Texnologiya və Vikipediyamız


Yəqin ki, hamımızın Vikipediya (www.wikipedia.org) resursundan xəbərimiz var, ondan yəqin ki, faydalanmayan insan yoxdur. Xüsusən onun ingilis dilli versiyası daha populyardır və müşahidələr göstərir ki, Google-da ingiliscə hər hansı sözü və ya ifadəni axtararkən nəticələrdə Vikipediyanı ilk yerlərdə görmək adi hala çevrilib. Bu versiyada ən adi anlayış və gündəlik əşyalardan tutmuş (məsələn, orada «Qələm» üçün ayrıca geniş məqalə var) ən son elmi anlayışlara qədər bütün növ suallara cavab tapmaq mümkündür. Ona görə də xarici ölkələrdə təhsil alan tələbələr, ziyalılar və adi şəxslər bir çox suallara cavab tapmaq üçün Vikipediyaya müraciət edirlər. Vikipediya açıq resurs olduğu üçün orda istənilən şəxs əlavə və dəyişikliklər etmək imkanına malikdir. Buna görə də bəzən iddia olunur ki, bu orada yanlış informasiyaların yer almasına səbəb olur. Lakin qeyd etməliyik ki, orda yerləşdirilən bütün məlumatlar etibarlı mənbələrə istinad göstərilərək yerləşdirilir, statistikalar, yerləşdirilmiş məlumatlar dəyişdikcə istifadəçilər tərəfindən yenilənir, beləcə orda olan səhvlərin sayı minimuma enir. Artıq 2005-ci ildə araşdırmalar göstərdi ki, bu açıq ensiklopediya təxminən «Britannnica» qədər dəqiqdir.

( Читать дальше )