Sosial Yeniliklər Düşərgəsinə ideya verim yoxsa adi iştirakçı kimi müraciət edim?


Sosial Yeniliklər Düşərgəsi (SYD) ilə maraqlananlar bəzən hansı formada iştirak etmək barədə qərar verməkdə çətinlik çəkirlər, ona görə də bu məsələyə aydınlıq gətirmək istəyirik. Saytımızda qeyd etdiyimiz kimi SYD-də iştirakın 2 forması var:

1. İdeya sahibi kimi. Bu formada iştirak üçün olan ərizə formasından da göründüyü kimi xüsusi biliklər tələb olunmur, yetər ki, düşərgəyə verilmək üçün təşkilatçıların verdikləri tələblərə uyğun olan ideya olsun. İdeya sahibləri ideyalarını reallaşdırmaq üçün proqramist, veb-developer, koder, veb-dizayner, jurnalist, bloqçu, marketoloq, brend mütəxəssisi, mediator, layihələr üzrə mütəxəssis və digər sosial aktiv şəxsə ehtiyacları varsa və özləri də bütün bu işləri görə bilmirlərsə, onda həmin şəxslər ideyalarını düşərgəyə göndərirlər və özlərinə lazım olan komandanı düşərgədə toplayırlar. Qeyd etməliyik ki, bir şəxs istənilən sayda ideya göndərə bilər, lakin bir nəfərin ən çoxu bir ideyası düşərgəyə seçilə bilər.
2. Adi iştirakçı kimi. Kimin ideyası yoxdursa, lakin proqramist, veb-developer, koder, veb-dizayner, jurnalist, bloqçu, marketoloq, brend mütəxəssisi, mediator, layihələr üzrə mütəxəssis və digər sosial aktiv şəxs kateqoriyalarından birinə aiddirsə, həmin şəxslər ideya göndərənlərə onları reallaşdırmaq üçün öz bacarıqları ilə yardımçı olurlar. Bu heç də o demək deyil ki, ideya sahibləri adi iştirakçılardan daha üstün imtiyazlara sahib olurlar, çünki ideya komanda şəklində həyata keçirilir və ideyanı həyata keçirmək üçün mükafat da məhz formalaşmış komandaya verilir. Adi iştirakçı kimi müraciət etmək üçün ərizə forması fərqlidir və düşərgə üçün lazımlı ola biləcək bacarıqlara aid suallar yer alıb. Qeyd edək ki, eyni şəxs həm ideya sahibi kimi, həm də iştirakçı kimi müraciət edə bilər, bu onun düşərgəyə seçilmək ehtimalını artıracaq, amma onun düşərgəyə ideya sahibi və ya adi iştirakçı kimi qatılacağını və hansı rolu həyata keçirəcəyini onun ərizə forması əsasında SYD üzrə əcnəbi mütəxəssislər müəyyən edəcək.

Nəticədə hər komandada bir ideya müəllifi (əgər eyni və ya oxşar ideya göndərilibsə, bir neçə ideya müəllifi həmin komandada ola bilər, keçən il bu olmuşdu) və bu ideyaların reallaşmasına yardımçı olacaq proqramist, veb-developer, koder, veb-dizayner, jurnalist, bloqçu, marketoloq, brend mütəxəssisi, mediator, layihələr üzrə mütəxəssis və digər sosial aktiv şəxslərdən ibarət bir neçə nəfər olacaq. Komandalar formalaşdırıldıqdan sonra onlar arasında düşərgə zamanı müsabiqə başlayır və pul mükafatı uğrunda yarışırlar.

Əgər yenə də suallarınız yaranarsa, bizimlə əlaqə saxlayın, qısa müddət ərzində cavab verəcəyik. Unutmayin ki, qeydiyyat üçün son tarix 2 iyuldur və müddət başa çatan kimi ərizə formaları dərhal saytdan götürüləcək.

