Samsung Galaxy S2ə Paranoid Android 2.4 yazılması.

Hamıya salam. Bir az baş garışıg oldugdan tez-tez postlar yazmaq mümkün olmur. Lakin arada vaxt tapıb bu postu yazmaga gərara aldım, çünki həqiqətən mənim Samsung Galaxy S2 — İCW Android 4.0.4 modelində proşivkasını dəyişmə barədə məluatı tapmag bır az çətin oldu. Qeyd edimki hər şey patçın versiyadan çox asılıdır.
İnndi biz Samsung Galaxy S2 Android 4.0.4 (Patch -XWLPM,XXLQ5 və ya XXLQ6) təzə kastom Paranoid Android 2.4 yazarıg. (Androidin versiyası 4.1.2 və kernel isə Siyah 5.0.1). Əgər sizdə digər modeldirsə xahiş olunur bu manualı istifadə etməyasini, çünki hər şey həqiqətəndə pis ola bilər;)
Ən birincisi, Titanium Backup ilə telefonuvuzda olan bütün lazım applicationları backup elayin və ya digər program ilə. Sistem applicationları lazım deyil.

Paranoid Androidin installyasiyası 2 etapa böıək — root hüquqların alınması + nüvəni dəyişməsi və təzə proşivkanın yazılması. Hər ikisi çox vacibdir və hər ikisini eləmək zəruridir.

( Читать дальше )

Around the Google Technology




Baku Google Technology User Group növbəti tədbiri oktyabrın 1-i saat 10:00-da Qafqaz Universitetinin akt zalında keçiriləcək. İlk tədbirdən fərqli olaraq bu "Around the Google Technology" daha çox texniki ağırlıqlı olacaq. Adından da göründüyü kimi bu tədbirimizdə sırf Google texnologiyalarının tətbiqi istiqamətində çıxışlar nəzərdə tutulub.


Tədbir iki hissədən ibarət olacaq:

1-ci hissə:

Tədbiri Baku GTUG təşkilatçıları — Kamran Səmədli və Elvin Əfəndiyev açaraq keçmiş görüşümüzdə iştirak etməyənlər üçün Baku GTUGın nə olduğu haqqında məlumat verəcəklər.

Açılışdan sonra Turan Rüstəmli «Google Developer Tools» adlı çıxışı ilə Google Chrome üçün extension yazılma qaydasını tədbir iştirakçılarına çatdıracaq, nümunə kimi extension yazacaq, tədbir iştirakçıları isə bunu yerlərində praktiki yerinə yetirə biləcəklər.

Tədbiri Orxan Əhmədov «Android 4.0 yenilikləri və trendlər» adlı çıxışı ilə davam etdirəcək. O, əsasən 2012-ci ildə gözlənilən Android yenilikləri haqqında xəbər verərək əlavə olunacaq yeni özəllik və funksiyalardan danışacaq.


Bu çıxış ilə tədbirin ilk hissəsi bitmiş olacaq. Qafqaz Universitetinin təşkil etdiyi çay fasiləsində iştirakçılar istirahət edərək bir-biriləri ilə ünsiyyət imkanı əldə edəcək, daha yaxından tanış olacaqlar. Onlar eləcə də tədbir təşkilatçıları və spikerlərlə müxtəlif müzakirələrə qoşula biləcəklər.


2-ci hissə:

İkinci hissə daha texniki və tətbiqi nəzərdə tutulur. Belə ki, ilk olaraq Toğrul Tağıyev çıxış edərək «Introduction to Android Development» — Android proqramlaşdırmaya giriş adlı mövzu ilə iştirakçıları Android platformasında proqram yazma qaydaları, bu prossesdə istifadə olunacaq alətlər ilə tanış edəcək, daha sonra isə müxtəlif dillərdə Android development-in yerinə yetirilmə qaydalarını tədbir iştirakçılarına çatdıracaq.

Rəcəb Davudovun «Developing location-based services» mövzusu ilə daha texniki və son zamanlarda aktual mövzulardan olan Android LBS, GPS və s. özəlliklərin yaradılacaq applicationlara tətbiqindən bəhs edəcək, nümunə proqram yazacaq.

Tədbirin son çıxışı HTML5 haqqında olacaq. Ümumiyyətlə dünyada böyük səs-küyə səbəb olan, müxtəlif ölkələrdə haqqında çoxsaylı seminarlar təşkil edilən bu texnologiya ölkəmizdə çox passiv qarşılandı. HTML5-dən istifadə edən developerlərin sayının artmasına baxmayaraq hələ də bu haqda bir tanıtımın olmaması arzuolunmaz haldır. Bu səbəbdən Adil Əliyev tədbir iştirakçılarına HTML5 haqqında çıxış edərək müxtəlif nümunələr göstərəcək, ondan istifadə edilmə qaydaları haqqında məlumat verəcək.

Və sonda tədbir iştirakçıları ilə mütəxəsislər arasında Sual-Cavab olacaq, iştirakçılar onları maraqlandıran sualları birbaşa mütəxəsislərə ünvanlandıra və dərhal cavab ala biləcəklər.

Tədbirin daha dəqiq proqramı ilə aşağıdakı keçiddə tanış ola bilərsiniz:

Baku GTUG — Around the Google Technology proqram

QEYD: Tədbirdə iştirak edəcək şəxslərdən xahiş olunur saat 9:45-də artıq tədbir zalında olsunlar. Tədbir saat 10:00-da açıq elan ediləcək. Əlavə olaraq iştirakçıların özləri ilə notebook-larını gətirmələri tövsiyyə olunur. İştirakçıların çıxışlar zamanı göstəriləcək nümunələri və kodları birbaşa öz kompyüterlərində tətbiq etmələri üçün bu vacibdir.

Hər kəsi 01.10.2011 tarixində saat 10:00-da Qafqaz Universitetinin akt zalında gözləyəcəyik :)


Facebook eventimiz:

Around the Google Technology

Xəritə

Yeni mobil qurğum =)

Bu gün Dima müəllim mənə Samsung Galaxy S mobil qurğusunu bağışladı.  Doğurdan son vaxtlar touch phone alacağımı planlaşdırmışdım. Fikrimdə ya HTC Incredible və Samsung Galaxy S2  var idi. Düzdü iPhone4 barədə də bir az fikirləşmək olardı. Hətta iPhone4 ya Samsung Galaxy S2? barədə məqalə də yazmışdım. Lakin elə yuxarıda qeyd etdiyim kimi, hədiyyə olunduğundan, Galaxy S sahibi oldum)

Elə evə gələn kimi twitlədim : Теперь я тоже гик =) Samsung Galaxy плюсанулся)http://twitpic.com/6ac8em Спасибо огромное @infocity_az

İlk başlayarkən, Məciddən bir az kömək istədim. Çox kömək etdi, düzdü hələdə bakcell internet düzəldə bilməsəmdə, Kies yazdım, 2.3.4 versiyasına yeniləndim… Doğurdan çox uğurlu devicedir.  Texniki məlumatlar:


( Читать дальше )
  • 0
  • 24 августа 2011, 01:59
  • Farik
  • 3

Итоги прошедшего Android ивента


Проведенный в Маунтин-Вью ивент «A Taste of What’s New from Android» прошел на Ура.

Что показали и рассказали на мероприятии

Самое главное наверно это представленный Маркет



( Читать дальше )
  • +1
  • 03 февраля 2011, 03:01
  • Cluster
  • 2