək;
Telefonun ekranında şifrəsini yığmaq;
Nar Mobile Menyusu vasitəsilə;
Nar Mobile İnternet Bələdçisi vasitəsilə;
Nar Dünyası mağazalarına və Nar Mobile Mərkəzlərinə yaxınlaşmaq.
Limitsiz Şəbəkədaxili tarifindən gündəlik istifadə haqqı 24 qəpikdir. Balansda kifayət qədər vəsait olmadıqda gündəlik abunə haqqı çıxılmır. Abunəçi balansını artırdığı gün abunə haqqı yalnız həmin gün üçün çıxılır. Balansda kifayət qədər vəsaitin olmaması səbəbindən gündəlik abunə haqqı çıxılmadıqda, şəbəkədaxili zəngin hər dəqiqəsi üçün 5 qəpik çıxılır.

Tarif çərçivəsində edilən istənilən zəngin birinci saniyəsi pulsuzdur. Bütün zənglər üçün hesablama intervalı 12 saniyədir.

Öncədən ödənişli Limitsiz Şəbəkədaxili tarifindən sonradan ödənişli tariflərə və geriyə keçid pulsuzdur və Nar Dünyası mağazalarında və Nar Mobile mərkəzlərində həyata keçirilir. Limitsiz Şəbəkədaxili tarifindən Sevimli Şəbəkə, 5 Qəpik, CavanNar, Söhbətcil, Danışmaq Həvəskarı, Nar Mobile Məkanı və Xoş xəbər tariflərinə keçid 1 manatdır.

Sevimli Şəbəkə, 5 Qəpik, CavanNar, Söhbətcil, Danışmaq Həvəskarı, Nar Mobile Məkanı və Xoş xəbər tariflərindən Limitsiz Şəbəkədaxili tarifinə keçid 1 manatdır.

Limitsiz Şəbəkədaxili tarifinə çərçivəsində Bomba, Zəng gələr, bonus gətirər, Nar 3G+ paketlərini sifariş etmək olar.
  • 0
  • 01 августа 2011, 14:47
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.