16 may saat 16:00-da Bakı Jurnalistika Məktəbində "
Transitions" tərəfindən təşkil olunan
Sosial Yeniliklər Düşərgəsi (SYD) ilə bağlı görüş keçiriləcək. Görüşdə bu düşərgə haqqında bu məlumatlar veriləcək:
* SYD-nin mahiyyəti
* Sosial Yenilik və internetin əlaqəsi
* SYD nə üçündür?
* SYD-nin ana xətti və baş vermə mexanizmi
* SYD-yə hansı formalarda qatılmaq olar?
* İdeyalar hansı suallara cavab verməlidir?
* İdeyalara verilən tələblər
* İdeyalar üçün nümunələr
* SYD nədir?
* SYD nə deyil?
* İştirakçılara verilən tələblər
* Qiymətləndirilmə kim tərəfindən və necə aparılacaq?
* Tədbirdə iştirakçıların hansı xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq?
* Sosial Yeniliklər Düşərgəsinin keçiriləcəyi məkan və tarix
Təlimçi: Emin Hüseynzadə (layihə rəhbəri)
Görüşdə iştirak etmək
pulsuzdur, lakin qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat proseduru, görüşün
ünvanı və başqa məlumatlar
düşərgənin saytındakı elanda yer alıb.