Kim daha çox inkişaf edib? Biz ya Ermənilər?

Birdən elə fikirləşərsiniz ki, bu 1001golos.ru saytı kimi növbəti bir səsvermədir? Ya bəlkə Ermənistanın avropa çempionatına çıxa bilmə ehtimalı, Azərbaycan futbol komandasının isə 7 xal yığdığı haqda yazacam? Yox… Bu mövzu nə səsvermə, nə də futbol haqda olacaq.  Bu günkü yazım, İnformasiya texnologiyaları sahəsində inkişaf barəsində olacaq. Bilirsiniz ki, XXI əsrdə informasiya müharibəsi ən böyük problemlərdən biridir. Ən böyük problemimiz olan «Qarabağ problemi» haqda informasiyanın internet cəmiyyətinə necə yayılması, elə bizlərdən asılıdır. Hətta bu günlərdə belə «Google Maps» xəritələrində, Dağlıq Qarabağda yerləşən rayonlarımızın adının erməni adları ilə əvəz edilməsi, bu müharibədə zəif olduğumuzu təstiq edir. Ünvan: http://maps.google.com/?ll=39.986591,46.771545&spn=0.612384,1.352692&t=h&z=10&vpsrc=6

Bununla əlaqədar olaraq hətta bu günlərdə Facebook sosial şəbəkəsində qrupun açıldığını görüb, oraya üzv oldum: Google Maps-da Qarabağ problemi
Sizdə facebook`da bu qrupa qoşulub, Google Maps`də Azərbaycan torpaqlarının düzgün adlarla adlanmasına kömək ola bilərsiniz. Əgər sizin Google Maps`də informasiyanın necə əlavə edilməsi ilə bağlı bilgilər yoxdursa Droid.az saytında Kamran Səmədli tərəfindən yazılmış və Orxan Əhmədov tərəfindən video dərslik əlavə edilmiş bir keçid təqdim edirəm: Google Map Maker

Bu mövzunu ölkələrdə İKT sahənin inkişafı haqqında yazdığım üçün Google Mapsda Qarabağ problemi haqda daha ətraflı yaza bilməyəcəm. Əgər bu sahədə hər hansı sualınız olsa, həmin qrupa üzv olub, sual və yaxud köməklik edə bilərsiniz. İndi isə əsasən İKT sahəsi və İKT sahəsinin inkişafından danışaq. Bilirsiniz ki, İKT sahəsinin inkişafı, yalnız hökümətdən deyil, eləcədə biz, yəni gənc nəsildən asılıdır. Bu yazıda əsasən cavanların təşkil etdiyi tədbirlər və seminarlar haqda danışacam, görək hansı ölkənin cavanları daha aktivdir?

IKT sahəsində aktivlik, Azərbaycanda 2000-ci illərdən başlayıb. Yüngün HTML saytlar, 10 mb`lıq mail serverlər, mIRC sosial servisində ilk azərbaycan serveri (chat.az) və s. Bu mənim uşaqlıq illərimə düşdüyü üçün, əlbəttə ki bu sahədə biliklərimin çox olmadığına gətirib çıxarır. Amma sizə deyə bilərəm ki, bu sahədə Amid Quliyev (@Amidos), Emin Hüseynov (box.az), Emin Axundov (Microsoft-Azerbaijan) kimi gənclər o dövrdə çox aktiv idilər. Bəli hal-hazırda İKT sahəsində çalışan bir çox şəxslər çox aktiv olublar. Ancaq misal üçün bir neçəsinin adını çəkdim. Sonra IKT forumlar və saytları misal gətirim. Disput.az İKT forum bölümü, bir vaxtlar çox populyar idi. Eləcədə bakmil.com forumundada müzakirələr olurdu. Sonralar anit.az və itexpert.az kimi İKT forumları fəaliyyət göstərirdi. Bu günlərə isə yalnız www.qwe.azwww.weboxu.com kollektiv-bloqları sağ qalıb. Digərləri isə demək olar funksional deyil.  Bəli disput.az forumundə İKT bölümü qalıb, lakin orada artıq demək olar heç bir müzakirə getmir və heç bir mütəxəssis qalmayıb. Qısaca İKT sahəsinin tarixindən sonra, Azərbaycanda keçirilən İKT tədbir, seminarlara nəzər salaq:

( Читать дальше )