Azərbaycanda internet-TV və internet-radioya dair lisenziyalaşdırma tətbiq olunmayacaq

İnternet-radio və internet-TV Azərbaycanda lisenziyalaşdırılmayacaq, — Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çərşənbə günü Bakıda keçirilmiş «Yeni media-eranın dəyərləri» konfransında çıxışı zamanı deyib, Trend yazır.
O, Azərbaycanda və beynəlxalq təşkilatlarda ölkədə internet-radio və internet-TV-nin fəaliyyətinin məhdudlaşdırılması məqsədilə lisenziyalaşdırılması barədə yayılmış məlumatları təkzib edib.
Əli Həsənov elektron KİV-in lisenziyalaşdırılması planı barədə şayiələri əsassız sayıb. «Belə bir planımız yoxdur və heç vaxt bu barədə heç nə elan etməmişik», — deyə Ə. Həsənov Azərbaycan hökumətinin ünvanına gələn ittihamların əsassız olduğunu əlavə edərək bildirib.

//mincom.gov.az
  • 0
  • 01 июля 2010, 00:09
  • Farik
  • 1

Azərbaycanda yeni rabitə obyektləri istifadəyə verilir

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci il dönümü münasibəti ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) müəssisələri tərəfindən yeni rabitə obyektləri istifadəyə verilir.
Belə ki, Aztelekom İstehsalat Birliyi tərəfindən bu günlərdə Bərdə rayonu Mirzəbəyli kəndində 256/30 nömrə tutumlu yeni elektron tipli ATS quraşdırılaraq əhalinin istifadəsinə verilib. Bundan əlavə Şəki rayonu Baş Küngüt kəndində genişləndirmə işləri nəticəsində əlavə 128/30 nömrə tutumlu EATS quraşdırılıb. Tovuz rayonu Aran Yanıxlı kəndində isə əhalinin istifadəsinə 48/30 nömrə tutumlu elektron tipli mini ATS verilib.

( Ətraflı )
  • +1
  • 08 мая 2010, 16:41
  • Farik
  • 1

Azərbaycan yenə də İKT-nin tətbiqi üzrə regionda lider ölkədir

Dünya İqtisadi Forumu (World Economic Forum — WEF) 2009-2010-cu illər üçün “Qlobal informasiya texnologiyaları” (The Global Information Technology Report 2009-2010) adlı illik hesabatını dərc edib.

Hesabata əsasən Azərbaycan “şəbəkə hazırlığı indeksinə” görə (Networked Readiness Index 2009-2010, NRI) dünya ölkələri arasında 64-cü yerdədir və bütün MDB ölkələrini geridə qoyaraq regiondakı lider mövqeyini saxlayıb.

Qeyd edək ki, reytinqdə Azərbaycan nəinki MDB dövlətlərini, həmçinin Türkiyə (69-cu yer), Polşa (65-ci yer), Misir (70-ci yer), Meksika (78-ci yer) kimi ölkələri də qabaqlaya bilib. MDB ölkələrindən Rusiya 80-ci, Kazaxıstan 68-ci, Ukrayna 82-ci, Gürcüstan 93-cü, Ermənistan isə 101-ci yerdə olublar.

Hesabatda dünyanın 133 dövləti əhatə olunub. Sənədin tərtibatçıları xüsusi olaraq qeyd ediblər ki,

( Читать дальше )
  • 0
  • 30 марта 2010, 14:47
  • Farik
  • 6

Azərbaycanda İKT yüksək templə inkişaf edir

Dünən, İnformasiya texnologiyaları üzrə Azərbaycan-Belorus biznes forumu barədə xəbər vermişdim. Bildiyiniz kimi, hal-hazırda bu biznes forum fəaliyyətini davam etdirir və bloger sayağı desək, qızğın söhbətlər gedir. Bu arada Əli Abbasovun çıxışı olub:

Nazirin biznes forumda açıqladığı məlumatlara görə, Son beş il ərzində, Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları çox inkişaf edib və illik orta gəlir 32-35% artıb.


( Читать дальше )
  • +2
  • 09 февраля 2010, 12:27
  • Farik
  • 3

Azərbaycanın 40%-i internetdən istifadə edir (c) Əli Abbasov

18 yanvar tarixində nazirlər kabinetinin ölkənin 2009-cu il sosial-iqtisadi inkişafı yekunlarına həsr olunmuş iclasında, rabitə və informasiya texnologiyaları naziri, cənab Əli Abbasov çıxış edib.

Nazirin sözlərinə görə, 2009-cu ildə ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti 25% artmış, internet xidmətlərinin qiymətləri isə təxminən 5 dəfə aşağı düşmüşdür. Azərbaycanın internet xidmətlərinin regionda ixrac potensialı gücləndirilmiş və ötən il artıq qonşu ölkə İran da Azərbaycanın internet xidmətlərinin ixrac etdiyi ölkələr sırasına daxil olmuşdur.

Nazir bir daha qeyd edib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının standartı ilə ölçsək (bu ölçüyə həm mobil telefondan, həm də kompüterlərdən internetə çıxan istifadəçilər daxildir) bu gün əhalinin 40%-dən çoxu internet istifadəçisidir. Bu göstərici ümumdünya uyğun orta göstəricidən təxminən 2 dəfə yüksəkdir. İnternet üzərindən ödəmələr, elektron ticarət və kommersiya, pərakəndə satış, reklam, ödənişli şəxsi xidmətlər həyata keçirilir, virtual iş yerləri açılır və bir sözlə ölkəmizdə artıq sərbəst internet iqtisadi sektoru formalaşır.
  • 0
  • 19 января 2010, 22:51
  • Farik
  • 19

RİTNdən daha bir yenilik

www.mincom.gov.az dünənki birinciliyini yenədə təstiqlədi. Soruşa bilərsiniz necə təstiqlədi? Hətta, Vahid müəllim (kataloq), birincilik xəbərini, «geydirmə» olaraq şərh etdi. Odur ki, oxuyun görün, geydirmədi bu birincilik, ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiyaya çıxış imkanları üzrə reytinqdə birinciliyi düzdür, ya yox. Şərhləriniz maraqlı olar:


( Читать дальше )
  • +2
  • 08 января 2010, 23:24
  • Farik
  • 7

RİTN İKT müəssisələrinin elektron məlumat-sorğu kitabçasını hazırlayıb

Bir xəbəri də Sizə təqdim edim, mənə elə gəlir ki, maraqlı olmalıdır.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların elektron məlumat-sorğu kitabçasını hazırlayıb.
Resurs RİTN-in portalında www.mincom.gov.az/anket ünvanında təqdim olunub. Nazirliyin internet saytının baş səhifəsində sözügedən kitabçaya keçid banneri yerləşdirilib.
Burada İKT sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlar, onların fəaliyyəti, yaranma tarixi və göstərdikləri xidmətlər barədə məlumatlar toplanıb. İstifadəçilər onları maraqlandıran şirkətlərin əlaqə nömrələri, ünvanları, rəhbərlikləri, kadr potensialı, filial və nümayəndəlikləri, həyata keçirdikləri layihələri barədə faydalı bilgilər əldə edə bilərlər.
Bundan əlavə RİTN əməkdaşlarının hazırladıqları elektron məlumat-sorğu kitabçasında axtarış sistemi, təşkilat haqqında məlumatın yenilənməsi, eləcə də yeni müəssisə və ya strukturun əlavə edilməsi imkanları mövcuddur.
Məlumat-sorğu kitabçasının işi və onun imkanları daim təkmilləşdiriləcək.