en2az refresh base

Salam. Hamınızı xoş gördük. Axır günlər başımın çox qarışıq olduğundan, bura yaza bilmirdim. Məqalələr, şəxsi məsələlər və digər işlər… :) Hə, indi isə keçək əsas mövzuya. Son zamanlar İKT sahəsində yeni terminlərin yaranmasının çoxları şahid olub. Bunu əsasən developer`lər çox hiss edir.



Bunun üçün, biz də, en2az.net layihəsində bazanın yenilənməsi haqda müzakirələr aparıb, qərara gəldik ki, bizim hörmətli AzNet auditoriyası ilə bu prosesi həyata keçirək. Bunun üçün bizə bu sahədə bilikləri olan istifadəçilər lazımdır. Hal-hazırda 32 nəfər userimiz var, onlara da e-poçt vasitəsilə xəbər edəcəyik.

Birdə, elə burdaca sual vermək istədim. Yeni sözlərin əlavə edilib, müzakirəsi üçün, sizcə, hansı sistemdən istifadə edilməsi əla olar? Blog/Forum? və yaxud yeni əlavə olunan sözlər haqda məlumat olunsun, bəs edər? Çünki hər bir sözün səsverməsi sistemində, öz müzakirə üçün düyməciyi var. Düyməciyi basdıqda, yeni müzakirə səhifəsi açılır və istifadəçi öz mövqeyi ilə bölüşə bilir.

Əgər sizin bu sistemdə hesabınız yoxdursa, mənimlə farik@en2az.net ünvanı üzrə əlaqə saxlaya bilərsiniz.

//Mövzunu müzakirə edək, sizin hər hansı bir təklifiniz varsa, burada səsləndirə bilərsiniz.
  • +1
  • 26 июля 2011, 14:38
  • Farik
  • 6

Sosial Yeniliklər Düşərgəsi ilə maraqlananlar üçün görüş

SYD_loqo
16 may saat 16:00-da Bakı Jurnalistika Məktəbində "Transitions" tərəfindən təşkil olunan Sosial Yeniliklər Düşərgəsi (SYD) ilə bağlı görüş keçiriləcək. Görüşdə bu düşərgə haqqında bu məlumatlar veriləcək:

* SYD-nin mahiyyəti
* Sosial Yenilik və internetin əlaqəsi
* SYD nə üçündür?
* SYD-nin ana xətti və baş vermə mexanizmi
* SYD-yə hansı formalarda qatılmaq olar?
* İdeyalar hansı suallara cavab verməlidir?
* İdeyalara verilən tələblər
* İdeyalar üçün nümunələr
* SYD nədir?
* SYD nə deyil?
* İştirakçılara verilən tələblər
* Qiymətləndirilmə kim tərəfindən və necə aparılacaq?
* Tədbirdə iştirakçıların hansı xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq?
* Sosial Yeniliklər Düşərgəsinin keçiriləcəyi məkan və tarix

Təlimçi: Emin Hüseynzadə (layihə rəhbəri)

Görüşdə iştirak etmək pulsuzdur, lakin qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat proseduru, görüşün ünvanı və başqa məlumatlar düşərgənin saytındakı elanda yer alıb.

