Salamlar qüerty əhli, bu da mən, sizin tənqidçi blogeriniz, Fərhad Ələkbərov. Keçən dəfəki popsa saytlardan yazan kimi, o layihələrin adminləri və moderləri, başqa vaxt qwerty-də bir hərf də yazmasalarda, həmin mövzuda mənim özümü tənqid etməyə başladılar. Hər nə isə, təki xeyirlərinə bir nəticə çıxarıb, irəliləyiş eləyələr.
Bu günkü mövzumuz isə adından göründüyü kimi "Şarik" barədə olacaq. Yoox, bu it şarik deyil, bu AzNetin ən bahalı və ən birinci axtarış sistemi olan Şarikdi. Yəni ki, Yumroo! 2008-ci ilin axırlarında öz fəaliyyətinə başlayan Yumroo, bu gün sanki öz son günlərini yaşayır. Nəyə görə son günləri?