Ubuntu LTS задержки 10:04

Буквально в последнюю минуту обнаружил ошибку в менеджере загрузки grub2 может отложить выпуск новой версии Ubuntu. После завершения заявил сегодня 10:04 Ubuntu-CD было замечено, что установки для двойной загрузки системы при определенных условиях не имеет запись в операционной системе уже установлен порт.

Эту проблему можно устранить с помощью интерактивного обновления, но решил восстановить разработчики, ошибка для создания новых средств массовой информации и распространить к зеркалу. Процесс запущен, как долго это займет Ubuntu 10:04 доступно на зеркала и сервера Ubuntu еще не ясно, — это могло бы, вероятно, считать до завтра. Вики запись содержит обзор проблем и текущей ситуации.


deutsch1988 /qwe.az

AzNET geci-tezi var...

Salamlar…
Hə dəfə bu fikir ağlıma gəlirdi yazım,amma nədənsə tənbəllik edirdim yazmağa.Bu səfər qərara gəldim ki.Deməli saat 02:36 Bakı vaxtı ilə.İnternetdə surf and fun edirdim.Rastıma bəzi saytlar gəldi.Bu saytları acdım və baxdım.Düzünü deyim adlarını cəkmək istəmirəm,amma yazını oxuyan başa düşəcək.Fikir verdim ki,ən əsası istifadəçiləri yıxmaq üçün sayta bir neçə üsullara əl atırlar.Bunlar hansılardı?

1. Hansısa məşhur müğənillərin mahnılarını alaraq saytlarına vermək.
2. Tez-tez xeyriyyə eləmək vəya Parti vermək.
3. Saytda dırnaq arası 500 vəya 1000 azn uduşa qoymaq.
4. Statular satmaq və sair…

Düzünü desəm bu siyahını uzada bilərəm.Amma mənə maraglı gələn budur ki,bu gədər əylənçə saytlarını vəya farik demişkən pop-sa saytları nə edirik?Hər yerinden duran tıx\zıx\fılankəs .az domainləri alır.Sonrada sayt acarag tanıdırlar. Domaini almaq bir qıraxa bəs niyə içində həmişə DLE (Data Life Engine) qurulur? Bununda cavabını maraglandım və nətiçə aldım =) Sizçə nədir cavabı? Desəm inanmarsınız! Çynki AzNET -dəki gənclər artıq Data Life Engine- yə örəşib.Hamısı standart üsulla xəbər göndərmə,status vermə ,şərh yazma və sair misal çəkmək olar. Bəs bu əylənçə saytlarının gənclərə təsiri varmı?
Açıq danışacam!!!
6 illik AzNET təçrübəmə əsasən belə fikirləri deyəcəm.Bilmirəm neçə qarşılanacaq amma öz şəxsi fikirlərimdir.
əyləncə saytları bizim gənc nəsilldə ,az yaşlıların tərbiyəsinə təsir göstrəri.Niyə? Saytlarda intim barədə yazmaq, Partidə "əl atmalar", az yaşlıları görüşə cağırmaq,yaxın münasibətdə olmaq, Net-də söyüşüb real həyatda davalar, veya kiməsə görə özünü intihar etmək. Belə hallar azda olmayıb!!!
Elə mənim təhsil aldığım Universitedə belə halın şahidi oldum.Mən artıq ikinci təhsilimi alıram və indiyə kimidə belə şey görməmişdim. eyni yerdə təhsil alan iki gənc internet aləmində söyüşülüb və real heyatda «piçaqlaşma» ilə bitib. Vəya internetdə tanış olduğu oğlana görə intihar edib. və yaxud təzəlikçən xəbərlərlərdə oxudum bir hadisəni deyim. Evli bir xanım əri işə gedində əyləncə saytlarında oturudu.Bu zaman bir oqlanla tanış olur,özündən yaşca balaca! Oqlanla danışır edir və sonda görüşürlər.Yaxın əlaqədə olurlar hətda belə.Oqlan bunu alaçağına vəd verir.Arvad ərindən belə soyur və boşanmağa qərar verirlər. Boşanırlar və xanımın «oqlanı» qəfildən aradan itir.Ortada qalmış xanım isə özünü intihar edir. belə faktlar yetərinçə var!!! Bəs nəyə görə belə hallar baş verməməsi üçün bəzi «saytları» müəyyən limitə qədər icazə evrmirlər? Kim istəyirsə özünə popsik_saytlar.az domaini qeydiyyatdan keçirdir və alıb nə istəsə qurur.

