Texnologiya və Vikipediyamız


Yəqin ki, hamımızın Vikipediya (www.wikipedia.org) resursundan xəbərimiz var, ondan yəqin ki, faydalanmayan insan yoxdur. Xüsusən onun ingilis dilli versiyası daha populyardır və müşahidələr göstərir ki, Google-da ingiliscə hər hansı sözü və ya ifadəni axtararkən nəticələrdə Vikipediyanı ilk yerlərdə görmək adi hala çevrilib. Bu versiyada ən adi anlayış və gündəlik əşyalardan tutmuş (məsələn, orada «Qələm» üçün ayrıca geniş məqalə var) ən son elmi anlayışlara qədər bütün növ suallara cavab tapmaq mümkündür. Ona görə də xarici ölkələrdə təhsil alan tələbələr, ziyalılar və adi şəxslər bir çox suallara cavab tapmaq üçün Vikipediyaya müraciət edirlər. Vikipediya açıq resurs olduğu üçün orda istənilən şəxs əlavə və dəyişikliklər etmək imkanına malikdir. Buna görə də bəzən iddia olunur ki, bu orada yanlış informasiyaların yer almasına səbəb olur. Lakin qeyd etməliyik ki, orda yerləşdirilən bütün məlumatlar etibarlı mənbələrə istinad göstərilərək yerləşdirilir, statistikalar, yerləşdirilmiş məlumatlar dəyişdikcə istifadəçilər tərəfindən yenilənir, beləcə orda olan səhvlərin sayı minimuma enir. Artıq 2005-ci ildə araşdırmalar göstərdi ki, bu açıq ensiklopediya təxminən «Britannnica» qədər dəqiqdir.

Azərbaycandilli Vikipediya isə zəngin deyil. Bunun səbəblərindən biri AzNet-də Azərbaycandilli kontentin olmamasıdır ki, bu da Vikipediyadakı məqalələrdə istifadəçiləri ya məqalələri istinadsız yazmağa, ya da əcnəbi dillərdə olan resurslara istinad qoymağa məcbur edir. Digər səbəb Azərbaycanda Vikipediyanın hamı tərəfindən dəyişdirilə bilməsi səbəbindən yanlış olaraq etibarsız və qeyri-dəqiq informasiya resursu kimi qəbul olunmasıdır. Lakin qeyd etməliyik ki, bu resursu etibarlı edən məhz onun istifadəçiləridir, çünki onların üzərinə düşən vəzifə təkcə oxumaq deyil, həmçinin səhvləri görəndə bunlara göz yummadan düzəlişlər etməkdir. Əsas problem ondadı ki, ümumiyyətlə Azərbaycandilli Vikipediyada məqalələrin sayı da azdır. Qwe.az texnologiya bloqu olduğundan sadəcə texnologiya ilə bu və ya digər dərəcədə bağlı olan kateqoriyalardakı məqalələrin statistikasını göstərəcəm:
* Kompyuter_qrafikası — 0 məqalə;
* İnternet-KİV — 1 məqalə;
* İnternet terminologiyası — 3 məqalə;
* Saytın idarəetmə sistemləri — 1 məqalə;
* Saytlar — 23 məqalə, yarısından çoxu əcnəbi saytlar haqqındadır;
* Veb texnologiyası — 9 məqalə;
* Veb 2.0 — 3 məqalə;

Vəziyyətin heç də yaxşı olmadığı göz qabağındadır. Düşünürəm ki, Azərbaycana digər veb alətlərin, məşhur saytların istifadəsi ilk növbədə texnologiya sahəsində çalışanların istifadəsi ilə başlayaraq daha sonra bütün cəmiyyət üzvlərinə sirayət etdiyindən bu ensiklopediyanın zənginləşməsində bu saytın oxucularının əvəzsiz rolu ola bilər. Ona görə bacardığımız qədər bu resursun öz dilimizdə olan məqalələrini təkmilləşdirsək, dilimizdə yeni məqalələr yaratsaq internetdə Azərbaycandilli kontentin yaranmasına, internet istifadəçilərimizin maariflənməsinə əhəmiyyətli töhvə vermiş olarıq.

