Mozilla populyarlığı 2010-cu ilin birinci kvartalında 20% artıb

Mozilla şirkəti Firefox brauzerinin istifadəsi barədə, 2010-cu ilin birinci kvartalı üçün hesabatı açıqlayıb.

Məlumata görə, bu günkü gün Firefox brauzerini 350 milyondan çox adam istifadə edir və bələdçinin payına istifadəçilərin 30%-i düşür.

Bələdçinin ən çox istifadə edildiyi ölkə Rusiyadır. Burada, keçən ayın dekabrından bu yana, istifadə həddi 20%-ə qalxıb. Ən çox tema istifadə edən, Cənubi Amerika vətəndaşlarıdır. Add-on sevənlər isə Antarktikada yaşayırlar. :)

qwerty istifadəçilərinin 38%-idə Firefox istifadə edib, dəstəkləyir:

1. Firefox = 38,78 %
2. Opera = 25,01 %
3. Internet Explorer = 16,69 %
4. Chrome = 14,77 %
5. Safari = 1,25 %
6. Opera Mini = 1,21 %
7. Mozilla = 1,14 %
8. SeaMonkey = 0,64 %
9. Mozilla Compatible Agent = 0,14 %
10.Galeon = 0,11 %

Məlumatları tam açıq qeyd etmək istəmədim, ancaq tam əmin olmaq üçün deyim ki, bu şəkildə 21000+ kompüterin bələdçisinə(brauzer) görə bölgü olunub.
Google Analytics köməyilə təşkil olunub.

Araşdırma ilə burada yaxından tanış olmaq olar: Link
  • 0
  • 03 апреля 2010, 02:17
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.