E-demokratiya, e-nəsil, e-seçkilər... Avropa Gənclər Parlamenti, Krakov


Mart ayında Avropa Gənclər Parlamentinin Polşanın Krakov şəhərində növbəti regional sessiyasının keçiriləcəyi barəsində elan gördüm. Elanı oxudum və məlum oldu ki, müxtəlif komitələrdəki mövzularda internetin və yeni texnologiyaların tətbiqi diqqət mərkəzindədir. "İnkişaf" komitəsində olan mövzu isə birbaşa e-nəsilin e-demokratiya prosesində iştirakı və müasir medianın gənclərin seçkidəki iştirakının artırılmasında necə istifadə oluna biləcəyi barəsində idi və hazırda Sosial Yeniliklər Düşərgəsinin layihə koordinatoru olduğumdan bu cür sosial innovativ ideya ətrafında müzakirələrdə iştirak etmək üçün bu komitədə olmaq qərarını verdim. Komitəmizdə müxtəlif ölkələrdən (Azərbaycan, Türkiyə, Estoniya, Polşa, İsveç, Belarus, Ukrayna, Xorvatiya) iştirakçıların olması müxtəlif ölkələrdəki təcrübələrlə tanış olmağa imkan verirdi. Xüsusən də e-hökumət sahəsində dünyada ilk yerlərdən birini tutan Estoniyadan iştirakçının olması müzakirələri daha da maraqlı etdi. Müzakirələri mövzu ətrafında (E-nəsil üçün e-demokratiya, Avropa gənclərinin seçkilərdə daha aşağı iştirak etməsinə cavab kimi. Müasir media Avropa Birliyində gənclərin seçkilərdə iştirakının artırılmasında necə istifadə oluna bilər?) beyin həmləsi etməklə başladıq, fikirlərimizi 3 qrupa böldük: problemlər, faktlar, həlli yolları. 2 günlük müzakirələr nəticəsində qərara aldıq ki, Avropa Birliyində gənclərin seçkilərdə aşağı iştirak faizini müasir media (ənənəvi medianın müsair formaları və yeni media) vasitəsilə artırmaq mümkündür. Gənclər arasında hər seçicinin səsinin əhəmiyyətli olması, seçkinin onlara qərarvermə prosesində dolayısı ilə iştirak etmək üçün şərait yaratması, namizədlər barəsində obyektiv, qərəzsiz məlumatların gənclərə çatdırılması, e-demokratiya prosesində e-yeniliklər barəsində mütəmadi olaraq e-nəslin məlumatlandırılması, e-seçki sisteminin daha ucuz, asan, az bürokratik, müdaxilə oluna bilməyən, seçkisonrası verilən səsin yoxlanmasına şərait yaradan yenilik olması barədə fikirlərin aşılanması baxımından müasir medianın rolu əvəzsiz ola bilər. Nəzərə alındı ki, gənclərin artıq hər şeyi internet üzərindən və ya e-alətlər vasitəsilə etməsi baxımından e-seçkinin həyata keçirilməsi gözlənilən addımdı və qaçılmazdı. Estoniyadan olan iştirakçı artıq ölkədə mövcud olan və uğurla baş tutmuş e-seçki sistemindən, mobil telefonla səs vermənin mümkünlüyündən, həmçinin seçki yaşına çatmamış şəxslərin e-seçki barəsində məlumatlandırılması və vərdişlərinin artırılması üçün həyata keçirilən "kölgə səsverməsi" barəsində məlumat verdi. Qeyd edim ki, e-seçki artıq bir neçə Avropa ölkəsində həyata keçirilir. Əsas problem kimi seçicilərin məxfliyinin qorunması, sonradan səslərinin düzgün hesablanmasını yoxlaya bilməsi, seçki məlumatlarına e-hücumların ola bilməsi kimi problemlər müzakirə olundu və təklif olundu ki, təhlükəsizlik və məxfilik üçün e-bankçılıq sahəsindəki təcrübədən, səslərin yoxlanması, seçki məlumatlarının şəffaflığı üçün David Bismarkın TED.com saytındakı təsvir etdiyi metoddan istifadə etməsinin mümkünlüyü nəzərə alındı. Bundan əlavə Avropa Birliyi səviyyəsində 2 müxtəlif QHT-nin yaradılması təklif olundu ki, bunlardan biri e-seçki zamanı şəffaflığa, digəri isə seçkiöncəsi təbliğatın obyektiv aparılmasına, e-yeniliklər haqqında məlumatlılığın artırılmasına nəzarət etsin. Digər maraq doğuran məqam isə namizədlərin, seçkiyə məsul şəxslərin onlayn çatlar vasitəsilə gənclərlə ünsiyyətini asanlaşdıran dialoqunun nəzərdə tutulmasının təklif olunması oldu.
Qeyd edim ki, digər komitələrdə də İKT ilə bağlı mövzular (kibercinayətlər, internet üzərindən əhalinin sosial problemlərinin həlli və s.) müzakirə olunmuşdu.

Müzakirə zamanı istifadə olunmuş digər mənbələr:
1. BBC: Is a democracy good thing?;
2. Alexander Prosser, Robert Kimmer: Electronic Voting in Europe, Technology, Law, Politics and Society;
3. Parlamentary Office of Science and Technology: E-democracy.

© Rəşad Mehbaliyev

Azərbaycanda ilk Sosial Yeniliklər Düşərgəsi baş tutdu


Azərbaycanda ilk dəfə Sosial Yeniliklər Düşərgəsinin (SYD) keçiriləcəyi barədə məlumat verilmişdi. Təşkilatçıların bu tədbiri keçirməkdə məqsədi ideya müəlliflərini ideyanın həyata keçirilməsinə yardım edəcək insanlarla, reallaşdırmaq qabiliyyətli insanları ideya müəllifləri ilə görüşdürmək və onların bir komandada işləməsini təmin etməkdir. Daha əvvəllər Böyük Britaniya, Slovakiya, Koreya, Avstraliya, Gürcüstanda keçirilmiş bu düşərgə Azərbaycanda ilk dəfə 18-19 sentyabrda Novxanıda AF Hotel-də keçirildi.

