Bayramınız mübarək !!!

«Nə bayramı?» desəniz. Mənim üçün hər gün bayramdır. Amma bugün məni bir bayram münasibəti ilə daha təbrik ediblər. Bu gün Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı imiş. Odur ki sizin də bayramınızı təbrik edirəm.

Bundan başqa əlimə dəvətnamə tutuşdurdular, hansında ki, əziz peşə bayramımız və İnterntein yaranmasını 40(?!?!?) illiyinə həsr olunmuş tədbirə dəvət olunurdum. Beləliklə bu gün saat 15:00-da Heydər Əliyev adına Respublika sarayında (LOL, KVN-dəki Axundov adına APİ Lenina yadıma düşdü) təbrik olunmağa gedirəm. Başqa dəvət olunanlar varsa, görüşməyə şad olaram.

Bir daha bayramınız mübarək olsun!
  • +1
  • 05 декабря 2009, 11:46
  • kataloq
  • 5