NETTY 2010 Milli İnternet Mükafatının Təşkilat Komitəsi müsabiqə çərçivəsində keçirilən “İlin İT-hadisəsi” nominasiyasında şirkət və təşkilatları iştirak etməyə dəvət edir. Nominasiyanın əsas məqsədi Azərbaycanın informasiya texnologiyalarının inkişafında əhəmiyyət kəsb edən layihələri aşkar etməkdir. Layihəni ünvanında qeydiyyatdan keçirtmək olar. Azərbaycanda və onun xaricində informasiya texnologiyaların inkişafına yönəldilmiş hər bir layihə mükafata iddia edə bilər (saytlar sözügedən nominasiyada iştirak edə bilməz).
Qalibin müəyyən edilməsi NETTY Akademiyası tərəfindən final mərhələdə həyata keçiriləcək. AKADEMİYA informasiya texnologiyalarını təmsil edən və informasiya texnologiyalarını Azərbaycanda inkişafı üzrə məsul olan nüfuzlu mütəxəssislərin geniş dairəsi ilə təqdim olunub. AKADEMİYAnın səsverməsi nəticəsində ən yaxşı adlandırılan layihə “İlin İT-hadisəsi” fəxri nominasiyasının laureatı elan ediləcək.