( Читать дальше )

Sosial Yeniliklər Düşərgəsi haqqında

SYD_loqo
Bir neçə gün öncə saytımızda Sosial Yeniliklər Düşərgəsinin gəlməsi barədə xəbər yerləşdirilmişdi. İndi istəyirik Sosial Yeniliklər Düşərgəsinin nə olması barədə Sizi məlumatlandıraq.

Müasir dünyada biz insanların ehtiyacını və problemlərini nəzərə almaqla onların tələbatına cavab verəcək texnologiyalar yarada bilərik. Sosial Yeniliklər Düşərgəsi bu texnologiyaların formalaşdırılması məqsədi ilə rəqəmsal dünyada yeniliklərin internet üzərində tətbiq olunması ilə problemlərin həllinə yönəlmiş bir təcrübədir. Bu düşərgədə hansısa sosial problemlərə qarşı olan, eləcə də bu problemi veb alətlər əsasında həll etməyə hazır olan insanlar şəbəkə şəklində birləşib, rəqəmsal alətlərin köməyi ilə, problemə yeni həll yolu axtarırlar. Yeniliklərin rəqəmsal alətlər vasitəsilə həyata keçirilməsinin əsas səbəbi bu vasitələrin nəticəyə çatma prosesini asanlaşdırmasıdır. Burada insanlar konkret nəticə üçün çalışırlar və bütün bunlar cəmisi 48 saat içində baş verir. Düşərgənin ictimai rolu ondan ibarətdir ki, problemlərin həlli dövlət və digər qurumların üzərindən sadə əhali üzərinə yönəlir və problemlərin həlli prosesinə insanlar öz töhfələrini vermiş olurlar. Belə olan halda internet yeni xüsusiyyətlərə malik olmaqla bəzi problemlərin həllinə daha effektiv töhfə verəcək. BratislavadaTbilisidə keçirilən analoji tədbirlərdən sonra bu ideyanı Azərbaycanda da həyata keçirmək qərarını verdik.

Bu düşərgədə 2 qrup insanlar iştirak edəcək:
1. İdeya sahibləri. Bu insanların hər hansı bir sosial problemin həlli üçün internetdə reallaşdırılacaq hazır ideyaları var, amma bunun üçün şəxsi imkanları məhduddur. Bu kateqoriyadan olan insanlar saytımızda öz ideyalarını mütəxəssislərə təqdim edə biləcəklər.
2. Mövcud ideyaları reallaşdırmağa kömək edən iştirakçılar. Bu insanlar proqramçılar, veb-developerlər, koderlər, dizaynerlər, bloqçular, marketoloqlar və bu sahələrlə əlaqəli hər kəs ola bilər və bu tədbirdə onlara ən azı ideya sahibləri qədər ehtiyac duyulur. Sadəcə iştirakçı kimi qeydiyyatdan keçmək üçün saytımızda yerləşdiriləcək formanı doldurub göndərmək tələb olunacaq.
Sosial Yeniliklər Düşərgəsinin qısa tarixçəsini bu keçiddən oxuya bilərsiz.

Sosial Yeniliklər Düşərgəsinin İnkişaf Meneceri Katherine Huinin bu tipli düşərgələr haqqında fikirlərinə bu videoda baxa bilərsiz:

  • +1
  • 04 августа 2010, 02:07
  • SYD
  • 3

Sosial Yeniliklər Düşərgəsi gəlir

SYD_loqo
2 il yarım öncə AzNetdə «BarKamp» sözünə rast gəlməyə başladıq. Bu söz ilk dəfə Azərbaycanın BarCamp Baltics (8-10 fevral, 2008, Riqa, Latviya) tədbirində iştirakından sonra aktuallaşmışdı. Bu hadisə İKT dünyasında çox maraq çəkən hadisə olmuşdu və 1news.az agentliyi bu haqda «Азербайджан был представлен на конференции специалистов ИТ и Новых Медиа в Риге» başlıqlı xəbər yerləşdirmişdi. Bundan sonra 2 yerli BarKamp Azərbaycan («BarKamp Lənkəran 2008»«BarKamp Gəncə 2009»), «BarCamp Caspian»KörpüKamp keçirildi.
İndi isə daha maraqlı bir formatda İKT tədbiri — Sosial Yeniliklər Düşərgəsi ölkəmizdə baş tutacaq. Bratislavada və Tbilisidə keçirilən analoji tədbirlərdə Azərbaycanlıların iştirakından sonra bu tədbirin Azərbaycanda keçirilməsi zərurətini hiss etdik və işə başladıq.

