Sosial Yeniliklər Düşərgəsinə ideya verim yoxsa adi iştirakçı kimi müraciət edim?


Sosial Yeniliklər Düşərgəsi (SYD) ilə maraqlananlar bəzən hansı formada iştirak etmək barədə qərar verməkdə çətinlik çəkirlər, ona görə də bu məsələyə aydınlıq gətirmək istəyirik. Saytımızda qeyd etdiyimiz kimi SYD-də iştirakın 2 forması var:

1. İdeya sahibi kimi. Bu formada iştirak üçün olan ərizə formasından da göründüyü kimi xüsusi biliklər tələb olunmur, yetər ki, düşərgəyə verilmək üçün təşkilatçıların verdikləri tələblərə uyğun olan ideya olsun. İdeya sahibləri ideyalarını reallaşdırmaq üçün proqramist, veb-developer, koder, veb-dizayner, jurnalist, bloqçu, marketoloq, brend mütəxəssisi, mediator, layihələr üzrə mütəxəssis və digər sosial aktiv şəxsə ehtiyacları varsa və özləri də bütün bu işləri görə bilmirlərsə, onda həmin şəxslər ideyalarını düşərgəyə göndərirlər və özlərinə lazım olan komandanı düşərgədə toplayırlar. Qeyd etməliyik ki, bir şəxs istənilən sayda ideya göndərə bilər, lakin bir nəfərin ən çoxu bir ideyası düşərgəyə seçilə bilər.
2. Adi iştirakçı kimi. Kimin ideyası yoxdursa, lakin proqramist, veb-developer, koder, veb-dizayner, jurnalist, bloqçu, marketoloq, brend mütəxəssisi, mediator, layihələr üzrə mütəxəssis və digər sosial aktiv şəxs kateqoriyalarından birinə aiddirsə, həmin şəxslər ideya göndərənlərə onları reallaşdırmaq üçün öz bacarıqları ilə yardımçı olurlar. Bu heç də o demək deyil ki, ideya sahibləri adi iştirakçılardan daha üstün imtiyazlara sahib olurlar, çünki ideya komanda şəklində həyata keçirilir və ideyanı həyata keçirmək üçün mükafat da məhz formalaşmış komandaya verilir. Adi iştirakçı kimi müraciət etmək üçün ərizə forması fərqlidir və düşərgə üçün lazımlı ola biləcək bacarıqlara aid suallar yer alıb. Qeyd edək ki, eyni şəxs həm ideya sahibi kimi, həm də iştirakçı kimi müraciət edə bilər, bu onun düşərgəyə seçilmək ehtimalını artıracaq, amma onun düşərgəyə ideya sahibi və ya adi iştirakçı kimi qatılacağını və hansı rolu həyata keçirəcəyini onun ərizə forması əsasında SYD üzrə əcnəbi mütəxəssislər müəyyən edəcək.

Nəticədə hər komandada bir ideya müəllifi (əgər eyni və ya oxşar ideya göndərilibsə, bir neçə ideya müəllifi həmin komandada ola bilər, keçən il bu olmuşdu) və bu ideyaların reallaşmasına yardımçı olacaq proqramist, veb-developer, koder, veb-dizayner, jurnalist, bloqçu, marketoloq, brend mütəxəssisi, mediator, layihələr üzrə mütəxəssis və digər sosial aktiv şəxslərdən ibarət bir neçə nəfər olacaq. Komandalar formalaşdırıldıqdan sonra onlar arasında düşərgə zamanı müsabiqə başlayır və pul mükafatı uğrunda yarışırlar.

Əgər yenə də suallarınız yaranarsa, bizimlə əlaqə saxlayın, qısa müddət ərzində cavab verəcəyik. Unutmayin ki, qeydiyyat üçün son tarix 2 iyuldur və müddət başa çatan kimi ərizə formaları dərhal saytdan götürüləcək.

Sosial Yeniliklər Düşərgəsindən son xəbərlər

SYD_loqo
Sosial Yeniliklər Düşərgəsi yaxınlaşdıqca həyəcan artmaqdadır. Artıq düşərgədə reallaşdırılacaq 6 ideya bu sahədə çoxillik təcrübəyə malik münsiflər tərəfindən seçilib və saytımızda yerləşdirilib. Seçilmək barədə məktub almış şəxslər cümə günü 17 sentyabr saat 11:59-a kimi iştiraklarını təsdiqləyəcəklər. Məkanımız dəqiqləşdi və saytımızda bu barədə məlumat yerləşdirildi.

Saytımızı izləməkdə davam edin.

Sosial Yeniliklər Düşərgəsi necə baş verir?

SYD_loqo
Bu günlərdə Sosial Yeniliklər Düşərgəsinin (SYD) gəlməsi xəbəriSYD haqqında məlumat saytımızda yer aldı. Bilirəm ki, çoxlarınız SYD-nin saytını səbirsizliklə gözləyirsiz, bu da saytımızın ünvanı: www.syd-az.net

İndi isə SYD-nin necə baş verməsi haqqında Sizə məlumat vermək istəyirəm.

Proses belə baş verir:


( Читать дальше )