Собственно простой мануал.
Google давно уже не просто поисковик, а ресурс со множеством полезных фишек и интересных штучек.Одним из них являеться Google maps.Проект представляющий карты земной поверхности.Он имеет множество полезных настроек.Где это может понадобиться? Подаю идею, например, вы крупная фирма, которая оказывает услуги для иностранцев в виде представления им гостиниц на территории определенной страны или даже города.Поставив google maps на свою страницу вы, кроме того что указываете где находиться какой-нибудь отель или гостиница, чтоб иностранцы могли и знали как добираться, можете также указать различные метки, например цены за ночь. Уже не приходиться смотреть в огромные списки отелей и цен, нужно всего лишь выбрать страну, интерактивно увеличить масштаб, выбрать город и довольствоваться гостиницами в разных участках города. Кроме того можно поставить метки с указанием фото гостиниц.Как видите, примеров может быть очень много.
Ajax barədə veb proqramlaşdırma haqda məlumatlı insanlar yəqin ki, çox eşidib. Son illər veb proqramlaşdırmada istifadə olunan ən önəmli nailiyyətlərdən biridir desək, yanılmarıq.
AJAX özü ayrıca proqramlaşdırma dili deyil, adın açmasından(«asynchronous JavaScript and XML»-termin kimi ilk dəfə 2005-ci ildə James Garret . )göründüyü kimi XML və JavaScriptin asinxron işlədilməsindən doğan yeni texnologiyadır.
Əsas qayə səhifə bütöv yüklənmədən səhifədəki verilənlərin serverə ötürülməsi və uyğun emal olunmuş cavabın qəbuludur. Ən tanınmış saytlardan nümunə gətirək:
1. Facebook — Facebook demək olar ki bütövlüklə AJAX ilə «geyindirilib». Məktubların göndərilməsi, şərhlərin yazılması, səsvermələr, reklamlar, dəvətlər, paylaşım bölmələri və.s. AJAX əsasında işləyir. Yəni siz məlumatı səhifə bütöv yüklənmədən ötürür(məsəsən rəy,ismarış yazmaq) və qəbul edirsiniz(məsələn tanıyan biləcəyiniz dostlar siyahısı, online dostlar siyahısı və.s.)
2. Twitter — Bu saytda da AJAX-dan geniş istifadə olunub. Favorites, Direct Message, @Nickname linkləri, update düyməsi — bunlar hər biri AJAX ilə çalışır.
Nümunələr çoxdur, təbiidir ki, müasir veb saytların mütləq əksəriyyəti AJAX-dan istifadə etməyə məcburdurlar, çünki hazırda ona ideal alternativ yoxdur.
Mail servislər də bu texnologiyadan geniş istifadə edirlər, Azərbaycanda tanınan veb poçt saytlarından yalnız Mail.ru hələ də ənənəvi proqramından istifadə edir, onda AJAX-a aid nəyəsə rast gəldiyimi xatırlamıram. Əvəzində Hotmail, Gmail, Yandex Mail(neo version) və.s. saytlar başdan ayağa AJAX ilə çalışırlar.
İndi isə öz istifadə etdiyim, sadə bir AJAX loader nümunəsini sizlərlə paylaşıram. Bu nümunə verilən linkə tıkladıqda səhifənin istənilən zonasını reload edə, ordakı köhnə məlumatı, yenisiylə əvəz edə bilər, təbii ki bu zaman səhifənin bütöv təkrar yüklənməsinə gərək olmur.