CES tədbiri uğurla başa vurdu

Bu günlərdə sizə məlumat verdiyim, Caspian Engineers Society tədbiri bu gün səhər keçiriləcək idi. İşlərin çoxluğu ucbatından gecə saat 3-də yatmağıma baxmayaraq, səhər 8-in yarısı yuxudan oyanıb, səhər yeməyimi yeyib, tədbirə hazırlaşdım. Soruşacaqsız niyə belə tez? Tədbir axı 11-də idi. Mən Bakıxanov qəsəbəsində yaşayıram, buradan da Xırdalana gedib çıxmaq, elə ən azı 1 saat yarım yoldu :)) Hər dəfə belə maraqlı tədbirlər keçiriləndə hirslənirəm ki, niyə axı Qafqaz Universiteti? Düzdü şərait və s. superdi… Amma şəhər kənarına gedib çıxmaq, özü də qıjıxana 20 yanvardan keçmək dəhşətdi :))

Nə isə, saat 11-in yarısı artıq Qafqaz Universitetinə gəlib, Ramin Orucova zəng etdim ki, tədbir hansı otaqda keçiriləcək? 128 otaqda olacağını qeyd etdi. Otağa gəlib, 5 dəqiqə gözlədikdən sonra, hansısa xalaşka gəlib özünü lezvaladı ki, bəs bu otaqda biz teatr hazırlığı keçəcəyik, basın bayıra. Elə təzəcə hamımızı çıxartmışdı ki, Ramin gəldi. Şükür ki, problemi həll edib xalaşkanın dalından dəydi. Otaq deyəndə ki, zal idi, bu da 120+ izləyicinin tutması üçün bəs edəcəkdi. Tədbir saat 11:00 yox, 10 dəqiqə gecikmə ilə başladı ki, hamı gəlib çata bilsin. Budur, CES İT komitəsinin sədri Ramin Orucov səhnədədir və bizlərə "İKT sahəsində əsas istiqamətlər və iş imkanları" mövzusunda fantastik məlumatlar çatdıracaq. Sözün düzü Ramin çox kreativ insandır və hətta 2006-cı il Qafqaz Universitetinin 1 nömrəli məzunu olub. İndidə Azercell şirkətində Məlumat bazası üzrə proqramçı işləyir. Bu hallar, seminarın çox maraqlı olacağından söz verirdi (şəkilləri böyütmək üçün üzərinə tıklayın):

      

Ramin çıxış edəcək mövzunu 4 yerə böldü:


( Читать дальше )

İKT sahəsində əsas istiqamətlər və iş imkanı

İKT sahəsi üzrə oxuyursunuz? Yox, yəqin oxuyub qurtarmısan, hələ əsgərliyidə çəkib, indi özünə iş axtarırsan. Bəlkə də başqa sahədə oxuyursan, amma İKT sahəsini özünə doğma bilib, bu sahə üzrə işləmək istəyirsən. Amma bilmirsən necə? Məndə bilmirəm… Bilmək üçün Ramin Orucovun bu həftənin şənbə günü keçiriləcək seminarına gedəcəm ki, bu sahənin artıq eksperti olan insandan yeni bilik və ideyalar əldə edim.

FB səhifəsi: Seminar: The main trends and business opportunities in the sphere of ITC

“İKT sahəsində əsas istiqamətlər” – Ramin Orucov

İş Təcrübəsi :
  • Azercell Telekom, Proqramçı (2 il, 7 ay)
  • Fövqəladə Hallar Nazirliyi, Proqramçı (1 il)

  • Qafqaz Universiteti, Laborant (1 il, 7 ay)
Təhsili :
  • 2008 – MS: Qafqaz Universiteti, Kompüter Mühəndisliyi.
  • 2006 – BA: Qafqaz Universiteti, Kompüter Mühəndisliyi.

