Yeni alma store !!!

Bu gün həmişəki kimi internetdə surfing edərkən, facebook-da İnfoCity jurnalının səhifəsində yeni xəbərə rast gəldim. Apple şirkətinin Azərbaycandakı nümayəndəliyi olan Alma Store, sabah, yəni ayın 30-u, şəhərin ən tanınmış küçələrindən biri olan, Nizami küçəsində öz dükanının açılışını edir:

Tarix:
30 iyul 2011 · 18:00 — 21:00

Keçiriləcək yer:
Nizami küç 81
Baku, Azerbaijan

Təşkilatçı:
Alma Store [OFFICIAL]

Əlavə məlumat:

( Читать дальше )
  • +1
  • 29 июля 2011, 14:34
  • Farik
  • 8

en2az refresh base

Salam. Hamınızı xoş gördük. Axır günlər başımın çox qarışıq olduğundan, bura yaza bilmirdim. Məqalələr, şəxsi məsələlər və digər işlər… :) Hə, indi isə keçək əsas mövzuya. Son zamanlar İKT sahəsində yeni terminlərin yaranmasının çoxları şahid olub. Bunu əsasən developer`lər çox hiss edir.



Bunun üçün, biz də, en2az.net layihəsində bazanın yenilənməsi haqda müzakirələr aparıb, qərara gəldik ki, bizim hörmətli AzNet auditoriyası ilə bu prosesi həyata keçirək. Bunun üçün bizə bu sahədə bilikləri olan istifadəçilər lazımdır. Hal-hazırda 32 nəfər userimiz var, onlara da e-poçt vasitəsilə xəbər edəcəyik.

Birdə, elə burdaca sual vermək istədim. Yeni sözlərin əlavə edilib, müzakirəsi üçün, sizcə, hansı sistemdən istifadə edilməsi əla olar? Blog/Forum? və yaxud yeni əlavə olunan sözlər haqda məlumat olunsun, bəs edər? Çünki hər bir sözün səsverməsi sistemində, öz müzakirə üçün düyməciyi var. Düyməciyi basdıqda, yeni müzakirə səhifəsi açılır və istifadəçi öz mövqeyi ilə bölüşə bilir.

Əgər sizin bu sistemdə hesabınız yoxdursa, mənimlə farik@en2az.net ünvanı üzrə əlaqə saxlaya bilərsiniz.

//Mövzunu müzakirə edək, sizin hər hansı bir təklifiniz varsa, burada səsləndirə bilərsiniz.
  • +1
  • 26 июля 2011, 14:38
  • Farik
  • 6

Blogging Azərbaycanda inkişaf edibmi?

Проголосовало: 12. Воздержалось: 2

2011-ci ilin yay günləri. Bu günlərdə istirahət edənlərin sayı çox olsa da, internetdə də oturanların sayı az deyil..Əsas da inkişaf etmiş sosial şəbəkələrdə.. Kimisi şəkilləri ilə bölüşür, kimisi maraqlı əhvalatı ilə.. Yalnız elə aktiv internet istifadəçiləri var ki, onlara sosial şəbəkədəki sadəcə status azlıq edir :) Bununla da, aktiv internet istifadəçiləri, özlərinə yeni internet səhifəsi açıb, orada öz fikirləri ilə bölüşürlər. Bəs sizcə Azərbacanda bloggerlik inkişaf edibmi?
  • +1
  • 18 июля 2011, 04:41
  • Farik
  • 10

Google Maps servisi daha 13 ölkədə tıxacları təyin edir

Bu günlər çox GPS naviqasiya barədə danışırıq. Budur, daha bir xəbər:

Google şirkəti məlumat yayıb ki, Google Maps servisi, eləcədə Android, iOS və Google Maps Navigation məhsulunun beta versiyası Avropanın daha 13 ölkəsinin yollarında real zamanda olan tıxaclar barədə məlumat verir. Tıxaclar barədə məlumatı nəqliyyat xətti üzərində görmək olur. Yeni servis artıq Avstriya, Belgiya, Çexiya, Daniya, Almaniya, İrlandiya, İsrail, Lüksenburq, Hollandiya, Polşa, Slovakiya, İspaniya və İsveçrədə fəaliyyat göstərir. Böyük magistrallar və əsas şəhərlər barədə trafik də göstərilir.




( Читать дальше )

GPS naviqasiya Azərbaycanda

Yeni texnologiyalar bu günkü həyatımızı daha da rəngarəng edir. Mobil telefonlar, kompüterlər, fotoaparatlar və s. günü gündən yenilənir və inkişaf edir. Bu inkişaf nəticəsində də, yeni texnologiyalar yaranır. Bu yeni texnologiyalardan biri də, GPS-dir. Bəs siz bilirsiz GPS nədir?

