NETTY 2010 Milli İnternet mükafatında iştirak etmək üçün ərizələrin qəbulu başlanıb

5 mart 2010-cu il tarixində “Novosti beynəlxalq mətbuat mərkəzində” NETTY 2010 Azərbaycan Milli İnternet mükafatının yeni mərhələsinin başlanması haqqında elan olundu.
Müsabiqənin Təşkilat komitəsinin nümayəndəsi Qaçayev Ramilin sözlərinə əsasən müsabiqənin şərtlərinə uyğun olaraq qeydiyyat, 5 mart tarixindən başlayaraq 28 aprel tarixinədək aparılacaq. Müsabiqənin iştirakçısı və ya virtual jürinin üzvü hər qeydiyyatdan keçmiş, müsabiqənin qaydaları ilə razılaşan və Təşkilat Komitəsi tərəfindən bəyənilən www.netty.az-ın istifadəçisi ola bilər. 28 aprel tarixindən 7 may tarixinədək virtual jürinin səsverməsi keçiriləcək və bu səsvermə nəticəsində mükafatın nominantları elən ediləcək. Jürinin hər bir üzvü Mükafat boyunca bir səs hüququna malikdir və səsi qeydə alınması üçün hər bir nominasiyada səs verməyə borcludur. Hər təqdim edilmiş kateqoriyada üç nominant müəyyən edilir.
8 may tarixində virtual jürinin seçimi əsasında Netty Akademiyasının səsverməsi başlayacaq. Nominantların ümumi sayından hər nominasiya üzrə bir qalibi seçməklə Akademiya qapalı səsvermə ilə NETTY 2010-nun finalistlərini müəyyən edəcək. Eyni zamanda Akademiya müsabiqədən kənar nominasiyaların qaliblərini seçəcək.
17 may tarixində təntənəli mükafatlandırma mərasimi keçiriləcək.
Cari ildə müsabiqədə yeni əsas nominasiya yaranıb “Elektron Kommersiya sahəsində ən yaxşı layihə”. Nominasiyanın partnyoru ödəniş sistemi «Golden Pay»dir.
AR Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Gənclərlə bağlı ən yaxşı sayt” həvəsləndirici mükafat yaradıldı.
Əlavə nominasiyalarının siyahısında “Ən faydalı sayt” nominasiyası da mövcuddur.
Final mərasimdə “İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə” və “İlin İT-hadisəsi” fəxri mükafatları təqdim ediləcək. Fəxri mükafatlar üzrə namizədlər öz namizədlərini özləri www.netty.az sayt vasitəsi ilə, yaxud təşkilat komitəsi və ya akademiya ilə irəli sürülə bilərlər.
NETTY 2010-nun Təşkilat komitəsinin sədri Ruslan Novruzov qeyd etdi ki, 2010-cu ildə Netty mükafatı altıncı dəfədir ki, keçirilir və 5 mart tarixində mükafatın keçirilmə şərtlərinə uyğun olaraq müsabiqə iştirakçıların və virtual jüri üzvlərinin qeydiyyatı yenidən başlanılması barədə məlumat verdi. Müsabiqə 12 əsas və 4 əlavə nominasiyalar üzrə ən yaxşılarını müəyyən edəcək. Nominasiya siyahıları www.netty.az mükafatın rəsmi saytında əldə edə bilərsiniz.
Müsabiqənin Təşkilat komitəsinin nümayəndəsi Vyaçeslav Sapunov mükafatın tarixi barədə danışdı. NETTY yarandığı andan bu günə kimi müsabiqədə təqribi 2000 milli resurs iştirak edilməsi barədə məlumat verdi. Müsabiqə nominantların sayı 250 saytdan çox olub, www.netty.az satının ziyarətçilərin sayı yüz minlərlə olub. Bir çox saytlar məhz NETTY müsabiqəsi çərçivəsində özlərini tanıtdırdı.
R.Novruzov bütün toplantı iştirakçılarını NETTY 2010-da fəal iştirak etməyə çağırdı.
Cari ildə hər zaman olduğu kimi müsabiqə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hərtərəfli dəstəklənir, Golden Pay ödəniş sisteminin, ULTEL telekommunikasiya operatorunun, Azeurotel operatorunun, Ali&Nino dükan şəbəkəsinin, İntrans internet provayderi, Nurlar şirkətinin, AZEL şirkətinin partnyorluq köməyi və JİS studiyasının dizayn köməyi ilə keçirilir. 1news.az, novosti.az, dispute.az, aze.az, e-azerbaijan.info, Infocity.az layihələri tədbirə informasiya köməyi göstərir.
NETTY-2010 Azərbaycan Milli İnternet Mükafatı – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY – bütün dünyadan yüz minlərlə İnternet istifadəçilərini toplayan ölkənin informasiya texnologiyaları sahəsində ilin əsas hadisəsidir. Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimləri üzə çıxaran və öz mükafatı ilə dəyərləndirən, NETTY mükafatı bir-neçə il ərzində milli İnternet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbir adını qazandı.
ƏLAVƏ MƏLUMAT:

