Azercell Telecom “Xalq kompüteri” layihəsinə qoşulub

Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom şirkəti, respublikada Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Microsoft və HP korporasiyalarının birgə həyata keçirdiyi “Xalq kompüteri” layihəsinə qoşulması barədə elan edib. Hazırda istifadəçilər “Xalq kompüteri” çərçivəsində əldə edən kompüterlərlə yanaşı həmçinin öz istəyinə əsasən Azercell-dən fakturalı xətt nömrəsi, Azercell Datakartı və hər faktura dövrü üzrə 500 MB həcmdə GPRS data trafikinindən istifadə etmək imkanı (12 faktura dövrü ərzində) əldə edə bilər. Muqabilində istifadəçı bunun üçün 12 ay ərzində 7 manat ödəyəcək.
“Xalq kompüteri” layihəsinin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaqdır. Hazırda layihə orta və ali məktəb müəllimlərinə, şagirdlərə və tələbələrə şamil olunur.
Bu layihənin köməyi ilə bölgələrdə İKT-nin tətbiqini genişləndirmək yolu ilə rəqəmsal sahədəki geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyəti və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləmək planlaşdırılır.

//mincom.gov.az

Bakselldən limitli və limitsiz internet paketləri

Azərsellin datakartlarla mobil interneti ələ keçirdiyi bir zamanda, bizim kasıbların operatoru olan Baksell yeniliyə imza atdı. Özdə elə lap kasıblaşdırılmış qiymətlərlə… Bu şad xəbəri sizlərlə bölüşməyi özümə borc bilirəm:

İndi bütün Cin, Klass və Gold abunəçiləri limitsiz İnternet paketləri və əvvəlcədən ödənilmiş trafik paketləri əldə edə bilərlər.

Aktivləşdirmə:


( Читать дальше )
  • +1
  • 26 декабря 2009, 09:30
  • Farik
  • 13