© Rəşad Mehbaliyev

Комментарии (10)

RSS свернуть / развернуть
+
0
Rəşad, məncə vikipediyanın inkişafı üçün, aznet əhli çalışmalıdı… Beləcədə məqalələr çoxalmalıdı… Çünki Elmlər Akademiyasında oturanlar, özləri heç bir iş görmürlər bu resursda…
avatar

Farik

  • 18 июля 2011, 03:28
+
+1
Fərhad, elə mən də onu nəzərdə tutmuşam son abzasda ki, əsas hərəkətverici qüvvə biz olmalıyıq, Elmlər Akademiyasının işi Vikipediyada yazmaq deyil
avatar

RMehbaliyev

  • 18 июля 2011, 03:35
+
0
Elmlər Akademiyasının yox, amma o qurum daxilində aidiyyati bölmələr yaradılıb ki, bu işlə məşğul olmalıdırlar. İstəsən lap araşdırarıq =)
Qüvvənin biz olması da doğrudur, amma hamı — bundan nə əldə edəcəyini düşünür…
avatar

Farik

  • 18 июля 2011, 03:39
+
0
Maliyyə baxımından nə əldə etməyi düşünürüksə, deyim ki, Vikipediya elə bir resursdur ki, burda hətta kommersiya şirkətləri, layihələri haqqında da yazıla bilər, bu isə həm də reklam imkanı deməkdir.
Mənəvi baxımdan isə Vikipediya bizə Cəlil Məmmədquluzadə, Həsənbəy Zərdabi olmaq imkanı verir, niyə də yazmayaq və digərlərinin maariflənməsinə səbəb olmayaq? :)
avatar

RMehbaliyev

  • 18 июля 2011, 03:41
+
0
Məncə də bu düzgün olardı. Hər gün öz sahəmiz üzrə 1 mətn əlavə etsək, bir çox məlumatların müəllifi ola bilərik, bununla da bir çox insana kömək etmiş olarıq. Mən bir çox biliklərim barədə burada bölüşmüşəm, elə orada bölüşməyə hazıram) Aktivistləri bir araya tolpamaq lazımdır :)
avatar

Farik

  • 18 июля 2011, 03:50
+
0
Məncə elə bir araya toplaşmadan da sən deyən kimi hərə öz müəllifi, icraçısı, iştirakçısı olduğu iş yerindən, gördüyü işdən, oxuduğu və bildiklərindən bildiyini yazsa və sonra yazdığını paylaşsa elə özü böyük işdir. Məsələn, Fərhad, başla orda Qwe.az məqaləsini yaratmağa, yuxarıda əsas bloqda dediyim kimi, saytlarımızın az bir hissəsi orda yer alıb.
avatar

RMehbaliyev

  • 18 июля 2011, 03:53
+
0
İnşaAllah indi artıq gecdi, sabah səhərdən başlayarıq. Bizim bu aznet əhli, DLE saytlarda gic-gic məqalə yazmaq əvəzinə, itirdikləri vaxtı bu vikipediyaya ayırsa idilər, artıq bir geniş internet ensiklopediyamız var idi…
avatar

Farik

  • 18 июля 2011, 04:02
+
0
Əlbəttə! Uğurlar sənə!
avatar

RMehbaliyev

  • 18 июля 2011, 16:20
+
0
только вот час назад писал твит на счет Азербайджанской Википедии, жаль что она так скудна, хотя нашел описание на Турецком языке и дал ссыль азербайджано язычному коллеги, а нужно было всего лишь, чтобы он почитал что такое AVR и с чем его едят…
avatar

Cluster

  • 18 июля 2011, 04:03
+
0
Ну да, думаешь это только с тобой? Сколько раз я хотел что-то объяснить другу в аське, приходилось самому перевести =))
avatar

Farik

  • 18 июля 2011, 17:02

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.