AZƏRBAYCANDA SAYTLARıN FILTIRASIYASı OLACAQMı? OLACAQSA BU NƏ ZAMAN OLACAQ?

Əyləncə saytları limitnən vəya müəyyən normatiov verdikdən sonra fəaliyyət göstərsə olmazmı?
Bəzi provayder saytlarını açanda qarşımıza ilk olaraq rusca yox Azərbaycan dilində çıxacaqmı?(həmçinində bəzi rəsmi və qeyri-hökümət təşkilarları. )
Bizdə irələyyiş olacaqmı?

“Google” inqilabi addım atmağa hazırlaşır

Kontentin ani siyahıya alınması sistemini yaradılır

“Google” şirkəti internetdə tam yeni sistem yaratmaq niyyətindədir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sistem “Google” axtarış servisinə saytlarda yaranan tam yeni kontentin əməli olaraq real zaman rejimində, yəni bir neçə saniyə ərzində siyahıya alınmasını təmin etməyə kömək edəcək.



( Читать дальше )

RİTN lisenziyalaşdımı yoxsa saxtalaşdımı?

RİTN lisenziyalaşdımı yoxsa saxtalaşdımı?
İnformasiya Təhlükəsizliyi.

Yazımın ötən sayısında kompyuter piratçılığı və lisenziyalaşma barədə məqalə dərc etdim.Bir neçə məqalə dərc etdikdən sonra xəbərlərdə oxuduq ki,RİTN nazirliyi kompyuterlərini lisenziyalaşdıran ilk hökümət təşkilatı oldu. RİTN bildirdiyinə görə bunu “Enterprise Agreement” müqaviləsi əsasında edib.Lakin burada bir maraqlı hadisə çüşayəd olunur.Əgər indi kompyuterlərini lisenziyalaşdırdı və bildirdiyən görə ilk hökümət təşkilatıdırsa,buradan belə nəticəyə gəlmək olur ki,RİTN –dən başqa bütün nazirlikdə kompyuterlərin əksəriyyəti pirat proqramlardı. O çümlədəndə müəllif hüququları üzrə departamentdə.Əgər özləri pirat proqramlar istifadə edirsə hansı müəllif hüququlardan danışa bilinər? «Enterprise Agreement» razılaşmasının ən əsas üstünlüyündən biridə razılaşmanın qüvvədə olduğu müddətdə Microsoft məhsullarının yeni versiyalarının istifadə edə bilmə imkanıdır. Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qeyd edir ki: “Bu gün Azərbaycan regionda İKT sektoru ən dinamik şəkildə inkişaf etdirən ölkədir. Lisenziyalı proqram təminatının tətbiqi haqqında müqavilə bir daha təsdiq edir ki, ölkədə İKT sektorun hərtərəfli inkişafına, o cümlədən əqli mülkiyyətin qorunmasına böyük diqqət yetirilir”. Bunu bildirdən RİTN nazir müavinin sözünə haqq vermək olar.Ən azından regiondan üç ölkə var,və bu üç ölkəyə görə piratçılıqda ən aşağı səviyyə bizdədir.regionda piratçılığa görə siyahıda başçılığı Gürcüstan,ikinci yerdə düşmən ölkə Ermənistan və sonunçuda bizik.Buradan belə nətiçəyə gəlmək olur ki, regionda İKT inkişafı ən sürətli bizdə gedir.İKT inkişafına təkçə RİTN yox başqa qurumlar və amillər təsir edir.Bu amillərdən biridə gülünç gəlsədə piratçılıqdır.Sual oluna bilər ki,qeyri-qanuni bir şey İKT sektorunun inkişafında neçə rol oynaya bilər.Təbii olaraq lisenziyalı proqramları, istifadəçilərə pulsuz paylanması və istifadəçilərin proqramlarla işləməyi öyrənməsi məncə bu sektorda inkişafı təmi edir.düzdür burada müəllif hüquqları tapdalanır,lakin sektorun inkişafı gedir.Misal üçün mən yeni kompyuter istifadəçisiyəm və kompyuteri almışam.Daha sonra buira lisenziyalı proqramları yükləsəm ən azı 285AZN ödəməli olacam.Bunu sadə yolla piratçılıqla edirəm 2-5 AZN arası məbləğ ödəyirəm.Daha sonra mən şəkil montajlamağı və dizayn işini öyrənmək istəyirəm.Burada “Adobe” şirkətinin təqdim etdiyi məhsulları alsam gərək ən azı 300-1200 AZN arası proqramlara pul ödəyim.Lakin bunu etmədiyimdən mən 2-5 AZN arası pirat proqramlardan istifadə etməyi üstün tuturam.Burada istifdəçi pirat proqramlardan istifadə edərək kompyuteri daha mükəmməl öyrənir.Ən əsas əlamətlərdən biridəbu piratçılıq İKT sektorunda inkişafa təkan verir.İKT sahəsinin inkişafı aşağıdakı sahələrə təsir göstərir:


