Vebmasterlərin məsuliyyətsizliyi

Yeni bir proyekt üzərində işləyirəm. İnşalla qwerty-də anonsunu verəcəm.İş elə gətirdi ki proyekt üçün yaylı saat search verdim google üçün.

Nəticə məni qane etmədi. Search-i yalnız Azərbaycan üçün etdim. birinci nəticəyə baxdım və http://kayzen.az/blog/fiziklər/231/xristian-hüygens.html düşdüm. Saytın dizaynına baxanda sanki mənə nəsə tanış gəlir (:-), bir saytla oxşarlığı var. Elə menyunun üstündə basıram və saytla tanış oldum. Çox maraqlı gəldi mənə sayt. Amma daha maraqlısı odur ki,sayt 8 fevraldan açıq olmasına baxmayaraq onun haqqında heç nə eşitməmişəm. Google axtarış zamanı bir şey tapmaq mümkün olmadı. Bloqlar,qalereya, İstifadəçilər hamısı işləyir,ama bir şey tapmaq olmur. Çox məsuliyyətsizlikdir. Belə maraqli sayt açasan,amma axtarışı qoymayasan. Belə sayt düzəldənlərə görə sayt batır. Saytın hansı studiya düzəltdiyini isə yazmıblar. Sayta kontent qoyub axtarış üçün bağlamaq nə dərəcədə düzgündür? kayzen.az saytının sahibləri görəsən bu barədə bilirmi?
  • +1
  • 28 февраля 2010, 20:54
  • kefkom
  • 13

Teymur Hacıyev-fəxrimiz

Sonra da deyirlər İT bizdə zəifdir:)Teymur Hacıyev adlı həmvətənimiz Azərbaycanda ilk Oracle Certified Master adını qazandı. www.oracle.com/technology/ocm/thajiyev.html Televizorda dedilər ki,MDB-də deyəsən yalnız 3,Türkiyədə isə 1 nəfərdə bu ad var.Tənbəllik etməyib www.oracle.com/technology/ocm/ocm-10g.html baxdım.Çinlilərin,yaponların,hindlilərin içində onun da adını gördüm.
Əgər kimsə onu yaxından tanıyırsa,öz fikirlərini bölüşsün.
  • -1
  • 13 декабря 2009, 20:13
  • kefkom
  • 17

Chrome OS

Google Chrome Os-un prezentasiyasından bunu başa düşmək olar ki,
adi vinçesterlərdə işləməyəcək,ancaq SSD
O da ancaq brauzerin işi üçün lazım olacaq.Çünki bütün yuzer faylları hamısı Google-un serverlərində olacaq.
netbuklarda olacaq
çox sürətlə yüklənir.7-10 saniyəyə açılır.
open source proyektdir.Odur ki,kimsə istəsə əməliyyat sistemini götürüb modifikasiya edə bilər.
Əsas proqram elə Chrome brauzer olacaq,yanında kalkulyator,notepad kimi sadə applicationlar bir küncdə olacaq.
başqa brauzerlərə gərək qalmayacaq.Ümumiyyətlə brauzer,proqram kimi şey olmayacaq.Netbuku yandırdın,vəssalam.

Запущен новый проект Эльнура Баимова

Об этом сообщает Информационное Агентство «1news.Az» со ссылкой на главного редактора и руководителя проекта Эльнура Баимова.

Как сообщил «1news.Az» Эльнур Баимов на сайте будут публиковаться аналитические статьи, интервью, новости Азербайджана, Грузии, России, Турции, Армении и Ирана.

«Сайт создается для англоязычных читателей, как в Азербайджане, так и за его пределами. Сайт будет отличаться от всех прочих англоязычных проектов Азербайджана методом подачи информации.

