Sorğu: ADSL-inizdən razısınızmı?

Son zamanlar provayderlərimizin keyfiyyətsiz xidmətləri haqqında çox danışılır və İnternet sahəsində çalışan mütəxəssislər kimi bu hal bizi çox narahat edir.

Şirkətlərimizin fəaliyyətini araşdıran parketinq.com saytı olaraq Ölkəmizdəki ADSL xidmətinin real vəziyyətini təyin etmək və ictimai fikiri öyrənmək üçün ADSL sorğusu keçiririk.

Göstərilən ADSL xidməti Sizi qane edirmi?
Provayderiniz və ya ATSiniz Sizə lazımı xidməti göstərirmi?


Sorğunun nəticələri geniş kütləyə yayılacaq, eyni zamanda provayderlərin və müvafiq qurumların diqqətinə də çatdırılacaqdır. Azərbaycanın bütün ADSL istifadəçilərini bu sorğuda aktiv iştirak etməyə dəvət edirik. Xahiş edirik ki, sorğunu dostlarınız arasında da yayasınız.

Birbaşa keçidlər: http://sorgu.parketinq.com və ya http://url.az/sual
Saytınıza bu sorğunun bannerlərini yerləşdirmək istədyiniz halda bizə müaciət edin.

Sorğuda iştirak edəcək və bu işdə əməyi keçəcək hamıya təşəkkür edirik!

Milli Net 2009 - qaliblərin təqdimatına 6 gün qalır....

Oktyabr ayından başlayan «Milli Net» İnternet mükafatının bitməsinə, daha doğrusu, qaliblərinin adlarının açıqlanmasına 6 gün qalır. 18 dekabr, saat 18:00-da Ambassador otelində (xəritə) keçiriləcək təqdimetmə mərasimində qaliblər elan olunacaq və 4 kq-dan ağır olan, bürüncdən hazırlanmış mükafatlar öz sahiblərinə çatacaq! :)

Statistika üçün deyim ki, «Milli Net 2009»-a 583 sayt müraciət etmişdir, ondan 367 müsabiqəyə buraxılmışdır, onlardan 63 nominant oldu və onlardan da 11-i mükafatlandırılacaq! Bildiyiniz kimi, qwe.az saytı da nominantların arasındadır və saytımıza uğurlar arzu edirəm! (uşaqlar öz nominant dəvətnamənizi götürməyi unutmayın! :-) )

Qeyd edim ki, təqdimat mərasiminə giriş xüsusi dəvətnamə ilədir və qwe.az saytının istifadəçilərindən kimsə tədbirə gəlmək istəsə bu mövzuda şərh yazsın. Mərasimə ümumi olaraq 200-nəfər dəvət olunmasına baxmayraq cəmi bir neçə dəvətnamə qalıb!

Hər hansı səbəbdən tədbirə gələ bilməyənlər üçün şad xəbər: biz çalışırıq ki, təqdimatdan canlı stream olsun! (amma, sözün düzü, 100%-lük söz verə bilmirik)

Hamıya uğurlar arzu edirik!

p.s. Ən maraqlısı: 19 dekabrdan etibarən bütün saytlar öz hesabına daxil olaraq münsiflərin onlara hansı balı verdiyini, 2ci mərhələyə keçmiş-lər isə münsiflərin şərhlərini görə biləcəklər.