Web sual-cavab sistemi - Cavablar.net

Yeni hazırladığım saytı təqdim etmək istəyirəm: Cavablar.net — Azərbaycan türkcəsində web sual-cavab sistemi. Bildiyiniz kimi bu sahədə boşluq mövcuddur və Aznet-də istifadəçilərin tez-tez rastlaşdıqları sualların cavabları ilə birlikdə mərkəzləşdirilməsi fikrimcə pis ideya deyil. Universal sual-cavab sistemi də qurmaq olardı, amma hələ ki sırf web mövzusunda Yahoo Answers tipli sistemin qurulmasına qərar verdim.

Sayt wordpress nüvəsi üzərində qurulub, pluginlərdən geniş istifadə olunub, amma saytı tələb olunan şəklə gətirmək üçün eyni zamanda istər pluginlərə, istərsə də wordpress nüvə fayllarına çoxlu kod müdaxilələri edilib. Hələ ki sayt release versiyasında deyil, qarşıdakı bir neçə ayda beta-dan çıxmaq gözlənilir.

Saytda istifadəçilərin qeydiyyatdan keçmək və ya növbəti gəlişdə parolu yada salmaq əziyyətindən qurtarmaq üçün Facebook connectdən istifadə olunub, istifadəçilər Connect düyməsinə tıklamaqla, müvafiq Facebook APİ-sinə icazə verməklə saytda həm hesab açmış, həm də hesaba daxil olmuş olacaqlar.

Aznet istifadəçilərinin böyük əksəriyyəti qeyri İT sahəsinə aid olduqlarından internetdən istifadələri yalnız bir neçə saytın istifadəsi ilə məhdudlaşır. Ona görə xüsusən bu tip istifadəçilərin köməyə ehtiyacı var: ixtisasına aid material tapmaqda, sosial şəbəkə və emaillərdə təhlükəsizlik məsələlərində, internet-dələduzlardan qorunmaqda və.s. Saytda kafi olacaq qədər baza toplanandan sonra sayt geniş şəkildə tanıdılacaqdır.(Facebook ads,pages, digər saytlarda, bloqlarda və.s.)

Saytın təkmilləşdirilməsi istiqamətində təkliflərinizi gözləyirəm. Özümdə də xeyli ideyalar var, inşallah yaxın zamanda reallaşdırarıq.
  • +1
  • 08 июня 2010, 00:30
  • Elliot
  • 6