Azərbaycanda yeni rabitə obyektləri istifadəyə verilir

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci il dönümü münasibəti ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) müəssisələri tərəfindən yeni rabitə obyektləri istifadəyə verilir.
Belə ki, Aztelekom İstehsalat Birliyi tərəfindən bu günlərdə Bərdə rayonu Mirzəbəyli kəndində 256/30 nömrə tutumlu yeni elektron tipli ATS quraşdırılaraq əhalinin istifadəsinə verilib. Bundan əlavə Şəki rayonu Baş Küngüt kəndində genişləndirmə işləri nəticəsində əlavə 128/30 nömrə tutumlu EATS quraşdırılıb. Tovuz rayonu Aran Yanıxlı kəndində isə əhalinin istifadəsinə 48/30 nömrə tutumlu elektron tipli mini ATS verilib.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən bu günlərdə abunə tutumu 1500 nömrə, genişzolaqlı surətli internet montaj tutumu (ADSL) 5000 port olan NGN tipli yeni ATS-323/324, abunə tutumu 3500 nömrə, ADSL tutumu 750 port olan ATS-477/478, Naximov yaşayış massivində abunə tutumu 3776 nömrə, ADSL tutumu 512 port olan yeni NGN tipli ATS-in istifadəyə verilir.
Bundan əlavə BTRİB Suraxanı rayonunun “Bahar” bağlar yaşayış massivində abunə tutumu 512 nömrə olan yeni ATS istifadəyə verilib, eyni zamanda Əzizbəyov rayonunun Albalılıq qəsəbəsindəki mövcud ATS-in abunə tutumunun 440 nömrə, Hövsan südçülük sovxozundakı EATS-456-nın abunə tutumunun isə 512 nömrə artırılıb.
Həmçinin BTRİB tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində Xətai Telefon Qovşağında yeni müasir tipli abunə şöbəsinin əhalinin istifadəsinə verilməsi, eləcə də “Heydər Əliyev və Azərbaycan Respublikası rabitəsinin inkişaf mərhələsi” mövzusunda silsilə mərasimlərinin təşkil olunması nəzərdə tutulur.
Azərpoçt MMC də yeni obyektləri istifadəyə verməyi planıaşdırır. 10 may tarixində Şəki rayonu Baltalı kəndində, Qusar rayonu Düz Tahir kəndində və Xaçmaz rayonu Həsənqala kəndində yeni poçt şöbələrinin binaları əhalinin istifadəsinə veriləcək. Milli üslubda tikilən yeni binalar müasir texniki avadanlıqlarla və mebel ilə təmin olunub.
Teleradio İstehsalat Birliyi tərəfindən də 10 may tarixi ərəfəsində bir sıra tədbirlər görülüb.
Belə ki, Respublika FM proqramının yayım keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Lerik RTVS-də 2 kVt gücündə “Elektronika” tipli FM verici quraşdırılaraq istifadəyə verilib.
ATV INT proqramının yayımı üçün Füzuli rayonu, Əhmədbəyli RTS-də 3 kVt gücündə “Kvant-Efir” tipli verici quraşdırılıb.
İdman-Azərbaycan TV proqramının yayım əhatəsinin genişləndirilməsi məqsədi ilə Şəki RTVS-də 1 kVt gücündə “Elektronika” tipli FM verici quraşdırılaraq istifadəyə verilib.
Qeyd edək ki, yuxarıda adları çəkilən vericilər təkcə quraşdırıldıqları rayonlarda yox, ətraf rayonlarda da radio-televiziya verilişlərinin qəbulunun keyfiyyətini yüksəldib və əhatə dairəsini daha da genişləndirib .Tovuz RTYS-də isə texniki binanın təmiri başa çatdırılıb.

//mincom.gov.az
  • +1
  • 08 мая 2010, 16:41
  • Farik

Комментарии (1)

RSS свернуть / развернуть
+
+1
Yaxşı ki bir ümummilli liderimiz var. Sayəsində yeni rabitə obyektləri istifadəyə verilir və silsilə mərasimlərinin təşkil olunması nəzərdə tutulur.
avatar

kataloq

  • 09 мая 2010, 00:54

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.