Ölkədə ilk operatorlar arası MMS (Multimediya Mesaj Servisi) xidmətinə start verildi

01 Aprel, 2010-cu il tarixindən etibarən Azerfon-Vodafone abunəçiləri şəbəkələrarası MMS xidmətindən istifadə edərək digər mobil rabitə operatorunun abunəçilərinə MMS göndərə biləcəklər.

AZERFON MMC və AZERCELL TELECOM MMC tərəfindən imzalanan müqaviləyə əsasən hər iki mobil operatorun abunəçiləri öz aralarında MMS göndərmək imkanından yararlana biləcəklər.

Digər şəbəkəyə MMS–in göndərilməsi xidməti MMS xidməti aktivləşdirilmiş bütün Azerfon-Vodafone abunəçiləri üçün mümkündür. Digər şəbəkəyə göndərilən bir MMS-in qiyməti 0.15 AZN təşkil edəcək.

Abunəçilərin ünsiyyətini daha da rahat və rəngarəng etmək üçün Azerfon-Vodafone yerli və xarici operatorlarla MMS müqavilələrin sayını artıracaqdır.
  • +1
  • 01 апреля 2010, 20:06
  • Farik

Комментарии (6)

RSS свернуть / развернуть
+
+1
Sag eli Bakcelin bawina
avatar

qorodok

  • 01 апреля 2010, 20:40
+
0
Bakcell başına daş düşməsin, axır vaxtlar GPRS qatıxlayır.
avatar

Farik

  • 01 апреля 2010, 20:43
+
0
raziyam )
avatar

qorodok

  • 01 апреля 2010, 23:29
+
0
Ömrümdə mms-dən istifadə etməmişəm. Mənə elə gəlir ki day etməyəcəm də…
avatar

kataloq

  • 02 апреля 2010, 12:58
+
0
Azerfon-Vodafone-dan istifade eden var ki yani? men hele bir nefere de(!) rast gelmemisem
avatar

Elliot

  • 02 апреля 2010, 13:14
+
0
Mənim dostum istifadə edir. Məndə də var. Amma elə də aktiv yox. Amma çox yaxşıdır. O gün mms göndərmək üçün sim nömrəmi tapdım, mms göndərdim, sora da itirdim :(((
avatar

Farik

  • 02 апреля 2010, 13:36

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.