( Читать дальше )

Piratçılıq, vergidən yayınma artıq adi hal alıb

Piratçılıq, vergidən yayınma artıq adi hal alıb
Azərbaycanda İnternet qiymətlərinin çox «ucuz» olmasından hamımız xəbərdarıq. Ona görə də, bu barədə hələlik danışmayaq. Bəs, İnternet aləmində saytların vəziyyəti nə durumdadır? Apardığım araşdırmanı və gəldiyim nəticəni sizlərlə bölüşürəm. Bizdə «hər yoldan keçən» özünə sayt acmaq qabiliyyətindədir. Buna nəzarət-filan olunmur. Burada, əsasən, bir neçə maraqlı faktı nəzərinizə çatdırmaq istərdim:

1.Piratçılığın inkişafı

2.Əxlaqsız materiallar

3.Vergidən yayınma

4.İcazəsiz faylların yayılması

Gəlin, bu bəndlərin hər birini ayrılıqda araşdıraq və hər bir bəndin nə kimi mənfi cəhətlərinin olduğunu görək.

Azərbaycanda ən çox açılan sayt növləri Data Life Engine CMS üzərində qurulur. Çox təəssüflər olsun ki, bunu lisenziyasız yollarla alır və qururlar. Maraqlısı odur ki, Müəllif Hüquqları üzrə Dövlət Agentliyi buna nəzarət etmirsə, o cümlədən RİTN, o zaman əgər serveri Azərbaycanda yerləşirsə, nədən server adminstratoru bunu görüb onlara bildirmir ki, lisenziya alın?! Onların nəyinə gərək axı? Çünki baha qiymətdən bizə hostları «nanay-nanay» edərək satırlar bizdə bunu alırıq. Belə hallara Azərbaycanda hər bir informasiya sahəsində rast gəlmək olar. Istər dövlət saytlarında, istərsə də, digər sahədə tam şəkildə lisenziyalı veb irələyicilərdən «dvijok» (CMS) istifadə olunmur. Bu da sübut edir ki, bizdə nəinki proqramlar, hətta internet aləmimiz də piratçılıqla məşğuldur. Bizdə bu veb sistemini pulsuz yükləyib və ən əsası da sonra müəllif hüquqlarını silib yerinə «Desinged by Filankes» və ya «Powered by Filankes» yazılır. Bir haldakı burda müəllif hüquqları pozulursa və ən əsası Azərbaycanda Əyləncə və xəbərlər saytında ən irəlidə gedən saytlarda bu hadisə müşaiyət olunursa, o zaman biz Dünyada piratçılıqda elə 6-cı yerdə qalacağıq və hətta ilk 3 yerə belə namizəd olacağıq

