Facebook internetdə Azərbaycandilli məzmunun yaranmasına mane olur?

Azərbaycanda son illər ərzində Facebook sosial şəbəkəsinin üzvləri durmadan artmaqdadır. Bunun əlbəttə ki, bir çox müsbət cəhətləri olsa da, mənfi cəhətləri də var. Xüsusən Facebook-un geniş yayılmasından sonra milli kontentimizin inkişafına bəzi istiqamətlərdə mənfi təsirini görmək mümkündür:

1. Forumların azalması. Azərbaycanda cəmi bir neçə il öncə kifayət qədər aktiv forum var idi və Google-da nəsə axtaran zaman daha əvvəl bir çoxlarının artıq bunu hansısa forumda soruşduğunu və bizim üçün də yarayacaq cavabı aldığının şahidi ola bilərdik. İndi isə insanlar adətən bunu öz Facebook statuslarında və ya müvafiq Facebook səhifələrində və qruplarında soruşub cavab tapırlar. Lakin məlumdur ki, daha sonra eyni sual kimdəsə yaranarsa, o həmin cavabdan istifadə edə bilməyəcək, çünki Google-da axtarış zamanı Facebook-dakı yazışmalar çıxmır və axtaran adam daha əvvəl həmin suala verilmiş cavabı görməyəcək. Eləcə də müxtəlif müzakirələrin forumlarda yox, Facebook-da aparılması Azərbaycandilli forumların zəifləməsinə səbəb olur.

2. Bloqların lazımi sürətlə artmaması. Bloqların sayı Azərbaycanda artsa da, qeyd etməliyik ki, bir çox hallarda Facebook-da qeyd (Note) funksiyası istifadəçiləri şəxsi bloqlarını yaratmaqdan daha çox onu elə çox asanlıqla Facebook hesabları ilə qeyd şəklində yazaraq paylaşmağı üstün tuturlar. Facebook-da qeyd funksiyası olmasaydı, bloqlarımızın sayı daha sürətlə artardı. Bu tipli yazıların bloqda yazılması həm də ona görə faydalıdır ki, hamı üçün baxmaq imkanı var və Google-da axtarışlar zamanı nəticələrdə görünür.

3. Yeni veb-saytların az istifadəyə verilməsi. Müxtəlif təşkilatlar, şirkətlər, tədbirlər üçün Facebook-un müxtəlif funksiyalarından istifadə olunmasının asanlığı müxtəlif şəxsləri həmin məqsədlə ayrıca veb-səhifə deyil, Facebook-da hadisə, qrup, bəyənmə səhifəsi açmağa vadar edir.

4. Yerli saytlar üçün reklam imkanlarının azalması. Facebook reklam xidməti (Facebook Ads) müxtəlif şəxslər, bəyənmələr, yaş kateqoriyaları, təhsil səviyyəsi, maraq dairəsi və başqa xüsusiyyətlərinə əsasən istifadəçiləri reklam üçün hədəfləməyə imkan verdiyi üçün Azərbaycandilli veb-saytlar yaradaraq reklam qazanma şansları kifayət qədər aşağıdır, çünki Facebook reklamları Azərbaycan ərazisində kifayət qədər ucuzdur.

5. Translitlə yazma vərdişi. Əsas məsələlərdən biri həmçinin Facebook istifadəçilərinin nə üçünsə translitlə yazmasıdır, sanki Facebook-da olarkən insanlar Alt+Shift düymələrinə birgə basıb klaviaturanı Azərbaycan dilinə çevirməyə tənbəllik edirlər və ingilis şriftləri ilə yazmaqda davam edirlar. Bu da ola bilər ki, çoxlarında formalaşan «Belə yazsam, onsuz da dostlarım başa düşəcəklər» fikrinin olmasından irəli gəlir. Müşahidələrim göstərir ki, Facebook-da translitlə yazmaq bizim xalqın səciyyəvi xüsusiyyətidir :-)

© Rəşad Mehbaliyev

Vikipediyada yazmaq istəyənlər üçün: Tez-tez verilən suallara cavablar


Qwe.az-ın daimi oxucuları yəqin bir neçə gün öncə Vikipediya haqqında yazdığım məqaləni xatırlayırlar. Həmin yazıdan sonra Vikipediyada yazmaq istəyənlərin və buna maraq göstərənlərin əslində çox olmasını hiss etməyə başladım. Ona görə də mənə ən çox verilən suallara yazdığım qısa cavablarə və müvafiq keçidləri təqdim edirəm:

* Vikipediyada yazmaq üçün məndən nə tələb olunur? Bu suala sayt özü cavab verir: Yazmaq istəyirsənsə, cəsur ol!

