Burada ilk yazımdı. Ümmumiyyətlə, bloglarım çox olub və hal-hazırda da öz şəxsi bloqum var — , ancaq AzNet-ə aid olan postlarımı burada yazmağa qərara aldım. Əslində Azərbaycan dilində çox az yazıram, ancaq yavaş-yavaş özümü öyrəşdirirəm.
…
Yeni bir layihə üzərində çalışıram və layihə üçün, əlbəttə ki, bir domain alınmalıdı. Whois.az-ı açıb, həmişəki kimi, axtarışa başladım. Ağlımda bir neçə ideya olsa da, bir çoxunun artıq qeydiyyatdan keçdiyini gördüm və ən maraqlısı isə onlarım kimə məxsus olmasından ibarətdir.
Bir çox xod-gedən, rahat yadda qalan və s kimi domenlər Faiq Fərmanov (İntrans şirkəti) adına qeydiyyatdan keçib.
Hər bir sahəmizdə olduğu kimi, AzNet-də də monopoliya yarada biliblər. Bu nə dərəcə düzgündür və bununla necə mübarizə apara bilərik?
Twitter (ingilis dilindən «twit» — «çərənləmək», «birnəfəsə danışmaq».) — pulsuz internet xidmətidir. İstifadəçilərin qısa (140 simvolluq) qeydlərlə söhbətləşməsi üçün yaradılmış bir mikrobloq xidmətidir. İstifadəçilər mikrobloqa qeyd əlavə etmək üçün, , SMS(qısa ismarıc xidməti) və ya bu sistem üçün yaradılmış proqramlardan istifadə edirlər.
Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri telekommunikasiya sərgisi olan və bu il öz 15 illik müvəffəqiyyətini qeyd edən BakuTel sərgisi sizin biznesinizin Azərbaycanda inkişafı üçün ən əlverişli vasitədir. BakuTel çərçivəsində yeni tərəfdaş axtarışı, bazarın təhlili, istehlakçılar ilə effektiv iş aparmaq üçün şərait yaradılır.
15 illik iş ərzində sərgi İnformasiya-Kommunikasiya Texnologiyaları sammitinə çevrilmişdir. BakuTel sərgisinin ənənəvi iştirakçıları arasında Alcatel-Lucent, Avirtel MMC, Az.StarNet, Azel – Azərbaycan Elektronikası, Azercell Telekom MMC, Azerfon MMC, Azqtel MMC, Aztelecom İB, Baksell LTD MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB), Caspel, Cisco Systems, Delta Telekom MMM, Forex-az, Fokstelekom, Hewlett-Packard, Huawei Technologies, Iskratel, Koreya Biznes Mərkəzi (Kotra), Kür EAİ MMC, Lazer-ES MMC, Microsoft, Nokia Siemens Netvorks Bakı MMC, R.I.S.K. Elmi İstehsalat Şirkəti, Sinam MMC, Smart Systems Technology MMM, Softline International, Technoserv A/S, Teleradio İB, Türk Telekom, Ultra Computers və digər şirkətlər vardır.
Sərgi haqqında
15-ci Yubiley Azərbaycan Beynəlxalq
“Telekommunikasiya və İnformasiya Texnologiyaları” Sərgi və Konfransı
4-7 Noyabr 2009
Heydər Əliyev adına İdman və Sərgi Kompleksi
Bakı, Azərbaycan
//w3.bakutel.az
Bizdə qwe.az olaraq, sərgidə kollektiv şəkildə yığılıb iştirak etmək istərdik. Sərgi dəvətnamələrini, Serious ilə qeydiyyatdan keçmiş, Bakutel sərgisinin informasiya dəstəyi olan, InfoCity jurnalının redaktoru (w3.infocity.az) hörmətli Dima müəllim təqdim edib. 100 dəvətnaməmiz vardır, yəni ki hamıya çatacaq :)
Kim getmək istəyir, burada yazsın, ha vaxt gedəcəyimizi müzakirə edək. Özünüzlə dostunuzu da gətirə bilərsiniz.
Bir qədər əvvəl, Smart şirkətinin gözəl qiymətləri ilə tanış olub sevindikdən sonra, indi də başqa bir internet provayderinin qiymətləri aşağı saldığının şahidi oluruq. Data Plus şirkətinin qiymətləri aşağı saldığı haqda xəbəri, bir qədər əvvəl twitter'də aldıq.
Down Up Köhnə Yeni
128 128 20 10
256 256 30 15
512 512 55 20
1024 1024 100 30
2048 1024 250 60
3072 1024 500 120
4096 1024 1000 180
5120 1024 1500 250
6144 1024 2600 300
Daha ətraflı internet provayderin web-səhifəsində tanış ola bilərsiniz.
Yəqin hər biriniz özünüzə .az domenində bir domen adı qeydiyyatdan keçirtmək istəmisiniz. Bəlkə də sizin artıq .az domenində öz domen adınız var, yaxud da .az domenində olan problemlərə görə və yaxud qiymətin kosmik olduğuna görə, digər domenlərə (.com .net .org .info .biz) mürəciət etmisiniz.
Yəqin bilirsiniz ki, domen adını qeydiyyatdan keçirtməzdən əvvəl, ünvanı üzrə sizin xoşladığınız domen adının artıq qeydiyyatdan keçib keçmədiyini yoxlamalısınız. Ancaq sizə məsləhətim, əziyyət çəkməyə dəyməz… Cibi qalın day-daylar sizin istəyinizi çoxdan alıblar, yiyib üstündən də su içiblər.