Əsas mövzular :
  • İKT sahəsindəki əsas istiqamətlərin təsnifatı.
  • İş üçün tələb olunan bilik və bacarıqlar.
  • Beynəlxalq sertifikatlar və onların əhəmiyyəti.
  • Nümunə karyera planları.
  • Tövsiyələr.
  • Yerli və xarici iş axtarış saytları.


Seminarın Qiyməti: Pulsuz
Gələrkən özünüzlə tələbə biletinizi gətirməyi unutmayın.
Əlaqə telefonu: 055 699 20 95 – Tural Cəfərov




Ramin Orucovun təqdimatında növbəti seminar.

Hostinglə əməkdaşlıq və pul qazanma yolları

Salam hörmətli dostlar. Bu gün sizə təqdim etmək istədiyim mövzu, internetdə daha bir pul qazanmaq imkanı haqda olacaq. Bu halda heç nə itirmədiyim üçün, bölüşürəm ki, birlikdə qazanaq ;) Bu günlərdə hostingimin zəifləməsi üzündən, yeni hosting xidməti axtarmağa başladım və yadınızdadırsa, Azərbaycan hostingləri haqda bir mövzu yazdım. Bu mövzunu yazarkən, hər bir hostingi bircə-bircə analiz etməyə başladım və ActiveCloud.az hostingində bir çox gözəl xidmətlərlə tanış oldum. Çox uzatmayım, keçən mövzunun məğzinə :)

ActiveCloud.az hostingində Channel Partner deyilən bir partnyor xidməti var ki, şirkətin sözlərinə görə, bu xidməti seçdikdə siz əsas xidmətlərinizə əlavə olaraq tövsiyələr və konsultasiyalar vasitəsilə, o cümlədən öz saytlarınızda reklam yerləşdirməklə müştərilərinizə ActiveCloud xidmətlərini təklif etmək imakanını əldə edirsiniz. Müştərilər 2 yol ilə cəlb edilə bilər: Channel-referalChannel-konsultant

Channel-referal
Reklam yerləşdirməklə müştəri cəlb etmək istəyən internet-resursların sahibləri üçün nəzərdə tutulub. Bütün reklam materiallarını və onların yerləşdirilməsi vasitələrini biz təmin edirik. Siz isə yerləşdirdiyiniz linkdən keçmiş müştərinin sifariş etdiyi xidmətin qiymətindən müəyyən faiz alırsınız. Gələcəkdə, müştəri tarif planını dəyişdirdiyi halda belə siz bir il ərzində komissiya alacaqsınız. Saytınızda bizim reklamımızın yerləşdiriliməsi – sizin linkdən keçid etmiş müştərilərin məhz sizə gəlir gətirəcəyinin təminatıdır.

Channel-konsultant
Fəal satışlarda və müştərilərlə birbaşa əlaqələrdə maraqlı olanlar üçün tövsiyə edilir. Sizin gəliriniz tarif planının, əlavə xidmətlərin və s. seçiminə dair konsultasiya verdiyiniz müştərinin sifariş etdiyi xidmətlərin qiymətindən müəyyən faiz şəklində hesablanacaq. Siz müştərinin adından həllər sifariş edə və ya ActiveCloud xidmətlərini tövsiyyə edə bilərsiniz: unikal partnyor kodunu qeyd etməklə siz istənilən şərtlərdə gəlir əldə edəcəksiniz.

İndi isə bizə təqdim olunan partnyorluq xidmətinin üstünlükləri ilə tanış olaq:

( Читать дальше )

Galaxy Nexus Prime w/ Android 4.0 OS (w/ video)