Sosial Yeniliklər Düşərgəsi ilə maraqlananlar üçün görüş

SYD_loqo
16 may saat 16:00-da Bakı Jurnalistika Məktəbində "Transitions" tərəfindən təşkil olunan Sosial Yeniliklər Düşərgəsi (SYD) ilə bağlı görüş keçiriləcək. Görüşdə bu düşərgə haqqında bu məlumatlar veriləcək:

* SYD-nin mahiyyəti
* Sosial Yenilik və internetin əlaqəsi
* SYD nə üçündür?
* SYD-nin ana xətti və baş vermə mexanizmi
* SYD-yə hansı formalarda qatılmaq olar?
* İdeyalar hansı suallara cavab verməlidir?
* İdeyalara verilən tələblər
* İdeyalar üçün nümunələr
* SYD nədir?
* SYD nə deyil?
* İştirakçılara verilən tələblər
* Qiymətləndirilmə kim tərəfindən və necə aparılacaq?
* Tədbirdə iştirakçıların hansı xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq?
* Sosial Yeniliklər Düşərgəsinin keçiriləcəyi məkan və tarix

Təlimçi: Emin Hüseynzadə (layihə rəhbəri)

Görüşdə iştirak etmək pulsuzdur, lakin qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat proseduru, görüşün ünvanı və başqa məlumatlar düşərgənin saytındakı elanda yer alıb.

Будет организован очередной Лагерь Социальных Новшеств

SYD_loqoОрганизация “Transitions” со штаб-квартирой в Праге приглашает молодых людей, имеющих опыт в сфере Интернета и мобильной телефонии, принять участие в очередном Лагере Социальных Новшеств (ЛСН), который состоится в июле этого года. Целью ЛСН является выявление лучших идей, связанных с Интернетом, и финансирование их реализации.
Лагерь Социальных Новшеств является Интернет-проектом, созданным с целью разрешения социальных проблем населения. Более обширную информацию о Лагере можно получить по ссылке http://2.syd-az.net/SYD-nedir. Основной целью ЛСН выявление и финансирование оригинальных проектов, которые смогут решить социальные проблемы общества. В ходе мероприятия организаторы создат условия для реализации лучших идей путем нахождения людей, которые могут помочь авторам идей благодаря своим возможностям, и могут работать с авторами идей в одной команде. В связи с этим участие в ЛСН будет проходить в двух формах:
1. Авторы идей должны зарегистрироваться на сайте проекта. Идеи должны соответствовать определенным критериям.
2. Для неимеющих собственную идею, но обладающих возможностями для реализации идей других участников создана специальная страница. Для обоих форм участия последний день регистрации — 25 июня.
Оценивать проекты ЛСН будут зарубежные эксперты.
Проживание, питание и транспортные расходы участников, прибывших из других городов, а также питание участников из города проведения проекта будет оплачено организаторами (при предоставлении соответствующих чеков и билетов).
Напомним, что аналогичные Лагери были проведены в Великобритании, Австралии, Словакии, Корее, Чехии, Грузии и Нигерии. В Азербайджане этот проект впервые был реализован 18-19 сентября прошлого года той же самой организацией “Transitions”.

Azərbaycanda ilk Sosial Yeniliklər Düşərgəsi baş tutdu


Azərbaycanda ilk dəfə Sosial Yeniliklər Düşərgəsinin (SYD) keçiriləcəyi barədə məlumat verilmişdi. Təşkilatçıların bu tədbiri keçirməkdə məqsədi ideya müəlliflərini ideyanın həyata keçirilməsinə yardım edəcək insanlarla, reallaşdırmaq qabiliyyətli insanları ideya müəllifləri ilə görüşdürmək və onların bir komandada işləməsini təmin etməkdir. Daha əvvəllər Böyük Britaniya, Slovakiya, Koreya, Avstraliya, Gürcüstanda keçirilmiş bu düşərgə Azərbaycanda ilk dəfə 18-19 sentyabrda Novxanıda AF Hotel-də keçirildi.

( Читать дальше )

Sosial Yeniliklər Düşərgəsindən son xəbərlər

SYD_loqo
Sosial Yeniliklər Düşərgəsi yaxınlaşdıqca həyəcan artmaqdadır. Artıq düşərgədə reallaşdırılacaq 6 ideya bu sahədə çoxillik təcrübəyə malik münsiflər tərəfindən seçilib və saytımızda yerləşdirilib. Seçilmək barədə məktub almış şəxslər cümə günü 17 sentyabr saat 11:59-a kimi iştiraklarını təsdiqləyəcəklər. Məkanımız dəqiqləşdi və saytımızda bu barədə məlumat yerləşdirildi.