Müsabiqə nominasiyaları:
1. Dövlət saytı
2. Korporativ sayt
3. Elm və təhsil
4. Mədəniyyət və incəsənət
5. İnformasiya və xəbərlər
6. Servis-sayt
7. Əyləncə
8. İdman
9. Azərbaycan
10. Şəxsi sayt
11. Cəmiyyət
12. Elektron Kommersiya sahəsində ən yaxşı sayt

Həvəsləndirici nominasiyalar:
1. “Gənclərlə bağlı ən yaxşı sayt”
2. “Ən faydalı sayt ”.
3. “İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə”
4. “İlin İT-hadisəsi”

Saytın ünvanı: www.netty.az

NETTY-nin Akademiyası: www.netty.az/academy.shtml

NETTY sosial şəbəkələrdə:

twitter.com/netty_az
www.facebook.com/pages/NETTYAZ/281928494138
community.livejournal.com/netty_az/

Şəkillər, Serious tərəfindən çəkilib. www.infocity.az

Update: Press-konferensiyadan video (by Vyaçeslav Sapunov)

  • +2
  • 05 марта 2010, 15:59
  • Farik

Комментарии (10)

RSS свернуть / развернуть
+
+1
Fərhad,
uğurlar :)
avatar

Maybach

  • 05 марта 2010, 16:53
+
+1
Təşəkkür :) Bütün iştirakçılara uğurlar.
avatar

Farik

  • 05 марта 2010, 19:18
+
0
uğurlar =) Virtual Jüri olsam səsim sizə ;)
avatar

deutsch1988

  • 06 марта 2010, 00:11
+
0
Biz informasiya dəstəyindəyik :)
avatar

Farik

  • 06 марта 2010, 00:26
+
0
Bilirem )))))
avatar

deutsch1988

  • 06 марта 2010, 00:36
+
0
Bəs eyni kateqoriyada iki dənə sayt olsa, səs kimə gedəcək?

Bu Virtual Juri məsələsi bütün işi körlayır.
avatar

kataloq

  • 09 марта 2010, 07:31
+
0
Burada «pul» gedecek axi )))))))))
Vahid muellim usaq deyilsiniz ki,bele hallari bilirsiniz ))))
avatar

deutsch1988

  • 09 марта 2010, 10:11
+
0
Bilmirəm… Xahiş edirəm, yenə də pul söhbətini araya salmayın…
avatar

kataloq

  • 09 марта 2010, 11:20
+
0
Video əlavə edildi!
avatar

Farik

  • 06 марта 2010, 15:42
+
0
2-3 dənə, bu vaxta gədər eşitmədiyim saytları gördüm və haradasa təəccübləndim… inkişaf bir az var )
avatar

Inc

  • 09 марта 2010, 20:02

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.