Bu gün Bakı vaxtı ilə səhər 7-də, Samsung şirkətinin Galaxy ailəsinə daha bir nəhəng qatıldı. Motorolla Razr`dan sonra Google şirkəti ilə birlikdə təqdim edilən Samsung Nexus Prime artıq yeni əməliyyat sistemi olan Android 4.0 Ice Cream Sandwich ilə təqdim edildi. Google və Samsung istehsalı olan bu nəhəng, doğurdanda çox güclüdür. Gəlin daha yaxından tanış olaq. Galaxy Nexus Prime Super AMOLED HD texnologiyalı 1280х720 piksel ölçülü 4,65” düym ekran, iki nüvəli processor 1,2 GHz, 1 Gb əməli yaddaş, 16 və yaxud 32 Gb daxili yaddaş quraşdırılıb. Telefonun displeyi demək olarki bütün en boyu tutub və biraz korpusun içərisinə əyilib.  Telefon 1,3 mpx ön kamera və LED-işıqlandırıcı texnologiyalı 5 mpx arxa kamera ilə təhciz olunub ki, bu da 1080p keyfiyyətli (30 kard/san) çəkilişlər etmək imkanı yaradır.

Eləcədə mobil telefon  Wi-Fi 802.11 a/b/g/n, Bluetooth 3.0 və NFC, LTE şəbəkə texnologiyalarını dəstəkləyir.

      

Telefonun üçün Google saytında bir səhifə ayrılıb: http://www.google.com/nexus/

Telefonun ətraflı xarakteristikası:

( Читать дальше )

Motorolla Droid RAZR təqdim olundu!

Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Bir aydı «nəsə böyük bir şey gəlir» deyə-deyə çığıran Google və Samsung, Steve Jobs vəfatına görə, Samsung Nexus Prime telefonunu ayın 11-i təqdim etmədi və ayın 19-a qədər təxirə saldı. Elə bu zaman, bilmirəm nəyə görə, Google şirkətinin bir neçə ay bundan əvvəl əldə etdiyi Motorolla şirkəti RAZR ailəsini canlandırmaq qərarına gəldi. Yeni Motorolla Droid Razr, oktyabr ayının 18-i təqdim olundu. Gəlin yeni telefonun xarakteristikaları ilə tanış olaq:

Yeni Android telefon Gorilla Glass qoruyucu şüşəli, 4.3-düym qHD Super AMOLED display ekranlı, dual-core 1.2GHz TI OMAP4430 processorludur. Bu gözəl telefonun incəliyi 7.1 mm-dir. Mobil telefonun arxa (aktiv) kamerası 8 mpx`dir və 1080p HD video çəkiliş etmək qabiliyyəti var. 1GB RAM, 16GB daxili yaddaş, eləcədə microSD köməyilə daha 16GB artıqmaq imkanı və 1,800mAh güclü batareya ilə təhciz edilib.

Eləcədə bu mobil telefon 4G şəbəkəsi olan LTE texnologiyasını dəstəkləyir. Hələlik müqavilə ilə qiyməti 299.99$ olaraq göstərilib. Əməliyyat sisteminə isə gəldikdə, əslində biz bu telefondan, Android 4.0 Ice Cream Sandwich gözləyirdik, amma yüklənmiş əməliyyat sistemi Android 2.3 Gingerbeard`dır. Yəqin sabahki Google Nexus Prime, Android 4.0 ilk telefon olmalıdır =) Gözləyək… Artıq yenilənmək istəyirəm… Hətta aşağıda, telefonun o qədərdə böyük olmaması və çox incə olması ilə tanış ola bilərsiniz… Əsasən iPhone4s ilə fərqinə diqqət yetirin.



Samsung Galaxy Player

Yeni mp3 player axtarışında olanlara yaxşı xəbərim var. Artıq Samsung Galaxy mp3 playerlərini əldə edə bilərsiniz. Galaxy playerləri, elə iPod touch kimi mobil operatorların sim kartlarını dəstəkləmir. Playerlərin texniki xarakteristikalarına gəldikdə, prosessor 1 GHz CPU, 512 MB RAM, 8 GB daxili yaddaş, eləcədə microSD dəstəyi (32 GB qədər), ön və arxa kamera, WiFi ilə təhciz olunub. Galaxy Player4 4-düymlük taç ekran ilə təhciz olunub və qiyməti 230$`dır. Galaxy Player 5 daha böyük, 5-düymlük ekrana malikdir və eləcədə  batareyası daha yüksədir. Onun qiyməti isə 270$`dır.