Saytımızı izləməkdə davam edin.

Sosial Yeniliklər Düşərgəsi: Tez-tez verilən suallar

SYD_loqo
Sosial Yeniliklər Düşərgəsi (SYD) nədir?
SYD internetlə bağlı sosial ideyaların düşərgəyə qədər qəbulu, onlar içindən seçilən 4-8 layihənin düşərgədə reallaşdırılması və sonda ən yaxşısının mükafatlandırılması müsabiqəsidir.

SYD kimlər üçündür?
SYD internet və kompüter sahəsində heç bir xüsusi bacarığı olmasa da əla sosial internet layihə ideyası olan istənilən şəxslər, eləcə də proqramçı, veb developer, koder, dizayner, marketoloq, brend mütəxəssisləri, biznes düşüncəli insanlar və bu kateqoriyalara aidiyyəti olan digər şəxslər üçündür.

SYD-yə necə qatılmaq olar?
SYD-yə 2 formada qatılmaq olar:
1. İdeya sahibi qismində. Bunun üçün İdeya göndərin bölməsində olan formanı 25 avqusta qədər doldurmaq lazımdır.
2. İştirakçı qismində. Bunun üçün İştirak üçün müraciət edin bölməsində olan formanı 25 avqusta qədər doldurmaq lazımdır.

Həm ideya sahibi, həm də iştirakçı qismində qatılmaq olarmı?
Siz hər 2 formanı doldurub göndərə bilərsiniz, lakin Sizin hansı qismdə düşərgədə iştirak edəcəyiniz Sizin ərizə formanızda yazacağınız göstəricilərdən asılı olaraq münsiflər tərəfindən qiymətləndiriləcək.

SYD-yə qatılmaq üçün yaş, cins, peşə və s. məhdudiyyət varmı?
SYD-yə qatılmaq üçün heç bir belə məhdudiyyət yoxdur.

SYD-yə bir nəfər bir neçə ideya verə bilərmi?
SYD-yə bir nəfər bir neçə ideya verə bilər, ancaq düşərgəyə bir nəfərin ən çoxu bir ideyası buraxılacaq.

SYD-də mükafat nə qədər olacaq?
Hal-hazırda bir sıra səbəblər üzündən bu məbləğin açıqlanması məqsədəuyğun hesab olunmur. Amma əmin ola bilərsiniz ki, düşərgədə həyata keçirəcəyiniz layihənin qalib gələcəyi təqdirdə qazanacağınız mükafat Sizə bəs edəcək, çünki nəzərdə tutulan məbləğ dünyanın digər ölkələrində keçirilmiş Sosial Yeniliklər Düşərgəsinin qaliblərinə verilmiş məbləğə uyğun olacaq.

SYD-də münsiflər heyətində kim olacaq?
Münsiflər heyətinin əksəriyyəti xaricdə bu tipli düşərgələr təşkil etmiş və ya münsiflər heyətində olmuş xarici ekspertlər və az bir qismi Azərbaycandan olan ekspertlər olacaq.

SYD harada və nə vaxt keçiriləcək?
Sosial Yeniliklər Düşərgəsinin təşkilati xüsusiyyətləri ilə əlaqədar olaraq bir neçə məkanla hazırda danışıqlar aparılır. Hansı məkanın seçiləcəyi Sosial Yeniliklər Düşərgəsinin miqyasından asılı olacaq. Keçirilmə vaxtı sentyabrın birinci yarısına təsadüf edəcək.

Əgər yenə də bəzi suallarınız qalırsa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

Sosial Yeniliklər Düşərgəsi necə baş verir?

SYD_loqo
Bu günlərdə Sosial Yeniliklər Düşərgəsinin (SYD) gəlməsi xəbəriSYD haqqında məlumat saytımızda yer aldı. Bilirəm ki, çoxlarınız SYD-nin saytını səbirsizliklə gözləyirsiz, bu da saytımızın ünvanı: www.syd-az.net

İndi isə SYD-nin necə baş verməsi haqqında Sizə məlumat vermək istəyirəm.

Proses belə baş verir:


( Читать дальше )