Qlobal Mövqetəyinetmə Sistemi (ing. GPS — Global Positioning System) — dünyanın hər bir yerində, hər bir hava şəraitində, obyektin yerləşdiyi məkanı və hərəkət sürətini müəyyən etməyə imkan yaradır. Bu sistem 1980-ci ildə ABŞ müdafiə nazirliyi tərəfindən hazırlanıb. Sistemin işləmə prinsipi daimi olaraq mövqeyini dəyişən və dəqiq vaxt verən peyklərə əsaslanır. Bu peyklərin siqnalları əsasında GPS qəbuledici öz mövqeyini və sürətini təyin edə bilər. Daha ətraflı:

( Читать дальше )
  • +2
  • 15 июля 2011, 20:12
  • Farik
  • 4

Bloqosfer 2011?

Yəqin ki, keçən il, mən əsgər olduğum zaman :), Bloqosfer 2010 haqda məlumatlanmışdınız. Hətta mən bir çox bloqçuların, öz bloqlarında bu İT hadisə haqda yazıları ilə də qarşılaşmışam. Bəs siz, Azərbaycan blogerləri, bu İT hadisəni yenidən yaşamaq istəyirsinizmi?



Bu gün twitter`də oturduğum zaman belə bir xəbəri gördüm:


( Читать дальше )
  • 0
  • 15 июля 2011, 00:34
  • Farik
  • 2

Google+ nədir?

Əskərlikdən dönüb yeni texnologiyalar ilə tanış olduğum zaman yeni bir layihə ilə rastlaşdım. Google+ eyni adlı şirkətin sosial şəbəkə layihəsidir. Yəqin çoxunuz facebook-dan aktiv istifadə edirsiniz… Bəlkədə siz fikirləşdiniz ki yenə də bir sosial şəbəkə… Facebook varda… Amma facebook-a qədərdə başqa sosial şəbəkələr mövcud idi, bəs niyə çoxları facebook-a keçdi? Çünki hər bir sosial şəbəkə, yeni imkanlar təklif edir… İndi Google+ layihəsində hansı imkanların olması barədə sizi agah edək:




( Читать дальше )
  • +4
  • 03 июля 2011, 17:13
  • Farik
  • 3

Made by Ultra

Salam mənim əzizlərim =) Bir saat əvvəl hərbi kommisarlıqda mənə, bu ayın 20-nə qədər möhlət verdikləri üçün, ürəyimdə qalan mövzunu yazıram. Bu günkü mövzumuz, Ultra şirkətinin Nexus noutbukları barədə olacaq. İnternetdə nə qədər axtardım, bu barədə başqa bir bloq post tapa bilmədim ki, nümunə gətirim… Hə, keçək əsas mətləbə…

Əgər yadınızdadırsa, keçən ilin 14-16 avqustu, Gəncədə Barkamp Azərbaycan keçirilirdi… Orada mən bir gözəl Nexus noutbuku uddum…




( Читать дальше )
  • +1
  • 16 июля 2010, 16:07
  • Farik
  • 20

Azercell Telecom “Xalq kompüteri” layihəsinə qoşulub

Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom şirkəti, respublikada Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Microsoft və HP korporasiyalarının birgə həyata keçirdiyi “Xalq kompüteri” layihəsinə qoşulması barədə elan edib. Hazırda istifadəçilər “Xalq kompüteri” çərçivəsində əldə edən kompüterlərlə yanaşı həmçinin öz istəyinə əsasən Azercell-dən fakturalı xətt nömrəsi, Azercell Datakartı və hər faktura dövrü üzrə 500 MB həcmdə GPRS data trafikinindən istifadə etmək imkanı (12 faktura dövrü ərzində) əldə edə bilər. Muqabilində istifadəçı bunun üçün 12 ay ərzində 7 manat ödəyəcək.
“Xalq kompüteri” layihəsinin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaqdır. Hazırda layihə orta və ali məktəb müəllimlərinə, şagirdlərə və tələbələrə şamil olunur.
Bu layihənin köməyi ilə bölgələrdə İKT-nin tətbiqini genişləndirmək yolu ilə rəqəmsal sahədəki geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyəti və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləmək planlaşdırılır.

//mincom.gov.az

en2az.net yeni dizaynı , #byebyeparty və əsgərlik =)

Bu günlərdə sizə bir neçə xəbərim var =) Yadınıza düşürsə, keçən ilin noyabr ayında, yeni İT tərcümə saytı yaratmışdıq… Adını da «en2az» qoyduq… Çünki ingilis dili, dünyanın hər bir ölkəsində artıq ikinci dil kimi öyrənilməkdədir… Hər bir professional proqram təminatı da, ingilis dilli versiyasını buraxır. Bu da, tərcüməni asanlaşdırır…

Dünən, bizim Elliotumuz, en2az.net saytının dizaynını dəyişib. Budur, qarşılayın… Əgər hər hansı problem varsa, burada yaza bilərsiniz… Yeni ideyaları da eşitmək əla olardıı…




( Ətraflı )
  • +3
  • 09 июля 2010, 16:00
  • Farik
  • 10