Misal üçün, Apple iPod Touch 16 GB daxili yaddaşlı pleyeri 199$, daha güclü 64 GB yaddaşlı versiyası ilə 399$`dır.

Samsung Galaxy Player ebay.com, amazon.com və digər e-mağazalardan əldə edə bilərsiniz. Bəlkə şəhərin dükanlarındada oldu…

Yeni Motorolla RAZR

Bu günlərdə, Google şirkətinin bir neçə ay əvvəl əldə etdiyi Motorolla şirkətidə yeni bir Android phone buraxağı haqda məlumat verdi. Yeni Android telefonun adı Motorolla Droid RAZR`dır. RAZR`da, Samsung Nexus Prime kimi nədə böyük bir şey olacaq və Android 4.0 İce Cream mobil əməliyyat sistemi ilə təhciz olunacaq. Texniki məlumat ilə isə Bakı vaxtı ilə bu gün saat 00:00 `da təqdimatı olunan zaman tanış olacayıq. İnşaAllah əgər videoyayım olsa — videoyayım, imkan olmasa photo + text streaming ilə sizlərə təqdim edəcəm. Hələlik isə indicə mediyaya təqdim olunan şəkil və bu günlərdə yayımlanan videonu izləyin:



iPhone 4S və Samsung Galaxy S2 drop test

İndicə sosial şəbəkələrdə paylaşılan videoya baxıb, çox heyran qaldım və sizinlə bölüşmək istəyirəm. Deməli bu videoda telefonların əldən düşərkən necə reaksiya vermələri haqda test edilir. Sınacaqmı? Sınmayacaqmı? Gəlin baxaq görək hansı sındı?

Nokia 701 və Symbian Bella icmalı

Bu günlərdə icmalını etdiyim Nokia N9 telefonunu MobiTel şirkətinə qaytarmaq üçün getdim. Sözün düzü belə gözəl dizaynlı telefonu adam qaytarmaq istəmirdi. Amma neyləyəsən… Telefonu qaytararkən, yeni modellər olarkən, İnfoCity jurnalının saytı və blogu üçün icmal etməyə, xəbər etmələrini xahiş etmişdim ki, şirkət nümayəndəsi yeni Symbian Bella əməliyyat sistemli Nokia 701 modelinin olmasını qeyd etdi və test üçün təqdim etdi. Telefonun və ƏS icmalını edib sizə təqdim edirəm.



YouTube`da InfoCity kanalına yazılmağı (subscribe) unutmayın :)

Yeni müsabiqə! Bu dəfə ActiveCloud fərqləndi!

Nokia N9 telefonunun icmalını edib qurtardıqdan sonra, Dima m. tərəfindən infocity.az saytında yazılan bir xəbəri gördüm. Son vaxtlar müsabiqələrdə iştirakdan çəkinmirəm və əgər bu sahədə biliyim varsa, tez iştirak etməyə can atıram ki, Allah Kərimdi, bəlkə qalib mən olacam? Xəbəri oxuduqdan sonra məlum oldu ki, ActiveCloud hosting xidməti göstərən şirkət tərəfindən web-masterlər üçün müsabiqə təşkil edilib. Web-programing sahəsində biliklərimin çox az olması çox gümanki bu müsabiqəyə qatıla bilməyəcəyimdən söz açır, yalnız iştirak edə bilməsəmdə, web-developer dostlarıma bu haqda xəbər verməyi özümə vacib bildim ki, bir çoxlarının bu haqda informasiyası olsun. Xəbəri əsasən yazıldığı kimi tərcümə edirəm ki, sonra heç bir problem yaşanmasın:

( Читать дальше )