İnternet Explorer 6

Internet Explorer 6-nın istifadəçilərin menyusundan çıxarılması yönündə təbliğat aparılması üçün bir müddət başqa bir bloq da təklif etmişdim ki, hər bir developer saytına İE 6 ilə daxil olan istifadəçinin browser ekranına BROWSER-inin qeyri funksional və təhlükəsiz olması barədə xəbərdarlıq mesajı çıxarsın. Bu təkliflə razılaşanlar da oldu, razılaşmayanlar da.

Amma mən 2009-un sonundan bunu Xaricidil.net saytında həyata keçirmişdim. Google Analytics-in köməyilə İE 6-nın payının azalma tendensiyasına baxaq:(Burada saytda yerləşdirilən xəbərdarlığın rolunun nə dərəcədə olduğunu deyə bilmərəm)

Əvvəlcə ümumən son 6 ay ərzində sayta daxil olan istifadəçilərin browser statistikasına baxaq:

1. İE — 51.04% 2. Opera — 31.19% 3. Firefox — 19.15 %.

Aşağıdakı şəkillərdə İnternet explorer versiyalarının istifadədəki payı göstərilib və qeyd edim ki, bu aylar ərzində sayt istifadəçilərinin İE-den istifadə faizi demək olar ki dəyişməyib — 51% civarı olub.(Yaşıl sektor İE6-ya uyğundur, göy İE7, narıncı İE8. )

( Читать дальше )
  • +3
  • 09 февраля 2010, 12:52
  • Elliot
  • 4