
Bu gün Bakıda “Elektron Təhsil” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Azərbaycan Təhsil Nazirliyi tərəfindən, Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP, Mədəd təşkilatlarının dəstəyi ilə keçirilən müsabiqə iki istiqamət üzrə təşkil olunub: “Təhsildə internet texnologiyaları" və “Müasir məktəbdə elektron tədris resursları”.
“Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə qaliblər “fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “ibtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyaları üzrə müəyyən olunub.
“Təhsildə internet texnologiyalar” istiqaməti üzrə qaliblər “təhsildə internet resursları” və “müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən olunub.
İki mərhələdə keçirilən səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Təhsil Nazirliyi tərəfindən formalaşdırılan münsiflər heyəti həyata keçirib.
Ümumilikdə müsabiqədə 810 layihə iştirak edib, onlardan 89-u namizəd seçilib.
Müsabiqədə beş nominasiyanın hər biri üzrə qaliblərə noutbuklar və digər xüsusi mükafatlar təqdim olunub.
//mincom.gov.az