
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan «Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası» Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən birgə keçirilir.
Olimpiada informatika üzrə beynəlxalq komanda yarışlarının yarımfinalında iştirak etmək üçün ölkəmizi təmsil edəcək komandanın seçilməsinə və hazırlanmasına imkan yaradacaqdır.
Təşkilatçılar tərəfindən Olimpiadanın keçirilməsi ilə əlaqədar Əsasnamə təsdiq edilmişdir. Olimpiadanın keçirilməsi barədə şərtlərlə daha ətraflı həmin əsasnamədə tanış ola bilərsiniz.
Olimpiadanın birinci mərhələsi 10.04.2010-cu il tarixində, ikinci mərhələsi isə 08.05.2010-cu il tarixdə keçiriləcəkdir.
Qeyd edim ki, dünən qeydiyyat başa çatıb. 60 komanda olimpiadaya müraciət edib və onların yalnız 40-ı qeydiyyatdan keçib.
qwerty əhli, iştirak edən varmı ?) Mən bu sahə üzrə təhsil alıram, amma heç xəbərim yox idi. Elə indicə xəbər tutub, sizə yazıram.