
Bu operatorlar heç vaxt bir yerdə durmurlar və hər gün yeni işlərə qədəm qoyurlar. Yeni stendlər, yeni reklam bannerləri, yeni xidmətlər, yeni paketlər və s… İndi də sayt yeniləmək moda düşüb. Əslində bu pis adət ənənə deyil. İldə bir dəfə saytı yeniləmək istifadəçiyə narahatlıq törətsədə, bu bir neçə gün çəkir və bundan sonra istifadəçi özünü daha rahat hiss edir. Amma gərək saytı elə dəyişəsən ki, problem də yaranmasın. Ümumi görünüşün birdən-birə dəyişməsi, istifadəçilərə çox pis təsir edir. Hə, nəisə, bu araşdırmanın dərinliyinə getməyək, keçək əsas mövzuya. İndi də, saytını yeniləmək üçün deyəsən Bakcell şirkəti can atır. =) Bu yaxınlarda NarMobile.com saytının gözəl stildə yenilik edilməsi, bəlkə də Bakcell-i bu addım atmağa vadar edib. Siz birdən deyərsiz ki, bəs nə bilim sənin hardan xəbərin var? oO
Hə… Deyə bilərsiniz ki, bəs bu feyk də ola bilər. Niyə də yox? Ola bilər. Hələ ki offical olaraq şablon bakcell.com saytında öz yerini tapmayıb, bu bizə feyk kimi gələcək. Amma şablon üzərində olan məlumatlar + Azərbaycanda bir feyk üçün belə bir şablonun yaradılması, mənə çox da inandırıcı gəlmir… Birdə müəllifdən əvvəlcədən üzr istəyirəm =) Birdən bakcell öz istifadəçilərinə bu haqda surprice etmək istəyər, mən də burda onların ideyasına bayis oluram… Hə, başım qarışdı lap şirkətə… Birdən bakcell informasiya sızması ilə müəlliflə problem yaşasa, məndən inciməsin =) Məndən sadəcə yazmaqdır. Çalışın informasiyanızı gizli saxlayın…
Hörmətlə, Fərhad Ələkbərov.
Əsli:
elekberov.com/?p=161
Комментарии (4)
RSS свернуть / развернутьMən cox pis yanaşıram bu praktikaya.
german-zvonchuk
Farik
Mecid
Farik
Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.