( Читать дальше )
  • 0
  • 15 октября 2009, 19:22
  • kefkom
  • 31

Azərbaycanın ən düşük portalı açıldı

Elə dünən açılacaq bir layihə haqda qwe.az/blog/397.html məlumat vermişdim.Bugün həmin park.az-a girəndə görüdüm ki,artıq sayt açılıb.
Çoxlarının bəyənmədiyi o DLE saytlar 1000 dəfə park-azdan yaxşıdır.Çünki,sayt çox ensiz olduğuna görə Sual-Cavab rubrikası kəsik görünür,dizayn heç açmadı məni.Başqa saytlarda heç olmasa vvidth daha enli idi.Lakin Aznet üçün indi dizayn yox,kontent daha vacibdir deyib keçdim bölmələrə.Məlum məsələdir ki,xəbərlər lent.az,apa.az vəs.-dən copy-paste olunub və müəllif heç gözəçarpan dərəcədə qeyd olunmub.Nə isə,qoy o sayt sahibləri özləri bilsin.
Başqalarından fərqli olacağını qeyd etsə də,mövzular da standart Aznet portallarınınkı kimidirMusiqi bölməsində heç taraz musiqi yoxdur.
Futbol,əmlak,şou-biznes,səyahət,mobil,iş,maşın,lady mövzularında(daha hansısa qalan bölmə var?) heç nə yoxdur.açıldığı gündə də bu bölümlərdə xəbər olacağı təbii ki,mümkün deyil.Amma hər-halda.Əgər xəbər yoxdursa niyə açmısan saytı?
Saytda maraqlı yenilik də var.Duel bölümü var.Aygün və Röyanın dueli var idi ilk gün üçün.Maraqlıdır ki,saytda ən populyar bölüm də bu idi)
forumları Kafe adlanır.Futerdə də bir çox bölümlər boşdur.Sual-cavab rubrikaları var.2 suala cavab verdim.
Saytın yuzerləri dream.az-dan gəlib əsasən.http://qwe.az/profile/Cluster/ düz deyirmiş.Ümumiyyətlə,sözüm heç də park və ya digər saytlarda deyil.Onlardan nə alacağım var,nə verəcəyim.Bir onu demək istəyirəm ki,qoy belə saytları çanlar nəzərə alsın ki,
1.hər HTML bilən sayt qura bilməz
2. bir şey ki,tamamlanmayıb,onu göstərmə.Alpha,beta reliz ola bilər,amma o da zakonchenniy produkt olmalıdır.
  • +1
  • 11 сентября 2009, 21:59
  • kefkom
  • 22

