.xxx domenləri haqda mövzu daha 70 gün təxirə salındı

Bu gün, mart ayının 12-si, internetdə domen adlarının satışı üzrə fəaliyyət göstərən ICANN şirkəti, Nayrobidə porno saytlar üçün xüsusi domenin yaradılması haqqında müzakirə edib.

Lakin mübahisəli mövzunun sonunda əldə edilən qərar, müzakirənin minimum 70 günlük təxirinə gətirib çıxarıb.

ICANN məşvərət şurası, şirkətin general direktoru və baş hüquqşünastına .xxx domenləri barədə yekun qərar və zəmanətin təqdim edilməsi üçün 2 həftə verib.

.xxx domeni qəbul edilsə bizdə və islam ölkələrində nə olacaq? Avtomatik olaraq bağlanacaqmı? /discuss
  • +1
  • 12 марта 2010, 22:01
  • Farik
  • 7

.az domenləri və monopoliya

Burada ilk yazımdı. Ümmumiyyətlə, bloglarım çox olub və hal-hazırda da öz şəxsi bloqum var — isafarli.com, ancaq AzNet-ə aid olan postlarımı burada yazmağa qərara aldım. Əslində Azərbaycan dilində çox az yazıram, ancaq yavaş-yavaş özümü öyrəşdirirəm.

Yeni bir layihə üzərində çalışıram və layihə üçün, əlbəttə ki, bir domain alınmalıdı. Whois.az-ı açıb, həmişəki kimi, axtarışa başladım. Ağlımda bir neçə ideya olsa da, bir çoxunun artıq qeydiyyatdan keçdiyini gördüm və ən maraqlısı isə onlarım kimə məxsus olmasından ibarətdir.
Bir çox xod-gedən, rahat yadda qalan və s kimi domenlər Faiq Fərmanov (İntrans şirkəti) adına qeydiyyatdan keçib.
Hər bir sahəmizdə olduğu kimi, AzNet-də də monopoliya yarada biliblər. Bu nə dərəcə düzgündür və bununla necə mübarizə apara bilərik?
  • +1
  • 27 февраля 2010, 21:31
  • Inc
  • 19