
İddaçı?.. Претендент, Сontender… Başım deyəsən tərcüməyə qarışdı. Digər dillərdə tərcüməni, tərcümə sisteminin köməyilə ilə edərsiniz. Birdən fikirləşsəniz ki, nə oldu axı Farikə? Hardan bu söz girdi beyninə? Bu gün mən iddiaçı oldum! Necə? Onu birazdan deyəcəm. İndi başa salım ki, bəs "İddiaçı" nədir?
— Hər hansısa bir insanın vəzifə, müsabiqə və yarışlarda birincilik üçün can atması "İddiaçılıqdır". Çox heyf ki, bu barədə wiktionary-də bir məlumat yoxdur. Eybi yox, əlavə edərik. Bəs gəlin keçək əsas məsələyə… Necə iddiaçı oldum və nəyə can atıram? Bax bu sualın cavabını indi alaq.
Yadınızdadırsa, sentyabrın 7-si hələ şəngülümündə xəbəri olmayanda, mən blogumda MilliNet müsabiqəsinin yavaş-yavaş başlaması haqda
xəbər vermişdim. Dünən, yəni 14 sentyabr tarixində, səhər tezdən
Weboxu və
InfoCity-də bu barədə rəsmi xəbər yayıldı. Əlaqə saxlayıb, xidmətin saat neçədə istifadəyə veriləcəyi haqda məlumat əldə etdim. Budur, gecə saat 2-də, saytın texniki administratoru tərəfindən tam işlək halda yoxlanmasından sonra, xəbər aldım ki, ilk qeydiyyatdan keçə biləcək şəxs ola bilərəm =) Eləmə tənbəllik, vur qoltuğuva papkanı, getdim qeydiyyatdan keçməyə (şəkilləri böyütmək üçün tıklayın):
(
Читать дальше
)