Baku GTUG 20.08.2011



Sabah Baku GTUG -un tədbirinə gedirik.  Planlaşdırılan mövzular:


( Читать дальше )
  • +1
  • 19 августа 2011, 18:34
  • Farik
  • 3

Bu yayın mövzusu: iPhone4 ya Samsung Galaxy S2 ?

Bu yayın əsas problemlərindən biri olan bu seçim, son günlər daha da qızğınlaşıb. O gün dostum özünə yeni touch phone almaq fikrinə düşüb. Mənə İCQ-ya yazır ki, bəs iPhone alım ya Galaxy? Mənim seçimim Galaxy oldu. Amma dostum deyir ki, iPhone səviyyədir! Nə bilim Glamur Phone =)
Bu gün də, tvitterdə Nigar iPhone və yaxud Galaxy deyə sual verdi:
@NiGARHAPPY NIGAR MAMMEDZADEH:
iphone ya samsung? =)
Bu suallar çox adamlar verir və hər dəfədə hər adam, hansı faktları göstərirsən göstər, yenədə ürəyi istədiyi telefonu seçir. Gəlin bu gün bu faktları gözdən keçirək. iPhone4 ya Galaxy? Bəs biz hansını seçməliyik?



Məsələn, İKT sahəsində işləyən, programmer, web-programmer, system administrator və s. əsasən Android OS üzərində olan Samsung Galaxy S2 seçimi edir. Twitter istifadəçilərindən

( Читать дальше )

Bloqosfer 2011 - nabranda 3 günlük istirahət :)

Hamınızı xoş gördük =) Bu isti yay günlərində, kimlər dünyanı gəzir, kimlər çimərliklərdə istirahət edir, kimlərsə də İŞLƏYİR. Elə o gün də, promo rolik çəkəndə, Knyaz çox şikayət edirdi ki, bəs yayın bu günündə işləyirik, Bloqosfer gəlsə idi, bəlkə gedib 3 gün istirahət edərdim. Hələ Gümüş -də deyirdi ki, sentyabrın 4-ü sinif yoldaşımın toyudu* gərək çatdırım — dedim neynirsən, bəhanə elə ki Bloqosfer-də idin, 50 manat qabaqsan =) Hə, yəni bu Bloqosferin öz unikal xüsusiyyətlərindən başqa, köməklik xüsusiyyətlərindən bir neçəsində mən saydım =)

Bloqosfer haqqında yəqin ki hamı məlumatlıdır. Xəbəri olmayanlar www.bloqosfer.com ünvanı üzrə keçib, daha ətraflı məlumat ala bilərlər. Məsələn:

1. Bloqosfer nədir?
2. Keçiriləcək tədbirin PLANI
3. Mövzular və s.

İndi isə sizə Bloqosfer 2011-in promo rolikini təqdim edirəm: (mən tələbələrin içindəyəm =)

Bakcell new site

Bu operatorlar heç vaxt bir yerdə durmurlar və hər gün yeni işlərə qədəm qoyurlar. Yeni stendlər, yeni reklam bannerləri, yeni xidmətlər, yeni paketlər və s… İndi də sayt yeniləmək moda düşüb. Əslində bu pis adət ənənə deyil. İldə bir dəfə saytı yeniləmək istifadəçiyə narahatlıq törətsədə, bu bir neçə gün çəkir və bundan sonra istifadəçi özünü daha rahat hiss edir. Amma gərək saytı elə dəyişəsən ki, problem də yaranmasın. Ümumi görünüşün birdən-birə dəyişməsi, istifadəçilərə çox pis təsir edir. Hə, nəisə, bu araşdırmanın dərinliyinə getməyək, keçək əsas mövzuya. İndi də, saytını yeniləmək üçün deyəsən Bakcell şirkəti can atır. =) Bu yaxınlarda NarMobile.com saytının gözəl stildə yenilik edilməsi, bəlkə də Bakcell-i bu addım atmağa vadar edib. Siz birdən deyərsiz ki, bəs nə bilim sənin hardan xəbərin var? oO


( Читать дальше )
  • +1
  • 04 августа 2011, 02:15
  • Farik
  • 4

Day.Az yeni nəticələr açıqladı

Bu günlərdə Day.Az öz servisləri haqda yeni xəbərləri açıqladı. Bilməyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, Day.Az layihəsi 2003-cü ildən fəaliyyət göstərir və öz fəaliyyəti zamanı internet KİV-ləri içərisində ən populyar informasiya xidmətidir. İnternet KİV 3 dildə fəaliyyət göstərir. Azərbaycan, rus və ingilis. Layihə aşağıdakı servisləri təqdim edir:

1. Xəbərlər 2. E-poçt 3. MyDay 4. Hava məlumatı 5. Yumor 6. TV proqram 7. Bürclər 8. Yuxular 9. Tərcüməçi 10. Oyunlar 11. Avia reyslər 12. Musiqi 13. İdman 14. Day Chrome 15. Reytinq 16. Bloqlar 17. Afişa 18. Day.Az Radio 19. İş 20. DayTube 21. Foto 22. Banklar

Hə, indi isə keçək əsas mətləbə…

( Читать дальше )
  • 0
  • 02 августа 2011, 15:57
  • Farik
  • 5

Siz seçib yoxlayırsınız, ya yoxlayıb seçirsiniz?

