Noutbuk fləşmobuuu ? =)

Yadınıza düşürsə keçən il, Barkamp Gəncə-dən sonra, uşaqlarla yığışıb gözəl bir fləşmob keçirmişdik… Şəkilli xəbərdə yazmışdım bu barədə, budur:

qwe.az/blog/367.html

Videosunu vaxt olmadığından yerləşdirə bilməmişdim… Yəni ki, videonu çəkənlər, onu correct edib, karoçe düzüb qoşmağa vaxtları çatmamışdı… Amma bu gün bizim gözəl xanımımız, Xanım Cavadovanın Facebook-da videonu axır ki düzəldib share elədiyini gördüm. Buyurun sizlərlə bölüşürəm:



Birdə deyirəm uşaqlar, bəlkə bir dəfədə təkrarlıyaq bu günlərdə?)))
  • +2
  • 24 июня 2010, 17:49
  • Farik
  • 7

Barkampda nə qazandım ? və ya Barkamp Gəncə 2009 14-16 avqust təəssüratları

Salam. Hal-hazırda axşam saat 9-dur. Bakıya səhər saat 8:20 radələrində gəlib çatmışıq. Bir qədər istirahət edib, bloqda, Barkamp Gəncə 2009 haqda təəssüratlarımı yazıram…

Ayın 13-ü gecə saat 22:00-da qatara mindim… Qaranlıq vaqona daxil olduqda, zülmətdə oz yerimi gücnən tapdım… Oturub saat 22:35 gözləyirdim ki, artıq yola çıxaq… Barkampa çox can atırdım. Çünki bu mənim birinci Kampım deyil, buna qədər, Barkamp Caspian və KörpüKampda da iştirak etmişəm və hər dəfə bu Kamplardan ləzzət almışam. Hər dəfə yeni macəralar, dostlar, tanışlar və yeni-yeni fikirlər və layihələr… Gəncəyə, təxmini saat 8:40 radələrində çatdıq. Bizi vağzalda İlqar qarşılayıb, mehmanxanaya yola saldı. «Emon» mehmanxanası Gəncə şəhərinin gozəlliyi və rahatlığı ilə seçilən mehmanxanalarından biridir. Mehmanxanada dadlı səhər yeməyi yedikdən sonra, bizə sözun əsl mənasında gozəl, yəni ki «luks» nömrə ayırdılar. Qatarda bütün yol boyu dadmadığımız yuxunu, 2-3 saat ərzində mehmanxanada yola verdik :)



( Читать дальше )

Barkampda nə qazandım ? və ya Barkamp Gəncə 2009 14-16 avqust təəssüratları - 2

Təqdmatları bitirdikdən sonra, mehmanxananın nömrələrində qəşəng istirah etdik… Saat 20:30-da isə, bu xəbərə görə > barcamp.az/2009/az/08/15/barcampin-antalya-yigincagi/, hamılıqda getdik «Antalya» istirahət mərkəzinə… İştirakçıların və təşkilatçıların içərisində hovuzda çim-çim eləyən də oldu. Qalanları isə yarısı rəqs edir, yarısı kabab yeyir, bir qismi də pivələyirdi (Bu sis. adminlər idi 100% :D )…



( Читать дальше )
  • +2
  • 17 августа 2009, 22:04
  • Farik
  • 7

Diqqət !!! Bu da təqdimatlar !!!

Açılışdan sonra Barkampçıların bir yarısı keçdi təqdimat eləməyə, digərləri isə maraqla izləməyə başladılar. e-İmzadan başlayaraq, Start Up -a qədər olan təqdimatları sizə təqdim edirəm. Buyurun izləyin… Ancaq mənim «twitter» haqda təqdimatın olmaması çox heyfsləndirdi, özüm etmək istəyirdim, lakin bir blogger kimi iştirak etdiyimə görə heç vaxtım qalmadı…

Buyurun, təqdimatlar:

Mobil internet və saytlar – Samir Yəhyazadə





( Читать дальше )
  • +3
  • 15 августа 2009, 18:45
  • Farik
  • 3

Açılış (foto + video)