ELEKTRON BANKİNQ XİDMƏTLƏRİ VƏ ONLARIN MEYDANA GƏLMƏSİ TARİXİ

İqtisadi münasibətlərin yeni formasına keçid bank sisteminin dəyişilməsi və hesablaşmaların yeni proqram formalarının tətbiqinə gətirib çıxartdı. Ilk olaraq banklar bank kartlarını işləyib hazırladılar, hansı ki banklar tərəfindən təklif olunan xidmətlərin spektrini genişlənirdi və bir çox növbəti bank texnologiyalarına təkan oldu. Kredit kart ideyası ilk olaraq 1888-ci ildə çap olunmuş Eduard Bellaminin «Geriyə baxarkən» əsərində irəli sürülmüşdü. Ilk kredit kart 1914-cü ildə General Petroleum Corporation of California firması tərəfindən buraxılmış və neft məhsullarının ödənilməsini nəzərdə tutmuşdur. Müasir kartların ilkin variantı kimi mehmanxanaların, maqazinlərin və qaz şirkətlərinin kartları hesab oluna bilər, onlar bu biznesə keçən əsrin əvvəlində başlamışdılar. Bu kartlar daimi müştərilərin alış-verişinin uçotu üçün istifadə olunurdu. 1930-cu illərdə avtomobil sənayesinin inkişafı, aviaşirkətlərin və ticarət firmalarının genişlənməsi nəticəsində şirkətin daimi müştəriləri üçün ödənişin vaxtı 30 günə qədər uzadıldı. 1949-cu ildə Diners Club kartlarının meydana gəlməsi ilə universal kredit kartlarının erası başlandı. Lakin Diners Club da bank deyildi. Yalnız 1958-ci ildə ilk dəfə olaraq bank tərəfindən bu kart buraxıldı. Bu, American Express idi. Elə həmin ildə Bank of America və Chase Manhattan Bank kredit kartlarla əməliyyata başladılar. Visa İnternational və MasterCard İnternational banklararası assosiasiyaları dünyanın bütün nöqtələrində əməliyyat aparan transmilli korporasiyaya çevrildilər.
Plastik kart — təyinatından, göstərilən xidmətin növündən, texniki imkanlarından asılı olmayaraq bütün növ kartları ifadə edən ümumiləşdirici termindir.
Bütün plastik kartların ən əsas xüsusiyyəti müxtəlif tətbiqi proqramlarda istifadə oluna biləcək informasiyanın onlarda saxlanılmasıdır. Hesablaşmalar üçün təyin edilmiş kartlar fərdi və korporativ ola bilər. Banklar fərdi kartları ödəmə qabiliyyətli müştərilərinə, bankda hesabı olan şəxslərə, korporativ kartlarısa ödəmə qabiliyyətli hüquqi şəxslərə verirlər. İndividual kartlar standart və «Qızılı» olur. Plastik kartların hamısı eyni ölçüdə olur — 54x86 mm, qalınlığı isə təxminən 1 mm. Plastik kartlar təyinatına görə müxtəlif növlərə bölünür:
Hazırlandığı materiala görə: kağız, plastik, metal (hazırda ən geniş plastik kart yayılıb)
Lazımı informasiyanın karta qeyd olunmasına görə (kart sahibinin adı, kartın nömrəsi, etibarlı olduğu müddət)
• qrafik təsvirli kartlar
• ştrix kodlu kartlar
• maqnit lentində kodirovkası olan kartlar
• çipli kartlar
• lazer və ya optik kartlar
1960-ci illərdə nağd pulun çıxarılması mümkün olan avtomatik aparatların kəşfi plastik kartlar biznesində inqilaba səbəb oldu. Kart sahiblərinin belə aparatdan istifadə etmələri üçün kartın arxa tərəfinə maqnit lent yapışdırıldı. Bank kartının maqnit lentində kartın nömrəsi, onun etibarlı olduğu tarix, və kart sahibinin PİN kodu yazılır.
Məqsədinə görə: identifikasiya üçün, diskont, maliyyə əməliyyatları üçün
Emitentə görə:
• banklar və maliyyə şirkətləri tərəfindən buraxılan bank kartları
• şirkətin ticarət və ya xidmət şəbəkəsində ödənişlərin aparılması üçün qeyri-maliyyə kommersiya şirkətləri tərəfindən buraxılan fərdi kartlar
• fəaliyyəti bilavasitə kartların emissiyası və onların istifadəsi üçün infrastrakturun yaradılması ilə bağlı olan təşkilatlar tərəfindən buraxılan kartlar
Müştərilərin kateqoriyalarına görə:
• Adi (standart) — sıravi müştəri üçün nəzərdə tutulub. Buna misal olaraq «Classic Visa» və «Mass (Standart) Eurocard/MasterCard» –I göstərmək olar