* Vikipediyada yazı yazmaq istəyirəm, amma daha əvvəl bunu etməmişəm, nədən başlayım? Vikipediya bu məqsədlə Yeni istifadəçilərə kömək səhifəsi hazırlayıb.

* Yazdığım məqaləni və ya başqalarının yazdıqlarını necə redaktə edə bilərəm? Vikipediyada Məqalələrin redaktə qaydaları ilə tanış olduqda görürük ki, bu olduqca asandı və adi mətn yazmaq qədər sadədi.

* Birdən-birə yazı yazmağa ehtiyat edirəm, yazmağı bacardığımı necə yoxlaya bilərəm? Sadəcə sınaq yazısı yazıb özünüzü yoxlamaq istəyirsinizsə, bunu Qaralama dəftərində edə bilərsiniz.

* Vikipediyada yazmaq üçün hansı prinsiplərə əməl etmək lazımdı? Vikipediyanın beş sadə prinsipinə əməl etməlisiniz.

* Məqaləni yazdım, amma düzəlişlərə ehtiyacı var, özüm düzəldə bilmədim, nə edim? Narahat olmayın, məqaləniz etibarlı istinadlarla yazılıbsa, Vikipediyada qalacaq və digər istifadəçilər, eləcə də Vikipediyanın moderatorları tərəfindən inkişaf etdiriləcək.

* Məndə yaranmış bütün suallara cavab tapmadım, daha detallı məlumatı hardan oxuya bilərəm? Vikipediyada istifadəçilərin suallarından ibarət xüsusi səhifəyə baş çəkin.

P.S. Unutmayaq ki, Vikipediyada məqalə sayına görə 41-ci yerdəyik və reytinqdə bizdən yuxarıda olan dillərin təxminən yarısı bizdən daha azsaylı xalqlarındır. Ona görə də dünyada Azərbaycanlıların sayının çox olması bizdən də Azərbaycandilli Vikipediyanı zənginləşdirməyi tələb edir.

© Rəşad Mehbaliyev

GPS naviqasiya Azərbaycanda

Yeni texnologiyalar bu günkü həyatımızı daha da rəngarəng edir. Mobil telefonlar, kompüterlər, fotoaparatlar və s. günü gündən yenilənir və inkişaf edir. Bu inkişaf nəticəsində də, yeni texnologiyalar yaranır. Bu yeni texnologiyalardan biri də, GPS-dir. Bəs siz bilirsiz GPS nədir?

Qlobal Mövqetəyinetmə Sistemi (ing. GPS — Global Positioning System) — dünyanın hər bir yerində, hər bir hava şəraitində, obyektin yerləşdiyi məkanı və hərəkət sürətini müəyyən etməyə imkan yaradır. Bu sistem 1980-ci ildə ABŞ müdafiə nazirliyi tərəfindən hazırlanıb. Sistemin işləmə prinsipi daimi olaraq mövqeyini dəyişən və dəqiq vaxt verən peyklərə əsaslanır. Bu peyklərin siqnalları əsasında GPS qəbuledici öz mövqeyini və sürətini təyin edə bilər. Daha ətraflı:

( Читать дальше )
  • +2
  • 15 июля 2011, 20:12
  • Farik
  • 4

Xəbərlər.az -a nə oldu?

Azərbaycanda İT xəbər saytlarından biri olan, xəbərlər.az problem ilə üzləşib. Problemin də adı, «яЛП :))»-dir. Doğurdan ilk əvvəl bu sözü görəndə, gülməyim gəldi :) Çünki məktəb vaxtlarında, «Я ЛП» deyərkən, «Mən Linkin Park (rock qrup) fanatıyam» nəzərdə tuturduq. Amma xəbərlər.az saytının nə demək istədiyini başa düşmədim :) Bəlkə də istifadə olunan saytla idarəolunma sisteminin problemidir.

Xəbərlərin 7 yanvardan sonra arası kəsilməsi lap pisdir :(

( Читать дальше )
  • +1
  • 16 января 2010, 22:16
  • Farik
  • 5

Azərbaycanda $923 milyon məbləğində informasiya-kommunikasiya avadanlığı istehsal olunub

2009-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan rabitə və informasiya texnologiyaları müəssisələri tərəfindən $923 milyon məbləğində məhsul və xidmət istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə 2009-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın rabitə müəssisələri tərəfindən 766,1 milyon manat dəyərində məhsul və xidmət istehsal olunub.

“Bu göstərici ötən ilin həmin dövrü ilə müqayisədə 9,2% çoxdur”, — Komitənin məlumatında deyilir.
2008-ci il ərzində ölkənin rabitə müəssisələri tərəfindən 957,7 milyon manat dəyərində məhsul və xidmət istehsal olunmuşdur.

//www.abc.az
  • 0
  • 21 октября 2009, 19:23
  • Farik
  • 2