Around the Google Technology




Baku Google Technology User Group növbəti tədbiri oktyabrın 1-i saat 10:00-da Qafqaz Universitetinin akt zalında keçiriləcək. İlk tədbirdən fərqli olaraq bu "Around the Google Technology" daha çox texniki ağırlıqlı olacaq. Adından da göründüyü kimi bu tədbirimizdə sırf Google texnologiyalarının tətbiqi istiqamətində çıxışlar nəzərdə tutulub.


Tədbir iki hissədən ibarət olacaq:

1-ci hissə:

Tədbiri Baku GTUG təşkilatçıları — Kamran Səmədli və Elvin Əfəndiyev açaraq keçmiş görüşümüzdə iştirak etməyənlər üçün Baku GTUGın nə olduğu haqqında məlumat verəcəklər.

Açılışdan sonra Turan Rüstəmli «Google Developer Tools» adlı çıxışı ilə Google Chrome üçün extension yazılma qaydasını tədbir iştirakçılarına çatdıracaq, nümunə kimi extension yazacaq, tədbir iştirakçıları isə bunu yerlərində praktiki yerinə yetirə biləcəklər.

Tədbiri Orxan Əhmədov «Android 4.0 yenilikləri və trendlər» adlı çıxışı ilə davam etdirəcək. O, əsasən 2012-ci ildə gözlənilən Android yenilikləri haqqında xəbər verərək əlavə olunacaq yeni özəllik və funksiyalardan danışacaq.


Bu çıxış ilə tədbirin ilk hissəsi bitmiş olacaq. Qafqaz Universitetinin təşkil etdiyi çay fasiləsində iştirakçılar istirahət edərək bir-biriləri ilə ünsiyyət imkanı əldə edəcək, daha yaxından tanış olacaqlar. Onlar eləcə də tədbir təşkilatçıları və spikerlərlə müxtəlif müzakirələrə qoşula biləcəklər.


2-ci hissə:

İkinci hissə daha texniki və tətbiqi nəzərdə tutulur. Belə ki, ilk olaraq Toğrul Tağıyev çıxış edərək «Introduction to Android Development» — Android proqramlaşdırmaya giriş adlı mövzu ilə iştirakçıları Android platformasında proqram yazma qaydaları, bu prossesdə istifadə olunacaq alətlər ilə tanış edəcək, daha sonra isə müxtəlif dillərdə Android development-in yerinə yetirilmə qaydalarını tədbir iştirakçılarına çatdıracaq.

Rəcəb Davudovun «Developing location-based services» mövzusu ilə daha texniki və son zamanlarda aktual mövzulardan olan Android LBS, GPS və s. özəlliklərin yaradılacaq applicationlara tətbiqindən bəhs edəcək, nümunə proqram yazacaq.

Tədbirin son çıxışı HTML5 haqqında olacaq. Ümumiyyətlə dünyada böyük səs-küyə səbəb olan, müxtəlif ölkələrdə haqqında çoxsaylı seminarlar təşkil edilən bu texnologiya ölkəmizdə çox passiv qarşılandı. HTML5-dən istifadə edən developerlərin sayının artmasına baxmayaraq hələ də bu haqda bir tanıtımın olmaması arzuolunmaz haldır. Bu səbəbdən Adil Əliyev tədbir iştirakçılarına HTML5 haqqında çıxış edərək müxtəlif nümunələr göstərəcək, ondan istifadə edilmə qaydaları haqqında məlumat verəcək.

Və sonda tədbir iştirakçıları ilə mütəxəsislər arasında Sual-Cavab olacaq, iştirakçılar onları maraqlandıran sualları birbaşa mütəxəsislərə ünvanlandıra və dərhal cavab ala biləcəklər.

Tədbirin daha dəqiq proqramı ilə aşağıdakı keçiddə tanış ola bilərsiniz:

Baku GTUG — Around the Google Technology proqram

QEYD: Tədbirdə iştirak edəcək şəxslərdən xahiş olunur saat 9:45-də artıq tədbir zalında olsunlar. Tədbir saat 10:00-da açıq elan ediləcək. Əlavə olaraq iştirakçıların özləri ilə notebook-larını gətirmələri tövsiyyə olunur. İştirakçıların çıxışlar zamanı göstəriləcək nümunələri və kodları birbaşa öz kompyüterlərində tətbiq etmələri üçün bu vacibdir.

Hər kəsi 01.10.2011 tarixində saat 10:00-da Qafqaz Universitetinin akt zalında gözləyəcəyik :)


Facebook eventimiz:

Around the Google Technology

Xəritə

Bakutel 2010 - обзор на свежую голову, с воспоминаниями о прошлом :)


Вот и начался Bakutel 2010.
Хотя многие и писали об этом, но я всё-таки напишу о том, что я думаю о выставке в этом году.
Так как я посещаю эту выставку, наверное уже пятый год, то мне есть с чем сравнить.
Начнем, пожалуй с организации.

( Читать дальше )
  • +3
  • 26 ноября 2010, 00:06
  • Jav
  • 7