“Aztelekom” qiymətləri endiribmiş!

“Aztelekom” İstehsalat Birliyi genişzolaqlı internet xidmətlərinin tariflərini növbəti dəfə endirib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi 01 iyun 2010-cu il tarixdən etibarən genişzolaqlı internet xidmətlərinin tariflərini növbəti dəfə endirib. Bu gündən birliyin genişzolaqlı internet xidmətlərinin tarifləri orta hesabla 36% ucuzlaşıb.

Belə ki, 512 kbit/s sürətlə limitsiz internetə qoşulma xidmətlərinin qiyməti 24 manatdan 15 manata, 1 Mbit/s sürətlə limitsiz internetə qoşulma xidmətlərinin qiyməti 29 manatdan 20 manata, 2 Mbit/s sürətlə limitsiz internetə qoşulma xidmətlərinin qiyməti 65 manatdan 30 manatadək endirilib. Endirim bütün limitsiz genişzolaqlı internet xidmətləri paketlərinə şamil olunacaq.

“Aztelekom” İstehsalat Birliyinin genişzolaqlı şəbəkə xidmətlərinin təşkil olunduğu şəhərlərin sayı 51-ə, ADSL abunəçilərinin sayı 2719-a çatdırılıb.

//aztelekom.net

Məncə əla qiymətlər təqdim olunub. İndidə özəl şirkətlərdən qiymət endirimi gözləyək :)
  • +1
  • 05 июня 2010, 10:06
  • Farik

Комментарии (8)

RSS свернуть / развернуть
+
0
Indi internet provayderlərin çoxsunda bu cür tariflərdir, niyə Aztelekom-a indi çatıb çaşa düşə bilmirəm.
avatar

vento

  • 05 июня 2010, 12:29
+
0
O biri provayderlərdə 20 manatdan ucuz qiymətlər yoxdu… Ona görə bunlara min şükür))
avatar

Farik

  • 05 июня 2010, 13:24
+
0
Var, AET-də düzdü surət də fərqlidir)
avatar

Jav

  • 05 июня 2010, 16:37
+
0
Meselen Ultel-se var 9 manatliq (trafik-nen) 1024/1024
avatar

vento

  • 10 июня 2010, 22:57
+
0
очень не плохо для 10 и 15 манатных тарифов.
avatar

Biotin

  • 06 июня 2010, 00:41
+
0
Hələ martdan demişdilər ki, internetin qiymətləri npvbəti dəfə endiriləcək, amma hələ ki, digər provayderlərdən bir xəbər yoxdu… Streamde meselen ancaq bu xeber var

«Компания UniNet сообщает о начале кампании «Двойная Скорость» — теперь при пред-оплате 3 и более месяцев по одному тарифному плану вы получаете скорость до 2-х раз большую (чем указанная в вашем тарифном плане) на оплаченный промежуток времени.
Кампания проводится с 03-го июня по 31-ое августа 2010 года и действительна только для безлимитных тарифных планов категории «Freedom». Кампания распространяется только на абонентов квартирного сектора и действительна только при оплате в офисах UniNet.»

Super Online-da ise… «С 1 июня по 31 августа при подключении на любой из тарифов SuperADSL Вы получаете месяц неограниченного скоростного Интернета в подарок»

Bakinter.net-də də qiymətlərdə guya ki, endirim var, amma digər provayderlərin qiymətinə indi gəlib çatıb…

Ehh, demişdilər ki, guya internet sürəti artırılmaqla olmayacaq bu dəfə endirimlər, həqiqətən də qiymətlər düşəcək, amma göründüyü kimi, provyderlər hələ öz düşüncələrindən əl çəkməyiblər…
avatar

shadli

  • 09 июня 2010, 17:22
+
0
Stream barədə indicə oxuyub yazdım, indidə sizin şərhinizi görürəm. Məndə eşitmişdim olacaq endirim. Yəqin ki bu AzTelekomun endirimi ilə hər şeyi yola veriblər gedib))
avatar

Farik

  • 09 июня 2010, 18:52
+
0
aha belə görünür… ehh… gözləyək növbəti endirimləri…
avatar

shadli

  • 09 июня 2010, 19:21

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.