Tülkü deyir keç 3.6-ya =)

Elə indicə bələdçinin hesabatını gücnən qwerty-də yazıb qutardım ki, keçmişdim o biri sayta və foruma. Görürəm forum əcaib açılır, saytda isə loginimi düz göstərmir.
*Mozilla hesabatı* barədə xəbəri gücnən bəlaynan yazıb qutardım (hətta şəkil də əlavə olunmurdu…
Bu PC-də istifadə etdiyim Firefox 3.5-di, vaxt olmuyub formatlaşdırmadan sonra 3.6-nı yükləyəm. Netbookumda isə 3.6-dı.
Hə sözümü nəyə gətirirəm. Açdım netbookda saytı, gördüm normal daxil oldum elə həmin şifrə ilə… «ucoz.net» sistemində. Özdə maraqlı odur ki, şifrəmi 3-4 dəfə yığdım. Sonra isə o biri akkauntumu yoxladım. Xeyri yox idi. İPB 3.0 forumu da belə görəndən sonra başa düşdüm ki brauzer qatıxlayıb.
Bir də yadıma nə düşdü? 1 saat bundan əvvəl Firefox hər iki kompüterdə yenilik elədi. 3.5 versiya da, 3.6 versiyada =) Deməli 3.6-nı təkminləşdirib, 3.5 zibilləşdirillər =) Bax belə bir politika =)

Bu da skrinlər:




Başıma yeni problemlər axtarmayıb, gedirəm Firefox 3.6 yeniləməyə… Sizədə məsləhət görürəm!

freeyork.net/images/front/qw1e.png
  • +1
  • 03 апреля 2010, 02:49
  • Farik

Комментарии (2)

RSS свернуть / развернуть
+
0
maraglidir,bes ubuntu linux firefoxunda bu niye olmadi?
avatar

deutsch1988

  • 03 апреля 2010, 04:10
+
0
Artıq 2 ildirki OPERA işlədirəm və işləməsindəndə tam razıyam. Əvvəllər Tülkünü istifadə edirdim, amma sonradan müşahidə etdimki bələdçiyə yüklənmiş plaginlərin sayı artdıqca onun açılması da qat qat gecikir. Bu hətta sonradan onun normal işləməsinədə təsir göstərir
avatar

Shik0

  • 07 апреля 2010, 09:10

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.