NETTY 2010 Milli İnternet Mükafatının keçirilməsini dəstəkləyən partnyorlar sayının genişlənməsi davam edir. Regionda ən böyük telekommunikasiya və informasiya texnologiyaları sərgisi olan BakuTel müsabiqəyə qoşuldu. Sərgi “İlin İT-hadisəsi” müsabiqədən kənar nominasiya üzrə mükafatın partnyoru oldu. Bu nominasiyada Akademiya tərəfindən seçilən müsabiqənin qalibi BakuTelin təşkilat komitəsi tərəfindən mükafatlandırılacaq.
Qeyd etməliyik ki, Bakutel 16 il fəaliyyət dövrü ərzində İnformasiya-Kommunikasiya Texnologiyalarının illik sammitinə çevrilib və onun vasitəsilə ildən ilə İKT bazarına yeni texnologiyalar və avadanlıqlar tətbiq olunur, möhkəm əlaqələr qurulur, yeni şirkətlər yaradılır.
Əlavə olaraq bildiririk ki, “İlin İT-hadisəsi” nominasiyasında layihəni təqdim etmək üçün saytında xüsusi forma vasitəsilə və ya info@netty.az ünvanına məktub yazmaqla həyata keçirmək olar. Həmçinin ərizənin təqdim edilməsi sosial şəbəkələr və ya forum vasitəsilə həyata keçirmək olar
NETTY2010 dəstəyə görə öz təşəkkürünü bildirir və maraqlı olan bütün tərəfləri layihədə iştirak etməyə və nominasiya iştirakçılarını dəstəkləməyə çağırır. Müsabiqənin cari nominasiyaları və onların partnyorları barədə bu ünvanda məlumat ala bilərsiniz. İştirak etməyə dəvət edirik.
NETTY-2010 Azərbaycan Milli İnternet Mükafatı – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
Cari ildə hər zaman olduğu kimi müsabiqə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hərtərəfli dəstəklənir, Golden Pay ödəniş sisteminin, ULTEL telekommunikasiya operatorunun, Azeurotel operatorunun, Ali&Nino dükan şəbəkəsinin, İntrans internet provayderi, Nurlar şirkətinin, Ultra şirkətinin, Bakutel telekommunikasiya sərgisinin, AZEL şirkətinin partnyorluq köməyi və JİS studiyasının dizayn köməyi ilə keçirilir. 1news.az, novosti.az, dispute.az, aze.az, e-azerbaijan.info, Infocity.az, Azerfoto.com, ITMagazine, qwe.az, eXpert layihələri tədbirə informasiya köməyi göstərir.
Комментарии (0)
RSS свернуть / развернутьТолько зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.