Hər birinizi salamlayırıq. Yeni uğurlar əldə etmək üçün hər birimizə biliklər və bu bilikləri təsdiq edən sertifikatlar lazım olur. Biz, eduCat tədris mərkəzi olaraq, Azərbaycanda ən ilk IT tədris mərkəzi kimi keçirdiyimiz seminarlar, tədris etdiyimiz istiqamətlər üzrə treninqlər haqda sizlərlə məlumat bölüşümü edirik.

Hörmətli QWE auditoriyası, yəqinki EDUCAT tədris mərkəzi ilə çoxunuz tanışsınız. Bundan sonra EduCat tədris mərkəzinin nümayədəsi kimi, Sizə keçiriləcək dərslər, sertifikat imtahanları, pulsuz seminarlar haqda burada xəbər verəcəm. Hal-hazırda dekabr ayında keçiriləcək sertifikatlaşdırma dərsləri haqda sizə məlumat vermək istəyirəm. Keçiriləcək dərslər və tarix:




Salam hörmətli dostlar. Bu gün sizə təqdim etmək istədiyim mövzu, internetdə daha bir pul qazanmaq imkanı haqda olacaq. Bu halda heç nə itirmədiyim üçün, bölüşürəm ki, birlikdə qazanaq ;) Bu günlərdə hostingimin zəifləməsi üzündən, yeni hosting xidməti axtarmağa başladım və yadınızdadırsa, Azərbaycan hostingləri haqda bir mövzu yazdım. Bu mövzunu yazarkən, hər bir hostingi bircə-bircə analiz etməyə başladım və ActiveCloud.az hostingində bir çox gözəl xidmətlərlə tanış oldum. Çox uzatmayım, keçən mövzunun məğzinə :)
ActiveCloud.az hostingində Channel Partner deyilən bir partnyor xidməti var ki, şirkətin sözlərinə görə, bu xidməti seçdikdə siz əsas xidmətlərinizə əlavə olaraq tövsiyələr və konsultasiyalar vasitəsilə, o cümlədən öz saytlarınızda reklam yerləşdirməklə müştərilərinizə ActiveCloud xidmətlərini təklif etmək imakanını əldə edirsiniz. Müştərilər 2 yol ilə cəlb edilə bilər: Channel-referal və Channel-konsultant
Channel-referal



Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Bir aydı «nəsə böyük bir şey gəlir» deyə-deyə çığıran Google və Samsung, Steve Jobs vəfatına görə, Samsung Nexus Prime telefonunu ayın 11-i təqdim etmədi və ayın 19-a qədər təxirə saldı. Elə bu zaman, bilmirəm nəyə görə, Google şirkətinin bir neçə ay bundan əvvəl əldə etdiyi Motorolla şirkəti RAZR ailəsini canlandırmaq qərarına gəldi. Yeni Motorolla Droid Razr, oktyabr ayının 18-i təqdim olundu. Gəlin yeni telefonun xarakteristikaları ilə tanış olaq:


Yeni mp3 player axtarışında olanlara yaxşı xəbərim var. Artıq Samsung Galaxy mp3 playerlərini əldə edə bilərsiniz. Galaxy playerləri, elə iPod touch kimi mobil operatorların sim kartlarını dəstəkləmir. Playerlərin texniki xarakteristikalarına gəldikdə, prosessor 1 GHz CPU, 512 MB RAM, 8 GB daxili yaddaş, eləcədə microSD dəstəyi (32 GB qədər), ön və arxa kamera, WiFi ilə təhciz olunub. Galaxy Player4 4-düymlük taç ekran ilə təhciz olunub və qiyməti 230$`dır. Galaxy Player 5 daha böyük, 5-düymlük ekrana malikdir və eləcədə batareyası daha yüksədir. Onun qiyməti isə 270$`dır.