• «Gümüşü» (biznes kart)-müəyyən məqsədlər üçün öz şirkətinin vəsaitlərindən istifadə etməyə hüququ olan işçilər üçün nəzərdə tutulub.
• «Qızılı» — xüsusi, daha imkanlı müştərilərə verilir. Bu kartlara American Express Gold Card, Gold Mastercard və VISA VIP aiddir. Qeyd olunmalıdır ki «Qızılı» kartların aşağıdakı üstünlükləri mövcuddur: müştərinin böyük məbləğdə pulsuz sığortalanması, limitsiz kredit, mehmanxana xidmətlərinin sadələşmiş ödənişi (kart sahibinin ödəmə qabiliyyətli olub-olmaması yoxlanılmadan ödənişin aparılması) və s.
Etibarlı olma müddətinə görə: vaxt məhdudiyyətli və məhdudiyyətsiz
Müvafiq hesabın artırılması imkanına görə: hesabın ixtiyari vaxt artırılması, hesabın hər ay artırılması
Plastik kartların ən geniş yayılmış növləri kredit və debet kartlarıdır. Kredit kartlar pul növü deyil, baxmayaraq ki insanlar çox vaxt onu «plastik pul» adlandırırlar. Kredit kartdan istifadə edən şəxs bir növ borc götürmüş sayılır -nəyisə hazırda alır və sonra ödəməyə razılıq verir. Bir çox banklar kredit kartları hətta daimi olmayan müştərilərinə də verir. Kredit kartı verməzdən qabaq bank müştəridən ərizə blankını doldurmağı tələb edir və müştərinin hesablarını vaxtlı-vaxtında ödəməsi haqda məlumat toplayır. Bəzi hallarda banklar kart sahiblərindən bu xidmətdən istifadəyə görə illik ödəniş tuturlar. Kredit kart sahibinə bankdan kredit şəklində verilən məbləğ miqdarında məhsul və xidmətlər almağa imkan verir.
Debit kartları kredit kartlarına oxşasa da onlar fərqlənirlər. Debit kart vasitəsilə ödəniş edərkən məbləğ birbaşa istifadəçinin hesabından çıxılır. Debit kart vasitəsilə həm də bankomatdan nağd pul çıxartmaq olar. Bu kart vasitəsilə kart sahibi hesabındakı puldan sərbəst şəkildə istifadə edə bilər. Bu kart sahibinə hesabındakı məbləğə uyğun olaraq bankomatdan nağd pul götürmək, alış-veriş etmək imkanı verir. Beləliklə debet kartı ilə ödəniş edən zaman müştərinin məbləği ödəyə biləcəyi haqda məlumat almaq üçün banka və ya prosessinq mərkəzinə zəng etmək lazımdır. Bu halda məbləğ ya dərhal hesabdan silinir, ya da çek prosessinq mərkəzinə çatdırılana qədər hesab dondurulur.
Kredit kartların bir klassifikasiyası da onların texnoloji xüsusiyyətləri ilə bağlıdır. Bura maqnit lentli və mikrosxem quraşdırılmış (chip card, smart card) kartlar daxildir. Maqnit lentli kartların tərs üzündə bankomatlardan və elektron terminallardan istifadə zamanı kart sahibinin şəxsiyyətinin identifikasiya edilməsi üçün zəruri məlumatlar yazılmış maqnit lent mövcuddur. Kart uyğun hesablayıcı qurğuya daxil ediləndə sövdələşmənin aparılması üçün razılığın əldə edilməsi məqsədilə kartın sahibi haqda fərdi məlumatlar kommunikasiya şəbəkələri vasitəsilə ötürülür. Lentlərin birində fərdi identifikasiya nömrəsi yazılıb (PİN). Bankomat vasitəsilə əməliyyat aparan zaman kart sahibi xüsusi klaviatura ilə həmin nömrəni daxil edir. Daxil edilən nömrə maqnit lentə yazılmış PİN — kodla müqayisə edilir. Nömrə PİN — kodla düz gəlməyəndə kart sahibinə nömrəni daxil etməyə ikinci fürsət verilir.
Mikrosxemli kartlar 1974-cü ildə Fransada icad edilmişdir. Smart kartlar maqnit kartlarla müqayisədə 5-7 dəfə baha olurlar. Kartın daxilinə quraşdırılmış mikrosxem (çip) informasiyanın qoruyucusu hesab edilir. Bu informasiya əvvəldən yazılır və hesablaşma aparılan zaman yeniləşə bilər. Bu, kartın funksional imkanlarını genişləndirir və onun etibarlığını yüksəldir. Çipə yazılmış məlumatlar sayəsində hesablaşma bankın kompüter sisteminin mərkəzi prosessoru ilə bilavasitə əlaqə olmadan da aparıla bilər. Bir halda ki bank hesabında olan pulun məbləği kartın yaddaşında yazılıb, avtorizasiyaya ehtiyac olmur. Əgər məbləğ limiti ötərsə onda sadəcə olaraq sövdələşmə reallaşmır.
  • 0
  • 22 июля 2009, 21:40
  • kefkom
  • 4