Əxlaqsızlıq materialları anonim şəkildə və yaxud da açıq şəkildə Azərbaycan saytlarında yayılır. Buna misal olaraq, bir şəxs xaricdən hostingini və domaini alır və burada əxlaqsız materiallar yerləşdirilir Azərbaycandan da bu saytlara giriş olur. Maraqlısı burasındadır ki, bu saytları saxlayırlar.Yəniki başa düşdüyümüz saytı qapatmaq yox, sadəcə, bu saytın Azərbaycanda açılması qeyri-mümkün olur, lakin proxi kimi hallarla bu saytlara daxil olmaq olur. Nədənsə, bu saytların sahibləri tapılmır. Düzdür, bir qismi ,hansı ki, «uşaq-muşaq» açırsa onlar axtarılıb tapılır, saytları qapadılır və çərimə kəsilir. Lakin bəzi saytlar da vardır ki, onlar Azərbaycanda böyük reytinqə malikdir və burada da əxlaqsız materiallar yerləşdirilir və buna da göz yumulur. Nədən? Elə bu sualları verməklə inanın ki, elə mən də özümə sual verirəm ki, «Bu yazıları nədən yazıram?»

Əyləncə saytları, o çümlədən,digər rəsmi qurumların saytlarında hamımız görürük ki, reklamlar yerləşdirilir. Bəs, bu reklamların vergisi verilirmi? Sizə böyük məsuliyyətlə deyə bilərəm ki, Azərbaycanda ən populyar saytlar reklamı yerləşdirən zaman onların aldığı puldan vergiyə bir qəpik də olsa getmir. Onlar pulu alıb ciblərinə qoyurlar. Nədən bu vergi tutulmur? Bəlkə də bizdə vergi İKT sahəsinə heç yönəlməyib və ya yönəlibsə də «krupnı summa» da yönəlib. Çünki bunlardan tutulan vergi 5-10 AZN arası ola bilər, lakin bir neçə saytdan eyni zamanda vergi tutularsa, bu məbləğ 100 dəfəyə kimi arta bilər. Bu isə İKT sektorunda şəffaflığın təminatıdır. Belə isə kim nə istəyirsə ,kim neçə istəyirsə saytlarını açır, reklam yerləşdirir və vergi də vermir.

Saytlar açılan zaman proqramları, mahnıları və bəzi materialları saytlarda yerləşdirirlər. Sizcə, bu düzgündürmü? Xatırlatmaq istərdim ki, piratçılığa görə Azərbaycan dünyada 6-cı yerdədir. İndi isə saytlarda proqramları piratcasına yerləşdirmək, o çümlədən müğənnillərin mahnıları və şəkillərini "İCAZƏSİZ" şəkildə yayılan bir ölkədə, Azərbaycanda İnternet aləmində sizcə, necə piratçılıq aşağı düşə bilər? Daha sonra bu «azlıq» eləmiş deyə, hələ də internetdə yerləşdirilir ki, pulsuz yüklənilsin. İnternet piratçılığı bizdə nə dərəcədə olduğu burda bitmir. İnternetdə yerləşdirmək azlıq edir deyə, həmin mahnıya hansı veb saytdan yüklənilirsə, həmin veb saytın adı da mahnıya loqo olaraq vurulur. İndi kimsə bu mahnını pulsuz yükləyir və mahnıya qulaq asan zaman həmin mahnının hansı saytdan yükləndiyini belə mahnının içində eşidir. Avropa ölkələrində internetdən pulsuz mahnı yükləməyə görə cərimə kəsirlər, burada mahnını internetdən ödəniş əsasında almaq lazımdır. Ən azından müəllif hüquqlarına və müəllifə hörmət edirlər. Azərbaycanda bu halı müşahidə etmək olmur. Müğənnillər, özləri də dəfələrlə TV-də piratçılığa qarşı çıxdığının şahidiyik, bəs nədən buna qarşı tədbir görülmür?

Bununla bu mövzu qapanmır, bir çox sahədə bunları müşaiyət etmək olar ki, hansıki, tamamilə ciddi sektorlara aid edilir. Bunlar ən yüngül hallardı, lakin bunlara qarşı bir tədbir görülmür. Bəlkə görülür, «AMMA XALQ BUNU HİSS ETMİR». Deyilənə görə ,İnternet qiymətləri 3 dəfə enəcək. Gözləyək baxaq bu səfər necə enəcək. Qiymət enəcək, sürət «artacaq», yoxsa qiymət enəcək, sürət azalacaq...

Axundov Bəhram