Sosial Yeniliklər Düşərgəsi nədi? Nə vaxt olacaq? Harada? Gözdə qulaqda olun! Yaxınlarda biləcəksiz! :)
  • +1
  • 31 июля 2010, 00:21
  • SYD
  • 2

Xeberler.az yeniləşəcək!

Yadınıza düşürsə 2 ay bundan əvvəl, xəbərlər.az-ın nasaz işləməsi ilə bağlı problem haqqında yazmışdım. Bu gün xeberler.az saytına daxil olduqda, gözümə çarpan ilk xəbər, elə bu oldu.

Xeberler.az yeniləşəcək!
Dəyişikliklərinə görə müvəqqəti olaraq xeberler.az-ın fəaliyyətində fasilələr yaranacaq.

Hörmətli istifadəçilər, nəzərinizə çatdırırıq ki, saytda aparılan dizayn və struktur dəyişikliklərinə görə müvəqqəti olaraq xeberler.az-ın fəaliyyətində fasilələr yaranacaq.

Məlumat üçün bildirək ki, ölkədə və dünyada baş verən İnformasiya və Kommunikasiya Texnologiyaları ilə bağlı mütəmadi informasiyalar yayımlayan portal 1 ildən artıqdır ki, fəaliyyətdədir.

İnşaAllah, görək nə olur, bizdən gözləməkdi :) Yəqin düzəlib gözəl olar. Onu da qeyd edim ki, saytın texniki hissəsini Şaiq Muradov işləyir.
  • 0
  • 15 марта 2010, 19:40
  • Farik
  • 9

Seminar: "İKT sahəsindəki beynəlxalq sertifikatlar və onların önəmi"

Axtunq axtunq, diqqət, diqqət :)

Bu həftə şənbə günü Qafqaz universitetində seminar verəcəm. İştirak sərbəstdir, qeydiyyat hər kəs üçün açıqdır və pulsuzdur.

Seminar tam adı: İnformasiya Kommunikasiya Texnologiyaları sahəsindəki beynəlxalq sertifikatlar və onların önəmi

Yer: Qafqaz universiteti seminar salonu

Tarix: 13 Mart 2010 saat 10:30

Nəzərdə tutduğum hədəf auditoriya aşağıdakılardır:


( Читать дальше )

RİTN İKT müəssisələrinin elektron məlumat-sorğu kitabçasını hazırlayıb

Bir xəbəri də Sizə təqdim edim, mənə elə gəlir ki, maraqlı olmalıdır.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların elektron məlumat-sorğu kitabçasını hazırlayıb.
Resurs RİTN-in portalında www.mincom.gov.az/anket ünvanında təqdim olunub. Nazirliyin internet saytının baş səhifəsində sözügedən kitabçaya keçid banneri yerləşdirilib.
Burada İKT sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlar, onların fəaliyyəti, yaranma tarixi və göstərdikləri xidmətlər barədə məlumatlar toplanıb. İstifadəçilər onları maraqlandıran şirkətlərin əlaqə nömrələri, ünvanları, rəhbərlikləri, kadr potensialı, filial və nümayəndəlikləri, həyata keçirdikləri layihələri barədə faydalı bilgilər əldə edə bilərlər.
Bundan əlavə RİTN əməkdaşlarının hazırladıqları elektron məlumat-sorğu kitabçasında axtarış sistemi, təşkilat haqqında məlumatın yenilənməsi, eləcə də yeni müəssisə və ya strukturun əlavə edilməsi imkanları mövcuddur.
Məlumat-sorğu kitabçasının işi və onun imkanları daim təkmilləşdiriləcək.

Azərbaycanda $923 milyon məbləğində informasiya-kommunikasiya avadanlığı istehsal olunub

2009-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan rabitə və informasiya texnologiyaları müəssisələri tərəfindən $923 milyon məbləğində məhsul və xidmət istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə 2009-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın rabitə müəssisələri tərəfindən 766,1 milyon manat dəyərində məhsul və xidmət istehsal olunub.

“Bu göstərici ötən ilin həmin dövrü ilə müqayisədə 9,2% çoxdur”, — Komitənin məlumatında deyilir.
2008-ci il ərzində ölkənin rabitə müəssisələri tərəfindən 957,7 milyon manat dəyərində məhsul və xidmət istehsal olunmuşdur.

//www.abc.az
  • 0
  • 21 октября 2009, 19:23
  • Farik
  • 2