Facebook internetdə Azərbaycandilli məzmunun yaranmasına mane olur?

Azərbaycanda son illər ərzində Facebook sosial şəbəkəsinin üzvləri durmadan artmaqdadır. Bunun əlbəttə ki, bir çox müsbət cəhətləri olsa da, mənfi cəhətləri də var. Xüsusən Facebook-un geniş yayılmasından sonra milli kontentimizin inkişafına bəzi istiqamətlərdə mənfi təsirini görmək mümkündür:

1. Forumların azalması. Azərbaycanda cəmi bir neçə il öncə kifayət qədər aktiv forum var idi və Google-da nəsə axtaran zaman daha əvvəl bir çoxlarının artıq bunu hansısa forumda soruşduğunu və bizim üçün də yarayacaq cavabı aldığının şahidi ola bilərdik. İndi isə insanlar adətən bunu öz Facebook statuslarında və ya müvafiq Facebook səhifələrində və qruplarında soruşub cavab tapırlar. Lakin məlumdur ki, daha sonra eyni sual kimdəsə yaranarsa, o həmin cavabdan istifadə edə bilməyəcək, çünki Google-da axtarış zamanı Facebook-dakı yazışmalar çıxmır və axtaran adam daha əvvəl həmin suala verilmiş cavabı görməyəcək. Eləcə də müxtəlif müzakirələrin forumlarda yox, Facebook-da aparılması Azərbaycandilli forumların zəifləməsinə səbəb olur.

2. Bloqların lazımi sürətlə artmaması. Bloqların sayı Azərbaycanda artsa da, qeyd etməliyik ki, bir çox hallarda Facebook-da qeyd (Note) funksiyası istifadəçiləri şəxsi bloqlarını yaratmaqdan daha çox onu elə çox asanlıqla Facebook hesabları ilə qeyd şəklində yazaraq paylaşmağı üstün tuturlar. Facebook-da qeyd funksiyası olmasaydı, bloqlarımızın sayı daha sürətlə artardı. Bu tipli yazıların bloqda yazılması həm də ona görə faydalıdır ki, hamı üçün baxmaq imkanı var və Google-da axtarışlar zamanı nəticələrdə görünür.

3. Yeni veb-saytların az istifadəyə verilməsi. Müxtəlif təşkilatlar, şirkətlər, tədbirlər üçün Facebook-un müxtəlif funksiyalarından istifadə olunmasının asanlığı müxtəlif şəxsləri həmin məqsədlə ayrıca veb-səhifə deyil, Facebook-da hadisə, qrup, bəyənmə səhifəsi açmağa vadar edir.

4. Yerli saytlar üçün reklam imkanlarının azalması. Facebook reklam xidməti (Facebook Ads) müxtəlif şəxslər, bəyənmələr, yaş kateqoriyaları, təhsil səviyyəsi, maraq dairəsi və başqa xüsusiyyətlərinə əsasən istifadəçiləri reklam üçün hədəfləməyə imkan verdiyi üçün Azərbaycandilli veb-saytlar yaradaraq reklam qazanma şansları kifayət qədər aşağıdır, çünki Facebook reklamları Azərbaycan ərazisində kifayət qədər ucuzdur.

5. Translitlə yazma vərdişi. Əsas məsələlərdən biri həmçinin Facebook istifadəçilərinin nə üçünsə translitlə yazmasıdır, sanki Facebook-da olarkən insanlar Alt+Shift düymələrinə birgə basıb klaviaturanı Azərbaycan dilinə çevirməyə tənbəllik edirlər və ingilis şriftləri ilə yazmaqda davam edirlar. Bu da ola bilər ki, çoxlarında formalaşan «Belə yazsam, onsuz da dostlarım başa düşəcəklər» fikrinin olmasından irəli gəlir. Müşahidələrim göstərir ki, Facebook-da translitlə yazmaq bizim xalqın səciyyəvi xüsusiyyətidir :-)

© Rəşad Mehbaliyev

Disput.az killer ?

Bu gün facebook şəbəkəsində işlərimi görərkən, bir maraqlı reklama rast gəldim. Sözün düzü indiyənə kimi heç bir Adsense sistemi məni belə cəlb etmirdi. Hətta Google ads kimi sadə bir sistemə heç fikir də vermirəm. Ancaq facebook-un bu ads-i yaxşı yerdə yerləşdirməsi çox göz cəlb edir. Hə, mövzudan yayınmayaq, bu da həmin reklam:



Girib tez whois.az -da search elədim ki, bu kimdi görəsən? :) Ruslar demişlən «malo li», birdən özümüzkülərdən kimdi sə açıb. Budur:


( Ətraflı )
  • +1
  • 17 мая 2010, 10:01
  • Farik
  • 22

Azərbaycanda İKT yüksək templə inkişaf edir

Dünən, İnformasiya texnologiyaları üzrə Azərbaycan-Belorus biznes forumu barədə xəbər vermişdim. Bildiyiniz kimi, hal-hazırda bu biznes forum fəaliyyətini davam etdirir və bloger sayağı desək, qızğın söhbətlər gedir. Bu arada Əli Abbasovun çıxışı olub:

Nazirin biznes forumda açıqladığı məlumatlara görə, Son beş il ərzində, Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları çox inkişaf edib və illik orta gəlir 32-35% artıb.


( Читать дальше )
  • +2
  • 09 февраля 2010, 12:27
  • Farik
  • 3

İnformasiya texnologiyaları üzrə 1-ci Azərbaycan-Belorus biznes forumu

1news.az-ın verdiyi məlumata görə, biznes forum RİTN və Belorusiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və Yüksək texnologiyalar parkının(YTP) iştirakı ilə sabah, yəni fevral ayının 9-u keçiriləcək.

Forumda Belorus Dövlət İnformatika və Radioelektronika institutunun və böyük İKT şirkətlərin nümayəndələri iştirak edəcəklər.

Bir qədər əvvəl, Azərbaycan Belorusiyaya qlobal informasiya mübadiləsi olan «Avraziya translasiya informasiya supermagistralı» layihəsində iştirak etməyə dəvət edilib. Bunun üçün Belorusiya, optik şəbəkə, güzəştli qiymətlər və məzmun yaranması və informasiya mübadiləsi üzrə vahid siyasət yaradılması layihəsinə qoşulmaq təklif edilmişdi.

Ölkələrarası əməkdaşlığın daha bir perspektiv sahəsi rəqəmsal televerilişdir.

Verilən məlumata görə, forum ərzində «Системные технологии» MMC (Belorusiya) və «Ultra» (Azərbaycan) kompaniyası, Azərbaycanın 6 maliyyə müəssisələri ilə görüş keçirməyi planlaşdırıblar. Habelə kompaniyalar arası əməkdaşlıq sazişi imzalanmağı planlaşdırılır. «Системные технологии» MMC Belorusiyanın maliyyə sektoruna proqram təminatı və xidmət göstərən «ST qrup» İnnovasiya birliyinə daxildir.