Netty / Səsvermə 28 apreldən başlayıb, 17 may tarixində bitəcək

Müsabiqənin şərtlərinə uyğun olaraq qeydiyyat, cari ilin 5 mart tarixindən başlayaraq 28 aprel tarixinədək aparılacaq. Müsabiqənin iştirakçısı və ya virtual jürinin üzvü hər qeydiyyatdan keçmiş, müsabiqənin qaydaları ilə razılaşan və Təşkilat Komitəsi tərəfindən bəyənilən www.netty.az -ın istifadəçisi ola bilər.
28 aprel tarixindən 7 may tarixinədək virtual jürinin səsverməsi keçiriləcək.
Bu dövr ərzində iştirak etmək üçün ərizələrin və virtual jürinin yeni üzvlərinin qəbulu dayandırılır. Qabaqcadan qeydiyyatdan keçmiş virtual jürinin üzvləri NETTY 2010-nun nominantlarını səsvermə vasitəsilə müəyyən edir. Jürinin hər bir üzvü Mükafat boyunca bir səs hüququna malikdir və səsi qeydə alınması üçün hər bir nominasiyada səs verməyə borcludur. Hər təqdim edilmiş kateqoriyada üç nominant müəyyən edilir.
8 may tarixində virtual jürinin seçiminə əsaslanaraq milli informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən görkəmli xadimlərdən ibarət NETTY-2010 akademiyasının səsverməsi başlayır. Akademiya qapalı səsvermə vasitəsilə nominantların ümumi sayından hər nominasiyadan bir qalibi seçərək NETTY-2010 finalçılarını müəyyən edir. Həmçinin qeyd olunan müddət çərçivəsində, müsabiqədən kənar fəxri nominasiyalar üzrə akademiklərin səsverməsi keçirilir.
NETTY 2010-nun qalibləri 17 may tarixində təntənəli mərasimdə rəsmi elan edilir. Mərasimdə Mükafatın bütün nominantları iştirak edirlər. Tədbirin gedişatında Akademiyanın qərarı ilə müsabiqədən kənar nominasiyalar üzrə qaliblər də elan edilir.

NETTY Milli İnternet mükafatı – ümumdünya şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün 2004-cü ildə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

Cari ildə başqa illərdə olduğu kimi, müsabiqə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi dəstəklənir, həmçinin Golden Pay ödəmə sistemi, ULTEL telekommunikasiya operatoru, Azeurotel operatoru, Ali&Nino dükanlar şəbəkəsi, Intrans internet provayderi, AZEL şirkəti, Nurlar şirkəti, Ultra şirkəti və JİS studiyası tərəfindən partnyor dəstəyini alır. Tədbirə məlumat dəstəyi 1news.az, Novosti.az, Disput.az, Aze.az, E-azerbaijan.info, Infocity.az, Azerfoto.com, ITMagazine, qwe.az, eXpert layihələri tərəfindən göstərilir.

Bu vaxtadək 395 sayt Netty-də iştirak üçün qeydiyyatdan keçib. Onlardan 311-nin iştirakı qəbul edilib, 78-nə imtina edilib, 6-sı isə baxılma prosesindədir.

İlkin səsvermə sahibləri olan «Virtual jüri» sayı artıq 107-dir.
  • 0
  • 05 апреля 2010, 16:34
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.