Bu gün Google+ da Rüstəm Əliyevin bölüşdüyü məlumat mənə çox maraqlı gəldi:
Rustam Aliyev — 18:27 — Для всех
O vaxtı evə internet alanda bu sayt olsaydı əziyyət çəkməzdim: )

Yoxla.az — əvvəl yoxla, sonra al
Hər hansı bir məhsulu, xidməti almazdan əvvəl yoxlayın, sonra alın. Yoxla.az sizə genişzolaqlı və mobil internet, digər xidmətləri yoxlamaq imkanını verir

Elə o saat bu link üzrə keçdim ki, görüm nə layihədir… Budur:


( Читать дальше )
  • +1
  • 01 августа 2011, 18:59
  • Farik
  • 4

NAR ilə pulsuz danış

Söhbət yeməli nardan yox, mobil operatordan gedir :) İlk öncə, bütün müsəlmanların Ramazan bayramını təbrik edirəm! Elə bu bayram günüdə Nar Mobile yeni xidmətini sizlərə təqdim edir:

Nar-da ünsiyyət limitsiz oldu!


1 Avqust 2011-ci il tarixindən etibarən Nar Mobile abunəçiləri “Limitsiz Şəbəkədaxili” tarifinə qoşulmaqla limitsiz danışıq kefini yaşaya bilərlər.

Limitsiz danışmaq üçün sadəcə limitsiz sözünü yazaraq, 777-yə SMS göndəmək və ya telefonun ekranında *777#111#YES yığmaq kifayətdir.

Tarifə aşağıdakı xidmətlər daxildir:



Limitsiz Şəbəkədaxili tarifinə qoşulmaq üçün aşağıdakı üsullardan birini seçə bilərsiniz:


( Читать дальше )

On-line və soft tərcümə sistemləri

Bu gün disk sıyırmamı yoxlayanda, İntelSoft şirkətinin tərcümə diski əlimə düşdü. Bu diski, mənə Dima müəllim (İnfoCity.az) vermişdi, demişdiki vaxtın olanda baxarsan, yeni tərcümə sistemidir. Yəni artıq bu sistemin yaradılması 1 ilə yaxınlaşır, lakin mən əsgərlikdən gəldiyim üçün, mənimçün təzə gəldi: ) Ona görə də, sizlər üçün on-line və soft şəklində olan tərcüməçilər barədə bloq post yazmaq qərarına gəldim.  Bu haqda bir dəfə İnfoCity jurnalının 2010-cu il burxılışlarının birində yazmışdım, ancaq indi bu mövzuya qayıtmaq qərarına gəldim.

1. İntelSoft şirkəti haqqında söz düşmüşkən, elə olardan da başlayaq. İlk əvvəl soft versiyasına baxaq:



İlk görünüşdən görünür ki,

( Читать дальше )
  • +1
  • 01 августа 2011, 03:16
  • Farik
  • 2

Bakcell və AIESEC Azerbaijan təşkilatı facebook-da birgə müsabiqə keçirəcək

Bu xəbəri tvitterdə Cavid Huseynov-dan aldım :) Buyurun:

@error631
Совместный конкурс от Bakcell и AIESEC Azerbaijan. http://t.co/euIm9zO

Bu da xəbər:


( Читать дальше )
  • +3
  • 29 июля 2011, 17:30
  • Farik
  • 1

Connect qiymətləri sal`MADI, sürətləri qaldırdı

Azərbaycanın ilk internet provayderlərindən olan Connect şirkəti, ADSL qiymətlərində yox, sürətlərində dəyişiklik etdi. Əldə etdiyimiz məlumatlara görə, indi:

2048/1024 – 20 AZN

3072/1024 – 30 AZN

4096/1024 – 40 AZN

5120/1024 – 60 AZN

8192/1024 – 80 AZN

10240/1024 – 250 AZN

Qoşulma haqqı: 10 AZN

Yəqin ki, digər internet provayderlərdə də, bu günlərdə bir dəyişiklik görəcəyik.

Əlavə1 (29.07.2011 16:31): @ConnectAZ:
CONNECT-dən «Bakı küləyi» kampaniyası! / Кампания «Bakı küləyi» от CONNECT t.co/0853qlI
5 minutes ago
  • +1
  • 29 июля 2011, 14:45
  • Farik
  • 2