Saat 10:45 -də rəsmi Barkamp Azərbaycan 2009-un rəsmi açılışı oldu! İlqar Mirzə və Vahid Qasımov, Barkampın üstünlükləri, sponsorların bizlərə köməklikləri hətta boynumuzdan asdığımız bedciklərin
nəyə görə lazım olduğunu bizə başa saldılar: ) Barkampın bu krizis günlərində gözəl-göyçək sponsorlarının siyasını və açılış şəkillərini sizlərə təqdim edirəm :D



Updated: Video — buyurun baxın



( Читать дальше )
  • +3
  • 15 августа 2009, 17:12
  • Farik
  • 1

Barkamp gəzintisi - 14 avqust (Foto-sessiya + Video)

Sabahınız xeyir, səhər yeməyinə şirin çay, yağ-pendir, yumurta yedikdən sonra, sizlərə Barkampçıların dünən nə ilə məşğul olduğunu yazıb göstərim.

Saat 13:30 radələrində İlqarın beyninə girdiki, uşaqlar gəzintiyə elə indi çıxmalıdı, ona görə də öz Gəncəli həmkarları ilə başladılar lövhəcikdə qruplar yaratmağa ki, iştirakçılar istədikləri qruplara yazılsın. Lövhəcikdə qruplar yarım saat ara ilə üç yerə bölünmüşdülər… Bir az internetlə məşğul olub, düşdük yola…



( Читать дальше )
  • +3
  • 15 августа 2009, 09:09
  • Farik
  • 7

Qeydiyyat və iştirakçı fəallığı

13:00-a planlaşdırılan qeydiyyat, deyəsən elə tez başlayası oldu. Saat 11-dən başlayan qeydiyyat, qurtarmaq bilmir… Artıq 150+ nəfər qeydiyyatdan kecib… Aktivliyi, özünüz də başa düşdüyünüz kimi Gəncə şəhərinin iştirakçıları ələ keçirib. İrəli millət :)



( Читать дальше )
  • +3
  • 14 августа 2009, 12:20
  • Farik
  • 2

Biz artıq gəncədəyik !

Bildiyiniz kimi, dünən, yəni 13 avqust 22:35 radələrində Bakı Dəmiryolu vağzalından çıxan qatar, bizi ancaq səhər saat 7:40 radələrində Gəncə vağzalında çatdırdı…

Ya allah!

Qatarda 10 saat yuxusuz gələn mən və Vüsalə oldu :) Düzdü, «tarakan» adlanan həşəratlara rast gəlmədik, amma yerimiz çox narahat oldu. Şəkildə gözümün qızardığını görə bilərsiz…
2-ci gündü yatmıram… Yaman yorulmuşam…



( Читать дальше )
  • +3
  • 14 августа 2009, 10:19
  • Farik
  • 3

Halva-halva deməklə ağız şirin olmaz

Artıq Barkampın başlamağına bir gün qaldı… Gərginlik, iştirakçıların öz təqdimatları üzrə işləməsi, təşkilatçıların artıq Gəncədə hazırlıq işləri aranı yaman qatıb… Biri diş fırçası almağa gedir, biri diş pastası… Biri çanta alır, bizi corab… Biri routeri düzəldir, biri Olimpiya kompleksinin hovuzunda çimir…



( Читать дальше )
  • +3
  • 13 августа 2009, 10:50
  • Farik
  • 3

Gəncədə xurma qonaqlığı

Bir neçə gün buludların yağdırdığı yağış, havanı sərinlədib, bizi də xəstələndirdi. Lakin bu problemlərə heç məhəl qoymayan Barkamp təşkilatçıları ayın 11-i, yəni dünən yığıldılar toplanışa. Çox gizli və web-səhifədə xəbər verilməyən bu görüş, çox yəqin ki uğurlu keçib. Biz isə öz növbəmizdə, bu xəbəri "şpionlardan" yox, sadəcə Barkamp Azərbaycan 2009 təşkilarçılarının «Twitter»-də yazdıqları şərhlərə görə başa düşdük :)


Vaxtlar, ayın 12si saat 19:30-a görə seçilib. Yəni ki yazılıbsa 21 saat əvvəl, deməli saat 22:30 ayın 11-i :)



( Читать дальше )
  • +3
  • 12 августа 2009, 19:01
  • Farik
  • 3